CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

6
bbbbbb 0
Spread the love

UŞAQ ARZULARININ COŞĞUSU: “BİR ZÖVQ” YARIŞMASININ QALİBLƏRİ MƏLUM OLDU!

Bakının ən prestijli və gözəl məkanlarından biri olan, Binədə yerləşən “Dreamland” kompleksində bərabər imkanlar çərçivəsində və inkluziv əsaslarla təşkil olunan, 4 yaşından 20 yaşına qədər istedadlı uşaq və gəncləri bir araya gətirən “Bir Zövq” Uşaq Dəb və Gözəllik Yarışmasının möhtəşəm final gecəsi baş tutmuşdur. “CL Media Company” şirkətinin rəhbəri Canana Legendin imzası və təşəbbüsü ilə reallaşan layihə, uşaqların arzularını, istedadlarını və mədəniyyətini eyni səhnədə birləşdirdi

 🕊️ Şəhidlərimizin Əziz Xatirəsi Yad Edildi, Qardaşlıq Mesajları Verildi.

Azərbaycan Respublikasının Dövlət Himni ilə açılışı edilən tədbirdə, ilk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən əziz şəhidlərimiz bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir. Gecənin aparıcılığını Azərbaycandan Kamalə Mirzəzadə və qardaş ölkə Türkiyədən xüsusi qonaq olaraq dəvət edilən məşhur aparıcı Enes Furkan qardaşlıq və sənət bağlarını vurğulayaraq uğurla həyata keçirmişlər.

ZəfərTv.az -dan verilən məlumata görə Layihənin rəhbəri Canana Legend final gecəsini özünün canlı ifası olan “Birdənəyəm” mahnısı və layihədə iştirak edən bütün uşaqların coşğulu səhnə çıxışı ilə rəsmən başlatmışdır.

  Yarışmanın münsiflər heyətində sənət, modellik və media dünyasının ən peşəkar simaları yer almışdır. İştirakçıları ədalətlə qiymətləndirən heyətdə Azərbaycan Respublikasının Xalq artistləri Həmidə Ömərova və Nübar Novruzova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova, Azərbaycan Respublikasının Əməkdar artisti Naina İbrahimova, ictimai-siyasi xadim Hacı Quliyev, kino sənətçisi, kinorejissor və motivator Kamal Müşviq İbadov, telejurnalist və moda tənqidçisi Ümid Bəbirov, “Miss & Mister Azerbaijan” milli gözəllik müsabiqəsinin koordinatoru və “Azerbaijan Fashion” peşəkar model məktəbinin təsisçisi Ayla Mais, psixoloq və fizioterapevt Dürdanə Musayeva, jurnalist və “Xudafərin” teatrının bədii rəhbəri Günel Əmirova, peşəkar stilist, imic və makiyaj ustası Anar Əliyev, “Mister Azerbaijan 2025” yarışmasının qalibi Ülvi Mehrəli, “Miss Azerbaijan 2025” yarışmasının qalibi Aytən Əbilova və türkiyəli tanınmış müğənni Sevtuğ Kasapbaşıoğlu çıxış etmişlər.

Yarışma iki əsas turdan ibarət olmuşdur. Birinci turda uşaqlar fərdi dəb çıxışlarını nümayiş etdirmiş, ikinci turda isə şəhid anası, modelyer Aytəkin Həsənova (“Zeynəb Moda” evi), Nazlı Paşayeva (“Atelier Moyisey”), Leyla Süleymanova (“Leys Couture” moda evi), Nərgiz Bağırova (“Narza” moda evi), Saidə Məmmədova (“T.S” moda evi), Günel Soltanova və Şəfayət Şirinova (“Qızıl Əllər Şəfa” moda evi) kimi tanınmış dizaynerlərin eksklüziv kolleksiyalarını peşəkarcasına səhnədə daşımışlar.

 🎨 Göz Oxşayan “Mənim Ulduzum” İstedad Şousu Münsiflər heyəti qalibləri təyin edərkən uşaqlar fərdi bacarıqlarını nümayiş etdirmək üçün səhnəni “Mənim Ulduzum” bölməsinə çevirmişlər. Bu bölmədə Mətanət İsgəndərli, Sevgi Seyfullayeva, Tuncay və Əzizə, Saleh Hüseynzadə, Aysu Babayeva, İlahə Salamlı, Hümeyra Hüseynzadə, Eşqin Əmrahlı, Nəsib Tağıyev, Məryəm Rzayeva, “Neva” qrupu, Yusif Mehdiyev, Amir Abbaszadə, Sübhan və Zərif, Arzu Mirzəyeva, Fatimə Dostməmmədova və Murad Dostməmmədov tərəfindən klassik rəqslərdən müasir sintezlərə, vətənpərvərlik mahnılarından “Titanik” və “Uzundərə” rəqslərinə qədər unudulmaz performanslar nümayiş olunmuşdur.  

  Böyük Mükafat Sahibini Tapdı!

Gərgin və həyəcanlı mübarizənin sonunda TOP 10 iştirakçı arasından 10-cu yerdən 1-ci yerə doğru sıralama elan olunmuş və böyük qalib tacına qovuşmuşdur. Yarışmanın baş sponsoru olan “Rabalon” şirkəti və onun direktoru Ramin İsgəndərov tərəfindən layihənin baş qalibinə xüsusi olaraq kompüter hədiyyə edilmişdir.

Tədbirin reallaşmasında böyük əməyi olan baş sponsorlar: “CL Media Company”, “Rabalon” şirkəti, “Banu Parça Evi”, “Leqal Media Group”, “Dreamland” kompleksi; eləcə də layihəyə xüsusi dəyər qatan sponsor münsiflər və tərəfdaşlar: Ülviyyə Əsədova (“Leqal Media Group”), Aysel Mirzəyeva (“Peak Group”), Gülşən Dadaşova, Könül Quliyeva (“Kena.chic”), Cahid Məmmədov (“Naz” akademiyası), Zamina Rahimova (“Miss Defne”), Hicran Əhmədova (“Şərqin Səsi”), Asral, Turan Özbahçeci (“Özbahçeci Invest Club”), “Le Secret Perfume”, Ali Akgedik, “Nar Boutique Hotel”, Gülcahan Cəfərova, “Tort Sumqayıt” və “Coco_cake_baku” komandasına göstərdikləri dəstəyə görə dərin təşəkkürlər ifadə olunmuş, fəxri qonaqlara və dəstəkçilərə diplomlar təqdim edilmişdir.

AMİDTV.AZ

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Dövlət Şaiq Şiriyev kimi vicdanlı, peşəkar və ləyaqətli zabitlərin çiyinləri üzərində möhkəmlənir.

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU