Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

16
bbbbbb 0
Spread the love

Aprelin 16-da saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

AMİDTV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, portal.edu.az vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Müraciətlərin elektron formada həyata keçirilməsi tələbələrə təhsil haqqını müəssisəyə getmədən ödəmək, imtahan nəticələri və digər yeniliklər barədə məlumat əldə etmək imkanı da yaradır.

Qeyd edək ki, sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

AMİDTV.AZ

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Alizər Hüseynova zəngin intellekti və yüksək pedaqoji ustalığı seçilən pedaqoqlardandır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zəfər keçmişin qüruru, bu günün məsuliyyəti və gələcəyin ümididir

İnsan ruhu ilə dünyanın rəngləri arasında incə körpünü yaradan Nərmin Nəcəff.

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!