Tısbağa və ördəklər

26
bbbbbb 0
Spread the love

Bir gölün kənarında iki ördək və bir tısbağa yaşayırdı. Qonşu olduqları üçün onların arasında dostluq və səmimiyyət vardı. Bir gün onların şən həyatını pozan hadisə baş verdi. Gölün suyu sürətlə azalmağa başladı. Bunu görən ördəklər tısbağanın yanına gələrək dedilər:

– Vidalaşmağa gəlmişik, ey əziz dost və səmimi yoldaş, salamat qal!..

Tısbağa dostlarından ayrılacağı üçün göz yaşları axıtdı və dedi:

– Ey mənim əziz dost və mehriban qardaşlarım, suyun az olması mənim üçün daha dəhşətlidir. Çünki mən susuz yaşaya bilmərəm. Məni də xilas etmək üçün bir tədbir görün.

– Məni də aparın deyə-deyə, tısbağa israr etdi.

– Səndən ayrılmaq bizim üçün daha ağırdır. Lakin sən dostlarının dediklərinə əhəmiyyət vermir, öz xeyrini başa düşmürsən, deyilənlərə qulaq asmırsan. İstəyirsən ki, səni də aparaq. Şərtimiz budur:

– Göyə qalxandan sonra bizi görən camaat nə desə gərək ağzını bərk-bərk yumub heç bir şey danışmayasan.

Tısbağa dedi:

– Razıyam. Necə lazımdırsa, elə də edin. Mən söz verirəm ki, canımı dişimə tutub heç cınqırımı da çıxartmayım.

Ördəklər çubuq tapıb gətirdilər. Tısbağa dişi ilə onun ortasından tutdu. Onlar çubuğu hər iki başından götürüb göyə qalxdılar. Ördəklər bir az da yüksəyə qalxdıqda adamlar onları görüb təəccüb etdilər, sağdan və soldan səslər ucalmağa başladı:

– Ora baxın, ora baxın! Ördəklər tısbağa aparır!

Tısbağa bir müddət susdu, lakin sonra davam gətirə bilməyib cavab vermək istədi. Onun ağzını açması ilə yerə dəyməsi bir oldu.

Ördəklər bu əhvalatı hər yerə danışmağa başladılar ki, dostlar bundan ibrət dərsi götürsünlər.

AMİDTV.AZ

Hümeyra Vəlizadə

ŞEYHOĞLU SATILMIŞ

Lütviyyə Əsgərzadənin ömür yolu elmə sədaqətinin parlaq nümunəsidir

Zəhra Allahverdiyevanın elmi-mədəni fəaliyyətinin parlaq nümunələri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri