Özbəkistanın Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalı keçirilir.

10
bbbbbb 0
Spread the love

Xəbər verdiyimiz kimi, 26-28 aprel tarixlərində Özbəkistanın Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalı keçirilir.
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan festivalda ölkəmiz də təmsil olunur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli (saz), Pərviz Mirzəyev (balaban), Asim Quliyev (nağara) və Abuzər Şöyübovdan (qoşanağa) ibarət musiqiçi qrupu festivalda uğurla çıxış edib.
Təmsilçilərimiz çıxışlarına ustadnamə ilə başlayaraq dörd aşıq havasını kompozisiya şəklində səsləndiriblər. Kollektivin ifasında aşıq sənətinin sinkretikliyini əks etdirən instrumental və vokal ifa, rəqs, eləcə də aktyorluq kimi xüsusiyyətlər yüksək səviyyədə nümayiş olunub.
Azərbaycan aşıq sənətinin Şirvan mühiti ənənələrini yaşadan ifaçıların çıxışı festivalın münsiflər heyəti və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Aprelin 28-də IV Beynəlxalq Baxşı Festivalının bağlanışı olacaq, qaliblər mükafatlandırılacaq.

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Milli ruhlu, ziyalı və yaradıcı gənc Sevindik Nəsiboğlu

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü