AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

0
bbbbbb 0
Spread the love

Elçin Şıxlı Birliyin keçmişi, mövcud fəaliyyəti və gələcək planlar barədə məlumat verib

Daha bir qrup jurnalist Azərbaycan Jurnalistlər Birliyinə (AJB) üzv qəbul olunub. AYNA.AZ -dan AMİDTV.AZ -a verilən məlumata görə,21 Sentyabr tarixində 15 yeni üzvə üzvlük vəsiqələrinin təqdimat mərasimi keçirilib. 

Tədbiri giriş sözü ilə açan AJB sədri Elçin Şıxlı qurumun tarixi, hazırkı fəaliyyəti barədə danışıb və gələcək planlar barədə məlumat verib. Birliyin fəaliyyətinin daha da genişləndirilməsi, təkmilləşdirilməsi, müasir texnoloji tendensiyalara uyğunlaşdırılması, çevik və elektron mezanizmlərin yaradılması üçün planlar hazırlandığını deyən AJB sədrinin sözlərinə görə, qarşıdakı dövrdə həmin planlar mərhələli şəkildə həyata keçiriləcək.

Daha sonra üzvlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

Yekunda Elçin Şıxlı yeni üzvlərin vəsiqələrini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzu edib və AJB ilə səmərəli əməkdaşlıq edəcəklərinə inandığını vurğulayıb.

Qeyd edək ki, yeni üzvlər arasında ELTV-nin baş direktoru İqbal Məmmədəliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov, “525-ci qəzet”in baş redaktorun müavini İlqar Tağıyev, Mətbuat Şurası icra katibinin müavini Fəridə Ağazadə və digər tanınmış simalar var.

Xatırladaq ki, AJB ölkədə ən köklü jurnalist təşkilatıdır. Qurumun yaranma tarixi 1950-ci illərə dayanır.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva