Milli ruhlu, ziyalı və yaradıcı gənc Sevindik Nəsiboğlu

0
bbbbbb 0
Spread the love

Bu gün Azərbaycan ədəbiyyatının və publisistikasının gənc nəslini uğurla təmsil edən, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istedadlı şair-publisist Sevindik Nəsiboğlunun doğum günüdür.
Hər bir xalqın gələcəyini müəyyənləşdirən əsas amillərdən biri onun sağlam düşüncəli, milli ruhlu, ziyalı və yaradıcı gəncləridir. Elə gənclər var ki, yaşlarının az olmasına baxmayaraq, gördükləri işlər, qazandıqları uğurlar və cəmiyyətə verdikləri töhfələrlə illərin təcrübəsinə malik insanları belə heyrətləndirirlər. Belə gənclərdən biri də qələmini Vətənə, dövlətçiliyə, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr edən Sevindik Nəsiboğludur.
26 iyul 2008-ci ildə İmişli şəhərində dünyaya göz açan, əslən Xocavənd rayonunun Muğanlı kəndindən olan Sevindik Nəsiboğlu hələ uşaqlıq illərindən sözə, ədəbiyyata və tariximizə sonsuz maraq göstərmişdir. Onun qəlbində yaşayan Vətən sevgisi zaman keçdikcə şeirə, publisistikaya, araşdırmalara çevrilmiş, bu sevgi onu Azərbaycan oxucusunun tanıdığı və sevdiyi gənc qələm sahiblərindən birinə çevirmişdir.
Hələ 2015-ci ildən etibarən müxtəlif qəzet və jurnallarda dərc olunan şeirləri, milli radio və televiziya kanallarında səslənən poetik nümunələri onun böyük istedadının ilk müjdəçiləri olmuşdur. Hər misrasında Vətən sevgisini, xalqına bağlılığını, Qarabağ həsrətini, şəhidlərimizin müqəddəs xatirəsini, Azərbaycanın təbiətini və milli dəyərlərini tərənnüm edən Sevindik Nəsiboğlu qısa müddətdə oxucuların böyük rəğbətini qazanmışdır.
Onun yaradıcılıq yolu təsadüfi uğurlar deyil, zəhmətin, əzmin, məsuliyyət hissinin və vətənpərvər düşüncənin nəticəsidir. “Dünyamsan Azərbaycan”, “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım”, “Könüllərə yol gəzirəm”, “Möhtəşəm Zəfərin nişanəsi”, “Zəfəri nurlandıran Nurlan”, “Ulu Öndərin işığında”, “Suverenliyimizi təmin edənlər” kimi dəyərli kitabları gənc yaşında onun necə məhsuldar və zəngin yaradıcılıq yoluna malik olduğunu nümayiş etdirir.
Xüsusilə Vətən müharibəsi dövründə onun qələmi bir əsgər silahı qədər qüvvətli olmuşdur. Müharibənin ilk günündən qələmə aldığı şeirlər, publisistik yazılar, qəhrəman şəhidlərimizin həyat yoluna həsr etdiyi araşdırmalar, Vətən sevgisini tərənnüm edən poetik nümunələr hər bir oxucuda milli qürur hissi oyatmışdır. O, sözün gücü ilə xalqımızın haqq səsini dünyaya çatdırmağa çalışmış, qələmini mənfur düşmənə qarşı mənəvi silaha çevirmişdir.
Sevindik Nəsiboğlu təkcə şair və publisist deyil, həm də fəal ictimai xadim kimi tanınır. Müxtəlif ictimai birliklərin fəxri üzvü olması, “Kredo” qəzetinin redaksiya heyətində fəaliyyət göstərməsi, xəbər portallarında müntəzəm çıxışları, gənclərin maarifləndirilməsi istiqamətində gördüyü işlər onun cəmiyyət qarşısındakı məsuliyyət hissindən xəbər verir.
Əldə etdiyi uğurlar, aldığı mükafatlar, fəxri diplomlar və müsabiqələrdə qazandığı nailiyyətlər onun istedadına verilən yüksək qiymətin bariz nümunəsidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ədəbiyyat müsabiqəsində qalib olması, Azərbaycan Jurnalistlər Birliyinə və Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq ixtisasına yüksək nəticə ilə qəbul olunması, Respublika səviyyəli yaradıcılıq müsabiqələrinin laureatı olması onun həyat yolunun yalnız başlanğıcıdır.
İnanırıq ki, bu gün artıq doqquzuncu kitabı nəşrə hazır olan Sevindik Nəsiboğlu gələcək illərdə Azərbaycan ədəbiyyatına və publisistikasına daha böyük töhfələr verəcək, öz yaradıcılığı ilə milli söz xəzinəmizi daha da zənginləşdirəcək, ölkəmizi beynəlxalq ədəbi mühitdə layiqincə təmsil edəcəkdir.
AMİDTV.AZ və YENİNEWSTV24.AZ saytlarının kollektivi adından dəyərli gənc şair-publisist Sevindik Nəsiboğlunu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, bitib-tükənməyən yaradıcılıq enerjisi, daim yüksələn uğurlar, yeni kitablar, yeni zirvələr, yeni qələbələr arzulayırıq.
Qoy ilhamınız heç zaman tükənməsin, qələminiz həmişə həqiqətin, vətənpərvərliyin və milli dəyərlərimizin keşiyində dayansın. Yazdığınız hər misra ürəklərə işıq, gələcək nəsillərə örnək, Azərbaycan ədəbiyyatına isə yeni bir töhfə olsun.
Yeni yaşınız həyatınızın ən gözəl, ən uğurlu və ən məhsuldar dövrünün başlanğıcı olsun!
Doğum gününüz mübarək, əziz Sevindik Nəsiboğlu! Allah yolunuzu daim açıq, ömrünüzü bərəkətli, qələminizi qüdrətli etsin. Yeni yaşınız bütün arzularınızın, böyük uğurlarınızın və parlaq gələcəyinizin açarı olsun!

AMİDTV.AZ

Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Milli ruhlu, ziyalı və yaradıcı gənc Sevindik Nəsiboğlu

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü