“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimi sona çatıb – VİDEO

18
bbbbbb 0
Spread the love

Ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da sona çatıb. 
Təlimin bağlanış mərasimində əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.
Mərasimdə çıxış edənlər Azərbaycan və BƏƏ-nin xüsusi təyinatlıları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, keçirilən birgə təlimin ölkələrin XTQ mənsubları arasında təcrübə mübadiləsi, döyüş hazırlığı səviyyəsinin artırılması və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, hədiyyə mübadiləsi həyata keçirilib.
Mərasimin sonunda xatirə fotosu çəkdirilib.

AMİDTV.AZ

“Doğu Akdeniz – 2025” təlimi keçirilib

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

“Birlik – 2025” birgə təliminin koordinasiya toplantısı keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi