Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə Matros Bich Restoranında möhtəşəm tədbir keçirildi

12
bbbbbb 0
Spread the love

Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə iyulun 21-də Bakı şəhərində yerləşən Matros Bich Restoranında təşkil olunmuş möhtəşəm tədbir keçirildi. Milli mətbuatımızın banisi Həsənbəy Zərdabinin əziz xatirəsinə həsr olunan bu tədbir təkcə bayram xarakteri daşımırdı. O, həm də Azərbaycan mediasının keçdiyi şərəfli yolun, söz azadlığının, milli jurnalistikanın inkişafının və ziyalı həmrəyliyinin parlaq nümayişi idi.
Mətbuat cəmiyyətin vicdanı, dövlətlə vətəndaş arasında etibarlı körpü, həqiqətin keşiyində dayanan müqəddəs bir missiyadır. Həsənbəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat ənənəsi bu gün müasir informasiya texnologiyalarının imkanları ilə daha da inkişaf edərək Azərbaycanın milli maraqlarının qorunmasında, cəmiyyətin maariflənməsində və dövlətçilik ideologiyasının təbliğində mühüm rol oynayır.
Tədbirdə ölkənin tanınmış ziyalıları, elm və təhsil xadimləri, media rəhbərləri, jurnalistlər, ictimaiyyət nümayəndələri və müxtəlif informasiya resurslarının əməkdaşları iştirak edirdilər. Tədbirin əsas məqsədi milli mətbuatın inkişafına töhfə verən media nümayəndələrinin əməyini yüksək qiymətləndirmək, onları həvəsləndirmək və peşə fəaliyyətlərinə verilən dəyəri nümayiş etdirmək idi.
Bayram tədbirinin ən yaddaqalan məqamlarından biri media nümayəndələrinin “Həsənbəy Zərdabi” mükafatı ilə təltif olunması oldu. Bu mükafat Azərbaycan jurnalistikasının inkişafına, cəmiyyətin düzgün məlumatlandırılmasına, milli-mənəvi dəyərlərin qorunmasına və peşə etikasına sadiq xidmət göstərən media nümayəndələrinin əməyinə verilən yüksək qiymətin ifadəsi kimi böyük rəğbətlə qarşılandı.
Tədbirdə iştirak edən ziyalılar arasında Azərbaycan elm və təhsil mühitinin tanınmış nümayəndələri də yer alırdı.
UNEC-in İqtisadiyyat kafedrasının baş müəllimi Kərimova Tahirə Hüseyn qızı, elm və təhsilin inkişafına verdiyi töhfələrlə seçilən ziyalılardandır. Onun iştirak etdiyi belə tədbirlər elm və medianın qarşılıqlı əməkdaşlığının vacibliyini bir daha nümayiş etdirir.
Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələsgərova Sakibə Azərbaycan dilinin, milli ədəbiyyatın və mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər göstərdiyi fəaliyyətlə cəmiyyətimizin hörmətini qazanmış ziyalılardandır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi Kərimli Yeganə də tədbirdə iştirak edərək elm və mədəniyyət nümayəndələrinin media ilə birgə fəaliyyətinin əhəmiyyətini vurğuladı.
Texnika elmləri doktoru, professor Fikrət Sadıqov elmi nailiyyətləri ilə yanaşı, milli ziyalı mövqeyi ilə də tədbir iştirakçılarının diqqətini cəlb edən nüfuzlu alimlərdən biri idi.
Media cameəsinin nümayəndələri sırasında AMİDTV.AZYENİNEWSTV24.AZ saytlarının redaktoru Sahilə Abdullayeva, həmçinin Zia.az saytının təsisçisi ,1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, həmçinin, “Abdulla Şaiq”, “Həsənbəy Zərdabi”, “Nəriman Nərimanov”, “Ömər Faiq Nemanzadə”, “Zirvə”, “Zəfər”, “Qafqaz”, “Ustad”, “Qızıl Qələm”, “Peşəkar jurnalist”, “Cəsarətli qələm sahibi”, “Kamil sənətkar” və s. mükafatların laureatı , Fəxri Fərman, Fəxri diplom və müxtəlif mü­ka­fatlarla, o cümlədən, Azər­baycan Respublikası Təhsil Nazirliyinin, Mədə­niy­yət və Turizm Na­zir­li­yi­nin, Əmək və Əha­li­nin So­sial Müdafiəsi Nazirliyinin Diplom və ser­tifi­kat­­ları ilə təltif olunmuş, 2024-cü ildə isə PREZİDENT TƏQAÜDÜ-nə layiq görülmüş Müşviq Borçalı da iştirak edərək peşəkar jurnalistikanın inkişafı naminə göstərdikləri fəaliyyətlə tədbirə xüsusi rəng qatdılar.
Tədbirdə iştirak edənlər sırasında Azərbaycanın incəsənət, elm və mədəniyyət sahəsində xüsusi xidmətləri olan tanınmış ziyalılar da yer alırdılar. Onların iştirakı tədbirə xüsusi nüfuz və mənəvi dəyər qazandırdı.
Azərbaycan SSR-in Əməkdar artisti, tanınmış aktyor və rejissor Ramiz Əliyev uzun illər milli şirk və kino sənətinin inkişafına verdiyi töhfələrlə seçilən sənətkarın və
Azərbaycanın Əməkdar artisti, ölkəmizin ilk qadın qanun ifaçısı Asya Tağıyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətləri ilə tanınan sənətkarın qızı ,Azərbaycanın görkəmli memarı, Xalq memarı, akademik Mikayıl Hüseynovun mənəvi nəvəsi ,hüquqi varisi, rejissor və musiqiçi Zülfiyyə Əliyeva da iştirak edirdi. Onun mədəni irsin qorunması, memarlıq ənənələrinin yaşadılması və incəsənətin müxtəlif sahələrində fəaliyyəti tədbirin məzmununa xüsusi zənginlik qatdı.
Elm, mədəniyyət, incəsənət və media nümayəndələrinin eyni məkanda bir araya gəlməsi bir daha göstərdi ki, Azərbaycan ziyalıları milli dəyərlərin, maarifçilik ənənələrinin və peşəkar jurnalistikanın inkişafını ümumi amal kimi qəbul edir, Həsənbəy Zərdabinin ideyalarına sədaqətlə xidmət etməyi özlərinin mənəvi borcu sayırlar.
Tədbir boyu çıxış edən natiqlər Azərbaycan mediasının keçdiyi inkişaf yolundan, müasir informasiya mühitində jurnalistlərin üzərinə düşən məsuliyyətdən, milli maraqların qorunmasında mətbuatın rolundan və peşə etikasının əhəmiyyətindən bəhs etdilər. Qeyd olundu ki, informasiya müharibələrinin geniş vüsət aldığı müasir dövrdə peşəkar jurnalistin əsas vəzifəsi cəmiyyətə dəqiq, obyektiv və operativ informasiya çatdırmaqdır.
Bu cür tədbirlər həm də müxtəlif sahələri təmsil edən ziyalıların, elm adamlarının və media nümayəndələrinin bir araya gəlməsinə, yeni əməkdaşlıq münasibətlərinin formalaşmasına, fikir mübadiləsinin genişlənməsinə və milli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan milli mətbuatı bu gün dövlətimizin inkişaf strategiyasının, milli-mənəvi dəyərlərimizin, Vətən sevgisinin və vətəndaş həmrəyliyinin təbliğində mühüm missiya yerinə yetirir. Peşəkar jurnalistlərin əməyi cəmiyyətin maariflənməsinə, ictimai fikrin formalaşmasına və milli maraqların müdafiəsinə əvəzsiz töhfə verir.
Biz də AMİDTV.AZYENİNEWSTV24.AZ kollektivi adından “Həsənbəy Zərdabi” mükafatına layiq görülən bütün media nümayəndələrini, jurnalistləri və informasiya sahəsində çalışan peşəkarları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni uğurlar, obyektiv söz uğrunda mübarizələrində əzm, Vətənə və dövlətimizə xidmət yolunda davamlı nailiyyətlər arzulayırıq.
Qoy Həsənbəy Zərdabinin maarifçilik ideyaları hər zaman Azərbaycan jurnalistikasına işıq tutsun, milli mətbuatımız həqiqətin carçısı, cəmiyyətimizin etibarlı söz tribunası olaraq daim inkişaf etsin.

AMİDTV.AZ

Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü,AMİDTV.AZ saytının təsisçisi

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib