Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Yaradıcı Ekosistem və Sənaye (YES) Mükafatı” üçün müraciətlərin qəbuluna başlanılıb

14
bbbbbb 0
Spread the love

Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Yaradıcı Ekosistem və Sənaye (YES) Mükafatı” üçün müraciətlərin qəbuluna başlanılıb.Mükafat yaradıcı sənaye sektorunun əhəmiyyətinin artırılması, sənaye nümayəndələrinin fəaliyyətinin daha geniş tanıdılması, mədəniyyət sahəsində sahibkarlığın inkişafının təşviq edilməsi və istedadlı şəxslərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə təsis edilib.Mükafatın təqdim edilməsi müsabiqə əsasında həyata keçiriləcək. Müraciətlər mədəniyyət və yaradıcı sənayelərin (bundan sonra MYS) yaradıcı klasterləri (kino, animasiya, teatr, ədəbiyyat, dizayn, təsviri sənət, tətbiqi sənət/əl işləri, rəqs, musiqi, kulinariya, oyun texnologiyaları, mədəniyyət sahəsində startaplar (cultech)) üzrə 6 nominasiyada qəbul olunur:“İlin biznes təşəbbüsü” – Son 1 il ərzində yeni biznes modelinin uğurlu tətbiqinə görə Azərbaycan Respublikasında təsis edilmiş və MYS sahəsində fəaliyyət göstərən biznes subyektlər arasından seçilir;“İlin innovativ layihəsi” – Son 1 il ərzində Azərbaycan Respublikası sərhədləri daxilində başladılan və (və ya) böyük hissəsi ölkə daxilində keçirilən, ölkədə MYS-nin innovativ inkişafına töhfə verən və faktiki fəaliyyət nəticələri olan layihələr arasından seçilir;“İlin yaradıcı məkanı” – Son 1 il ərzində yaradıcı icmaların formalaşmasına və yaradıcı fəaliyyətin həyata keçirilməsinə şərait yaradan məkanlar arasından seçilir;“İlin mühüm hadisəsi” – Son 1 il ərzində ölkədə və (və ya) ölkə xaricində keçirilən Azərbaycan Respublikasında MYS-nin inkişafına töhfə verən əhəmiyyətli hadisələr (tədbirlər) arasından seçilir;“İlin ekosistem oyunçusu” – Son 1 il ərzində ölkədə MYS-nin inkişafına töhfə verən fəaliyyətinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş təsisatlar (hüquqi şəxslər), həmçinin fiziki şəxslər arasından seçilir;“Xüsusi mükafat” – Münsiflər heyətinin qərarı ilə ölkədə MYS-nin inkişafına xüsusi töhfə verən müsabiqədə iştirak edən namizədlər, həmçinin müsabiqədənkənar şəxslər arasından seçilir.Qeyd edək ki, namizədlərin seçimi Azərbaycanın tanınmış mədəniyyət və yaradıcı sənaye nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Münsiflər heyəti tərəfindən həyata keçiriləcək.Müsabiqədə iştirak etmək istəyənlər award.creative.az rəsmi internet səhifəsində qeydiyyatdan keçərək öz namizədliyini irəli sürə bilərlər.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib