Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

16
bbbbbb 0
Spread the love

Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Anım mərasimində əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.
Anım mərasimində çıxış edənlər Mustafa Kamal Atatürkün şərəfli və mənalı ömür yolundan danışaraq qeyd ediblər ki, dahi şəxsiyyətin apardığı islahatlar nəticəsində qardaş ölkə tarixin sınaqlarından uğurla çıxaraq sürətlə inkişaf etmiş, güclü bir dövlətə çevrilmişdir.
Vurğulanıb ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin əsas prinsipidir və hər iki dövlətin bir-birinə olan qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

AMİDTV.AZ

Aygün Məmmədova

Tısbağa və ördəklər

ŞEYHOĞLU SATILMIŞ

Lütviyyə Əsgərzadənin ömür yolu elmə sədaqətinin parlaq nümunəsidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi