“N” saylı hərbi hissəsinin yaradılmasının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib

2
0
Spread the love

Noyabrın 16-da “N” saylı hərbi hissəsinin yaradılmasının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.Tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi hissənin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Mərasimdə Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri şəxsi heyətə çatdırılıb.Çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolu, o cümlədən Vətən müharibəsi və sonraki əməliyyatlarda iştirakından danışıblar. Qeyd olunub ki, hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti uğurla davam etdirir. Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində şəxsi heyətin döyüş hazırlığı və hərbi qulluqçuların sosial-məişət şəraiti daim yüksək səviyyədə saxlanılır.Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb, məktəblilər tərəfindən tədbir iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim edilib.Tədbirin bədii hissəsində vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri səsləndirilib.

AMİDTV.AZ

“Doğu Akdeniz – 2025” təlimi keçirilib

“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimi sona çatıb – VİDEO

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, böyük ziyallıdır

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib