Nizami Gəncəvi (1141-1209)

3
bbbbbb 0
Spread the love

Qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almışdır. Ərəb və fars dillərini mükəmməl bilirdi. Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi. Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərgin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazmışdır. Siz yəqin ki, Nizami poemalarından götürülmüş “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Kərpic kəsən kişinin dastanı”, “Ağıllı çoban”, “Şah və xidmətçi”, “Xeyir və Şər”, “İsgəndər və çoban” və digər mənzum hekayələri ilə tanışsınız. Cəsarəti, hünəri, mərdliyi dönə-dönə tərənnüm edən şair “mərd olmaq yaxşıdır dünyada hər an, mərdlik ilə çatar arzuya insan” deyir. Xalqımız Nizaminin xatirəsini məhəbbətlə yad edir. Bakıda və Gəncədə Nizaminin abidəsi ucaldılmışdır. 1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 750-ci ildönümünə həsr edilmiş Nizami məqbərəsi tikilib. Məqbərə şairin vətəni Gəncə şəhərinin yaxınlığında yerləşir. 1991-ci ildə məqbərə kompleksi yenidən qurulub, məqbərə 20 metr hündürlüyündədir və ətrafında park salınıb. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tunc abidə ucalır. 2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsi açılıb.

AMİDTV.AZ

ŞEYHOĞLU SATILMIŞ

Lütviyyə Əsgərzadənin ömür yolu elmə sədaqətinin parlaq nümunəsidir

Zəhra Allahverdiyevanın elmi-mədəni fəaliyyətinin parlaq nümunələri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Sazı sinəsində yaşadan Aşıq Mustafa Şıxlinski

Lənkəranda mərhum şair Vaqif Hüseynovun 90 illik yubileyi qeyd olunub

Müasir Azərbaycan musiqisinin dünya səhnələrində ucalan ən qüdrətli səslərindən biri olan Firəngiz Əlizadə

Deniz Işın zəka ilə sənətin harmoniyasını özündə birləşdirən parlaq obrazdır

28 May – Respublika Günü milli qürurun, azadlıq ruhunun və dövlətçilik ənənələrinin əbədi simvoludur