Hüseyn Cavid. Hər yer səfalı, nəşəli

18
bbbbbb 0
Spread the love

Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar…
Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Dağlar çiçəklə süslənərək səbzü dilgüşa…
Quşlar ötər, sular aqıb ətrafa gül saçar.
Seyr eylədikcə bən şu gözəl kainatı, həp
Ruhum uçar, uçar əbədi bir səfa duyar.
Cənnət qədər bu mənzərə möcüznüma…fəqət
Həp bisəmər, deyilsə nəsibim visali-yar.

Didari-yar, iştə odur cənnətim bənim;
İnsan olan cihanda nasıl sevgisiz yaşar!?
Həp sevgidir gözəlliyi insanə sevdirən,
Məhrumi-eşq olunca gözəllik də can sıqar.
Dünyada varsa devləti-cavid o, eşqdir;
Olmaz sevib-sevilməyən ömründə bəxtiyar

AMIDTV.AZ

BİRLEŞSİN TÜRK OLAN

Tahir Görenli”BAŞ EYDİRDİN”

Tısbağa və ördəklər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zəfər keçmişin qüruru, bu günün məsuliyyəti və gələcəyin ümididir

İnsan ruhu ilə dünyanın rəngləri arasında incə körpünü yaradan Nərmin Nəcəff.

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!