Azərbaycan Tələbə Liqasında I dövrəyə yekun vurulub

13
bbbbbb 0
Spread the love

Azərbaycan Tələbə Liqasında I dövrəyə yekun vurulubAli təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasında I dövrəyə yekun vurulub. Keçirilən oyunların nəticələrinə görə, liqanın A və B qruplarında ən çox xal toplayan Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyasının komandaları birinci altılıqda, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universitetinin komandaları isə ikinci altılıqda mübarizəni davam etdirəcək. Liqanın II dövrəsinin ilk oyunları tələbələrin qış imtahanı sessiyasından sonra, yəni fevral ayının ikinci ongünlüyünə təsadüf edəcək. Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2024-cü ilin may ayında yekun vurulacaq. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə təşkil olunub
 AMİDTV.AZ

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

BAKI-XANKƏNDİ AZƏRBAYCAN VELOSİPED YARIŞINDA 3-CÜ MƏRHƏLƏ BAŞA ÇATIB

ATICILIQ ÜZRƏ AVROPA ÇEMPİONATINDA BÜRÜNC MEDAL QAZANAN HƏMYERLİLƏRİMİZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi