Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir

16
bbbbbb 0
Spread the love

Xəbər verdiyimiz kimi, 26 avqust – Laçın Şəhəri Günü münasibətilə “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.
Avqustun 26-da şəhərdəki “Laçın” kinoteatrında kino günlərinin açılışı olub.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və doğma yurda qayıtmış laçınlı kinosevərlər iştirak ediblər.
Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov çıxış edərək Laçında keçirilən ilk beynəlxalq kino tədbirinin əhəmiyyətini vurğulayıb. O, layihənin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.
Qeyd olunub ki, üç gün davam edəcək kino günlərində 7 ölkədən səkkiz film nümayiş etdiriləcək.
Sonra tədbir iştirakçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə “Hoçazfilm” kinostudiyasında istehsal olunmuş “Laçın, qubernator və mən” (rejissor: Amil Amal) sənədli filmini izləyiblər.
Ekran işi Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun həyatı və siyasi fəaliyyətini özündə əks etdirir.
Nümayişdən sonra filmin rejissoru Amil Amal ekran əsərinin ərsəyə gəlməsinə və tədbirin təşkilinə görə bütün qurumlara təşəkkürünü bildirib.
Həmin gün kinosevərlər “Nabat” (rejissor: Rəşid Süleymanov, Qazaxıstan) və “Esimde” (rejissor: Aktan Arım Kubat, Qırğızıstan) filmlərini izləyiblər.
Qeyd edək ki, “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” avqustun 28-də başa çatacaq. Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi” də davam edir.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib