Müdafiə Nazirliyinin rəhbər heyətinin Qazaxıstana səfəri davam edir -VİDEO

4
0
Spread the love

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyətinin Qazaxıstan Respublikasına səfəri davam edir.General-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti, qazaxıstanlı həmkarı general-polkovnik Ruslan Jaksılıkov və “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı dövlətlərinin Müdafiə nazirliklərinin rəhbərliyi ilə birgə Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib. Gəmi ilə səfər zamanı raket-artilleriya gəmisinin və heyətin əsas fəaliyyət istiqamətləri ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. Qonaqlar hərbi dənizçilərin nümunəvi çıxışlarını izləyiblər.Sonra nümayəndələr Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Dalğıc mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olub, silahlanmada olan kiçik və iriçaplı silahlara və texniki avadanlıqlara baxış keçiriblər.Daha sonra hərbi hissələrdən biri ziyarət edilib. Qonaqlara burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib və hərbi hissənin ərazisindəki təlim trenajorları nümayiş etdirilib.

AMİDTV.AZ

“Doğu Akdeniz – 2025” təlimi keçirilib

“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimi sona çatıb – VİDEO

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, böyük ziyallıdır

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib