Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub

18
bbbbbb 0
Spread the love

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib. Nazirlik tərəfindən təşkil olunmuş açıq müsabiqənin nəticələrinə əsasən test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.

Təyinatların bölgüsü belədir:

Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;

Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.

Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramlarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, 2025–2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş “İncəsənət Məktəblərinin Elektron Sistemi” (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.

Mədəniyyət Nazirliyi müsabiqə əsasında vəzifəyə təyin olunmuş direktor və direktor müavinlərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN