Quba Qəcrəș kəndində Müqəddəs Ramazan ayi münasibəti ilə iftar süfrəsi təşkil edilib.

7
bbbbbb 0
Spread the love

Müqəddəs Ramazan ayi münasibəti ilə , Quba Qəcrəș kəndi yolunda yerləşən ” Pətək  ” restoraninin rəhbəri xeyirxah missiyasını davam etdirərək Vətən Müharibəsində qəhrəmancasına şəhadətə yüksələn şəhidlərimizin  valideyinlərini dəvət edib, iftar süfrəsi təşkil edib.İftar süfrəsində ilk öncə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla anılıb. “Qurani-Kərim”dən ayələr oxuyub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar ediblər.
Din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazanın fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından söhbət ediblər. İnsanlar arasında həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.
 Mərasimdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxundu.

AMİDTV.AZ

Aygün Məmmədova Azərbaycan Jurnalistləri Birliyinin üzvü

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

Lənkəranda mərhum şair Vaqif Hüseynovun 90 illik yubileyi qeyd olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib