Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

25
bbbbbb 0
Spread the love

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə kitabxana əməkdaşları və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Lənkəran MKS-in əməkdaşı Günay Əsədullayeva açaraq narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən, xüsusilə gənclərin bu bəladan qorunmasında maarifləndirmənin əhəmiyyətindən danışıb.

Daha sonra tanınmış təlimçi-psixoloq Səidə Şirinova mövzu ətrafında geniş çıxış edərək narkomaniyanın psixoloji, sosial və hüquqi fəsadları barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə çıxış edən LDU tələbəsi Vaqif Verdiyev və ictimai fəal Allahverən Pərvizoğlu isə dövlətimizin narkomaniya ilə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlərdən, gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsinin vacibliyindən bəhs ediblər.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda tədbirdə fəal iştirak edən bir qrup şəxsə təşəkkürnamələr təqdim olunub.

AMİDTV.AZ

Allahverən Pərviz oğlu

AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

ÇANAKKALE’DEN KARABAĞ’A UZANAN KARDEŞLİKİKİ DEVLET, BİR MİLLET

İKİ DEVLET, BİR MİLLET: KAHRAMANMARAŞ’IN GÖNLÜNDE AZERBAYCAN VAR!

Şəhid Qurbanov Davudun Tariyel oğlunun anım günü

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib