Biologiya elmləri doktoru, dosent Sevda Muxtar qızı Alverdiyevanın elmi rəhbərliyi və pedaqoji fəaliyyəti Azərbaycan elminin gələcəyinə qoyulan qiymətli sərmayədir.

13
bbbbbb 0
Spread the love

Bəşər sivilizasiyasının inkişaf tarixində elə şəxsiyyətlər yetişmişdir ki, onların ömür yolu yalnız şəxsi uğurların deyil, bütöv bir elmi istiqamətin inkişaf salnaməsinə çevrilmişdir. Belə insanlar zamanın axarında adlarını sadəcə kitabların müəllifi kimi deyil, həm də elmi təfəkkürün, milli intellektual sərvətin və mənəvi dəyərlərin daşıyıcısı kimi tarixə həkk etdirirlər. Onların fəaliyyəti cəmiyyətin elmi potensialını zənginləşdirir, təbiətə münasibəti dəyişir, insanın yaşadığı mühitə daha məsuliyyətlə yanaşmasına xidmət edir. Onlar təbiətin sirlərini açır, milli elmi irsi zənginləşdirir, gələcək nəsillər üçün etibarlı elmi məktəb formalaşdırırlar. Belə ziyalılardan biri də biologiya elmləri doktoru, dosent Sevda Muxtar qızı Alverdiyevadır. Onun ömür yolu Azərbaycan elminə, botanika sahəsinə və biomüxtəlifliyin öyrənib qorunmasına həsr olunmuş fədakar bir həyat salnaməsidir.Alim ömrü yalnız laboratoriyalarda, kitabxanalarda və elmi ekspedisiyalarda keçən zaman deyil. Əsl alim ömrü insanın təbiətlə səssiz dialoqu, həqiqət axtarışı, müşahidə mədəniyyəti və sonsuz səbir məktəbidir. Təbiətin hər daşında, hər ağac qabığında, hər qaya parçasında, hər canlı orqanizmdə gizlənən sirləri görmək, onları elmin dili ilə danışdırmaq yalnız seçilmiş tədqiqatçılara nəsib olur. Sevda Muxtar qızı Alverdiyeva da ömrünü məhz bu müqəddəs missiyaya həsr etmiş alimlərdəndir.
1954-cü il iyunun 15-də qədim tarixə və zəngin mədəni irsə malik Bərdə şəhərində ziyalı ailədə dünyaya göz açan Sevda xanım uşaqlıq illərindən təbiətin ecazkar aləminə böyük maraq göstərmişdir.Bərdənin münbit torpaqları, yaşıllığa bürünən bağları, çay kənarları, çölləri və fəsillərin bir-birini əvəz edən rəng çalarları onun dünyagörüşünün formalaşmasına təsir göstərmişdir. Təbiət onun üçün sadəcə gözəllik mənbəyi deyil, öyrənilməsi sonsuz olan böyük bir elm kitabı idi. Azərbaycanın rəngarəng təbiəti, çiçəklərlə bəzənmiş düzənlikləri, meşələri və dağları onda canlı aləmi öyrənmək həvəsi oyatmışdır. Sonralar bu maraq elmi axtarışlara çevrilmiş, həyatının əsas məqsədini müəyyən etmişdir.
Ali təhsilini S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) alan Sevda Alverdiyeva botanika elminin incəliklərini dərindən mənimsəmiş, tələbəlik illərindən tədqiqatçılıq bacarığı ilə seçilmişdir. Sevda xanım elmin yalnız nəzəriyyə deyil, həm də müşahidə, zəhmət, dəqiqlik və sonsuz səbir tələb etdiyini erkən yaşlarından dərk etmişdir.Tələbəlik illərində qazandığı nəzəri bilikləri praktik müşahidələrlə birləşdirərək gələcək elmi yolunun əsasını qoydu.
Sevda Alverdiyevanın elmi fəaliyyətinin mərkəzində uzun illər ərzində Azərbaycanın lixenoflorasının öyrənilməsi dayanmışdır. Şibyələr adi gözlə çox vaxt diqqət çəkməyən canlılar olsa da, onlar ekoloji tarazlığın qorunmasında, atmosferin vəziyyətinin qiymətləndirilməsində və biomüxtəlifliyin müəyyənləşdirilməsində mühüm rol oynayırlar. Alim bu mürəkkəb və az öyrənilmiş sahəni seçərək Azərbaycan biologiya elminə yeni nəfəs gətirmişdir.
Onun namizədlik dissertasiyası “Abşeronun lixenoflorası” mövzusuna həsr olunmuşdur. Şibyələrə maraqı Sevda xanıma tanınmış azərbaycanlı alim, lixenoloq Barxalov Şaban Ömər oğlunun böyük rolu olmuşdur.. O, S. Alverdiyevanın namizədlik dissertasiyasının rəhbəri olaraq, Azərbaycan lixenoflorasının öyrənilməsini davam etdirməyə təkan vermişdi. Şibyələr (likenlər) təbiətin ən həssas canlı qruplarından biridir. Onlar atmosferin ekoloji vəziyyətinin göstəricisi, biomüxtəlifliyin mühüm tərkib hissəsi və ekosistemlərin sağlamlığını əks etdirən canlı bioindikatorlardır. Sevda Alverdiyevanın bu istiqamətdə apardığı tədqiqatlar Azərbaycan botanika elminin yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
Alimin uzun illər davam edən sistemli araşdırmaları nəticəsində Azərbaycan lixenoflorasının misilsiz zənginliyi üzə çıxarılmışdır.Biologiya elmləri doktoru, dosent Sevda Muxtar qızı Alverdiyevanın Azərbaycan lixenoflorası üzərində apardığı fundamental tədqiqatların nəticəsi olan 67 fəsilə, 202 cins, 811 növ və 6 yarımnövün müəyyən edilməsi məhz belə tarixi nailiyyətlərdəndir. Bu göstəricilər ilk baxışda rəqəmlər toplusu kimi görünə bilər. Lakin onların arxasında onilliklər boyu davam edən zəhmət, elmi prinsipiallıq, təbiətə sonsuz sevgi və Vətənə xidmət amalı dayanır.
Şibyələr Yer üzünün ən qədim və ən həssas canlı qruplarından biridir. Onlar göbələk və yosunun mürəkkəb simbiozu nəticəsində yaranan, ekosistemlərin sabitliyində mühüm rol oynayan canlılardır. Təmiz havanın göstəricisi hesab olunan bu orqanizmlər atmosfer çirklənməsinə son dərəcə həssasdır və buna görə də ekoloji monitorinqdə xüsusi əhəmiyyət daşıyır. Məhz bu xüsusiyyətlərinə görə lixenologiya müasir biologiya və ekologiyanın ən strateji istiqamətlərindən biri hesab edilir.
Azərbaycanın müxtəlif iqlim qurşaqlarını, dağ-meşə ekosistemlərini, yarımsəhra və düzənliklərini, qayalıq massivlərini və sahilyanı ərazilərini əhatə edən geniş tədqiqatlar nəticəsində Sevda Alverdiyeva ölkəmizin lixenoflorasının indiyədək görünməmiş zənginliyini elmi əsaslarla ortaya qoymuşdur. Hər bir yeni növ yalnız bir elmi fakt deyil, təbiətin uzun əsrlər boyu formalaşdırdığı bioloji müxtəlifliyin canlı şahididir.
Alimin müəyyən etdiyi 67 fəsilə Azərbaycanın müxtəlif ekoloji mühitlərində formalaşmış zəngin lixen müxtəlifliyini nümayiş etdirir. Bu fəsilələrin daxilində müəyyən edilən 202 cins isə flora sistematikasının mürəkkəb quruluşunu və ölkəmizin təbii landşaftlarının rəngarəngliyini əks etdirir. Ən mühüm nəticələrdən biri isə 811 növ və 6 yarımnövün elmi cəhətdən təsdiq edilməsidir. Bu göstəricilər Azərbaycanın biomüxtəlifliyinin nə qədər zəngin olduğunu beynəlxalq elmi ictimaiyyətə təqdim edən mühüm faktlardır.
Bu tədqiqatların ən mühüm tərəfi yalnız növlərin siyahıya alınması ilə məhdudlaşmır. Sevda Alverdiyeva həmin növlərin sistematik mövqeyini müəyyənləşdirmiş, onların ekoloji xüsusiyyətlərini, coğrafi yayılmasını, müxtəlif landşaftlarla əlaqəsini və təbii mühitdəki rolunu geniş şəkildə araşdırmışdır. Beləliklə, Azərbaycan lixenologiyası ayrı-ayrı müşahidələrdən sistemli elmi istiqamətə çevrilmişdir.
Alimin elmi fəaliyyətində xüsusi əhəmiyyət kəsb edən nailiyyətlərdən biri də 38 taksonun ilk dəfə Azərbaycan, 14 taksonun isə ilk dəfə Qafqaz üçün qeydə alınmasıdır. Bu fakt yalnız milli botanika elmi üçün deyil, bütün Qafqaz regionunun flora tədqiqatları baxımından böyük elmi hadisədir. Həmçinin ilk dəfə olaraq beynəlxalq şibyə nomenklaturasında Azərbaycanlı lixenoloq 2 yeni şibyə növlərin (Circinaria coronata A.Massal., M.Shultz ex Paukov et Alverdiyeva və Oxneria rosacea (Hue) Paukov et Alverdiyeva müəllifi oldu. Yeni taksonların müəyyənləşdirilməsi göstərir ki, Azərbaycanın təbiəti hələ də elm üçün açılmamış zənginliklərə malikdir və bu sərvətlərin öyrənilməsi dünya biologiyasına mühüm töhfələr verə bilər.
Yeni taksonların aşkar edilməsi təsadüfi uğur deyil. Bu nəticələr uzun illər davam edən sahə ekspedisiyalarının, herbari materiallarının dəqiq müqayisəsinin, beynəlxalq elmi ədəbiyyatın sistemli təhlilinin və yüksək peşəkarlığın bəhrəsidir. Hər bir yeni takson alimin müşahidə qabiliyyətinin, elmi dəqiqliyinin və prinsipiallığının göstəricisidir.
Sevda Alverdiyevanın adı Azərbaycan botanika tarixində daha bir mühüm hadisə ilə bağlıdır. Alim, ilk dəfə olaraq Azərbaycan şibyələrinin konspektini hazırlamış, onların sistematikasını, ekoloji xüsusiyyətlərini, coğrafi yayılmasını və bioloji müxtəlifliyini kompleks şəkildə ümumiləşdirmişdir. Bu fundamental tədqiqat sonrakı elmi araşdırmalar üçün etibarlı mənbəyə çevrilmişdir.Onun hazırladığı “Azərbaycan şibyələri nin konspekti” ölkəmizdə bu sahədə ilk fundamental sistemləşdirilmiş elmi əsərdir. Bu kitab təkcə növlərin siyahısı deyil, həm də onların sistematik mövqeyi, ekoloji xüsusiyyətləri, coğrafi yayılması və elmi təsnifatı haqqında zəngin məlumatlar toplusudur. Bu əsər bu gün də botaniklər, ekoloqlar, magistrantlar və doktorantlar üçün dəyərli elmi mənbə olaraq qalır. Həmçinin Elm və Təhsil Nazirliyi Botanika institutunun botanik alimlər, o cümlədən də S.Alverdiyeva tərəfindən “Qarabağ florası” adlı qiymətli əsər işlənilib çapdan çıxmışdır.Əsərdə Qarabağın bitki biomüxtəlifliyi, relikt, endemik, nadir bitkilərdə ətraflı məlumat verimişdir. Onun tərəfindən Azərbaycan şibyələri adlı növbəti kitab da hazırlanmışdı və bu işdə şibyələrin biomorfoloji, taksonomik spektri, dominant yarpaqvari və kolvari şibyələrin təyinedicisi verilmişdir.
Alimin fəaliyyətinin ən böyük mənəvi dəyəri isə təbiətin mühafizəsinə verdiyi töhfələrdir. Onun araşdırmaları nəticəsində aşkar olunan nadir və məhv olmaq təhlükəsi altında lə üz-üzə qalan şibyə növlərinin Azərbaycan Respublikasının Qırmızı Kitabının ikinci nəşrinə daxil edilməsi elmin təbiətin qorunmasına birbaşa xidmət etdiyini göstərən parlaq nümunədir. Çünki hər qorunan növ gələcək nəsillərə ötürülən təbii irs deməkdir.Onun elmi əsərləri müxtəlif ölkələrin alimləri tərəfindən istifadə olunur. İsveçrədə nəşr olunan ağır metalların bitki və şibyələrdə toplanmasına dair tədqiqat, Rumıniyada dərc edilən Lecanorales sırasına aid araşdırmalar, Rusiya, Belarussiya, Çin, İtaliya və digər ölkələrdə çap olunan məqalələr Azərbaycanın elmi potensialının beynəlxalq səviyyədə tanınmasına xidmət etmişdir. Bu əsərlər göstərir ki, Azərbaycan alimlərinin apardığı tədqiqatlar qlobal elm üçün də əhəmiyyət daşıyır.
Alimin elmi fəaliyyəti yalnız növlərin müəyyənləşdirilməsi ilə kifayətlənməmişdir, təbiətin qorunmasını özünün vətəndaşlıq borcu hesab etmişdir. Sevda Muxtar qızı Alverdiyevanın elmi irsi göstərir ki, torpağı sevmək yalnız onun gözəlliyinə heyran olmaq deyil. Torpağı sevmək onu öyrənmək, qorumaq, zənginliyini gələcək nəsillərə ötürmək və elmi əsaslarla tanıtmaqdır. Onun yazdığı hər bir məqalə, hazırladığı hər bir kitab, iştirak etdiyi hər bir ekspedisiya Azərbaycanın təbii sərvətlərinə sonsuz ehtiramın ifadəsidir.Bu gün iqlim dəyişikliklərinin, biomüxtəlifliyin azalmasının və ekoloji problemlərin qlobal xarakter aldığı bir dövrdə Sevda Alverdiyevanın elmi fəaliyyəti daha böyük əhəmiyyət kəsb edir. Onun tədqiqatları sübut edir ki, təbiəti qorumağın ilk şərti onu dərindən tanımaqdır. Elmi bilik təbiətin müdafiəsində ən etibarlı vasitələrdən biridir.Əsl ziyalı yaşadığı torpağın yalnız bu gününü deyil, sabahını da düşünür.
Sevda Alverdiyevanın elmi yaradıcılığı məhsuldarlığı ilə də diqqəti cəlb edir. O, 91 elmi əsərin, o cümlədən 44 xaricdə nəşr olunmuş elmi məqalənin müəllifidir. Beynəlxalq bazalarda indeksləşdirilən jurnallarda çap olunmuş məqalələri Azərbaycan elminin dünya elmi məkanına inteqrasiyasına mühüm töhfə vermişdir.
Alimin “Azərbaycan şibyələri konspekti” “Azərbaycan şibyələri” kitabı bu sahədə fundamental əsərlərdən biri hesab olunur. Bundan başqa, “Azərbaycanın botaniki-coğrafi şibyə analizi”, “Azərbaycanın nadir şibyə növləri”, “Lecanorales sırasının Azərbaycan lixenobiotasında yayılması”, “Abşeron yarımadasının şibyələri”, “Azərbaycanın yarpaqvari şibyələrinin növ müxtəlifliyi” kimi elmi əsərləri botanika elminin qiymətli mənbələri sırasındadır.
Sevda Alverdiyevanın tədqiqatları göstərir ki, elm yalnız laboratoriyalarda yaranmır. Elm dağların sərt qayalarında, meşələrin kölgəsində, qayaların üzərində bitən kiçik bir şibyənin səssiz həyatında da yaşayır. O, təbiətin ən kiçik canlılarını öyrənməklə əslində bütöv ekosistemin qorunmasına xidmət etmişdir.Əsl alim üçün təbiət sadəcə müşahidə obyekti deyil, canlı həyat kitabıdır. Həmin kitabın hər səhifəsini diqqətlə oxumaq, onun sirlərini öyrənmək və gələcək nəsillərə çatdırmaq böyük məsuliyyət tələb edir. Sevda Alverdiyeva da bu məsuliyyəti dərin elmi vicdan və yüksək vətəndaşlıq mövqeyi ilə daşımışdır. O, Azərbaycanın müxtəlif bölgələrində apardığı ekspedisiyalar zamanı yalnız yeni elmi faktlar toplamaq məqsədi güdməmiş, eyni zamanda təbiətin qorunmasının vacibliyini hər bir araşdırmasının əsas ideyasına çevirmişdir.
Abşeron yarımadasının küləkli qayalarından Böyük Qafqazın və Kişik Qafqazın, “Dağlıq Qarabağın “meşələrinə, Kür-Araz ovalığının geniş düzənliklərindən Xızı rayonunun təbii landşaftlarına qədər uzanan tədqiqat marşrutları onun Vətənə olan sevgisinin elmi ifadəsi idi. Hər bir bölgənin flora zənginliyi, ekoloji xüsusiyyətləri və biomüxtəlifliyi alim üçün ayrıca bir tədqiqat mövzusu olmaqla yanaşı, Azərbaycanın təbii sərvətlərinin bütöv mənzərəsini yaradırdı.Onun öyrəndiyi şibyələr adi gözlə baxıldıqda kiçik və diqqət çəkməyən canlılar kimi görünə bilər. Lakin alim bu canlıların təbiətdəki əvəzsiz rolunu dərindən dərk edirdi. Şibyələr havanın təmizliyini göstərən təbii indikatorlar, ekoloji tarazlığın mühüm elementləri və biomüxtəlifliyin zənginliyini əks etdirən canlı orqanizmlərdir. Onların qorunması əslində bütöv ekosistemin qorunması deməkdir.Sevda Alverdiyevanın uzun illər ərzində apardığı sistemli araşdırmalar nəticəsində Azərbaycan lixenoflorasının zənginliyi elmi əsaslarla müəyyən edilmiş, yüzlərlə növ təsvir olunmuş, ölkəmiz və Qafqaz üçün yeni taksonlar aşkar edilmişdir. Bu tədqiqatlar yalnız botanika elminə deyil, Azərbaycanın ekoloji təhlükəsizliyinə və biomüxtəlifliyin mühafizəsinə də mühüm töhfə vermişdir.
Pedaqoji fəaliyyətində də alim gənc tədqiqatçıların yetişməsinə xüsusi diqqət yetirir. Hazırda dissertantın elmi rəhbəri kimi fəaliyyət göstərməsi onun elmi məktəb yaratmaq istiqamətində gördüyü işlərin davamıdır. Botanika İnstitutu nəzdində fəaliyyət göstərən Elmi Şuranın, Elmi Seminarının üzvü kimi elmi müzakirələrin və yeni tədqiqatların inkişafına töhfə verir.Elmi rəhbərlik sadəcə dissertasiya mövzusunun müəyyənləşdirilməsi və ya məsləhət verməklə bitmir. Bu, gənc tədqiqatçının elmi dünyagörüşünün formalaşdırılması, tənqidi düşünmə bacarığının inkişaf etdirilməsi, elmi etikaya sadiqliyinin aşılanması və müstəqil tədqiqat aparmaq vərdişlərinin qazandırılması deməkdir.
Sevda Alverdiyeva gənc alimlərə yalnız bilik ötürmür, onlarda elmə sevgi, təbiətə məsuliyyət və Vətənə xidmət hissi formalaşdırır. Onun rəhbərliyi altında yetişən tədqiqatçılar anlayırlar ki, elmi fəaliyyət yalnız akademik uğur qazanmaq vasitəsi deyil, cəmiyyət qarşısında mənəvi məsuliyyətdir. Təbiəti öyrənmək, biomüxtəlifliyi qorumaq və əldə olunan nəticələri insanların rifahına xidmət etdirə bilmək əsl alim mövqeyidir.
Alimin pedaqoji fəaliyyətində diqqəti cəlb edən əsas cəhətlərdən biri də tələbə və gənc tədqiqatçılarla səmimi elmi ünsiyyət qurmasıdır. O, hər bir gəncin fərdi potensialını üzə çıxarmağa çalışır, onların suallarını diqqətlə dinləyir, elmi axtarışlara həvəsləndirir və qarşıya çıxan çətinlikləri birlikdə aradan qaldırmağın yollarını göstərir. Bu yanaşma müəllimlə tələbə arasında qarşılıqlı hörmətə və etimada əsaslanan sağlam elmi mühit yaradır.
Sevda Muxtar qızı Alverdiyevanın fəaliyyətinin mühüm istiqamətlərindən biri də Botanika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi Seminarındakı səmərəli iştirakıdır. Elmi seminarlar yeni ideyaların doğulduğu, fərqli baxışların qarşılaşdığı, elmi müzakirələrin aparıldığı mühüm intellektual platformadır. Belə mühitdə hər bir fikir elmi arqumentlərlə dəyərləndirilir, hər bir nəticə ciddi təhlildən keçirilir və hər bir tədqiqat elmi obyektivlik baxımından qiymətləndirilir.
Sevda Alverdiyevanın bu seminarlardakı fəaliyyəti yalnız təşkilati xarakter daşımır. O, zəngin elmi təcrübəsini gənc tədqiqatçılarla bölüşür, onların araşdırmalarına obyektiv rəy verir, metodoloji yanaşmalarını təkmilləşdirməyə kömək edir. Onun hər bir tövsiyəsi uzun illərin elmi təcrübəsinə, sahə araşdırmalarına və fundamental biliyə əsaslanır.
Müasir dövrdə elmin inkişafı yalnız fərdi nailiyyətlərlə deyil, kollektiv əməkdaşlıq, elmi məktəblərin formalaşdırılması və biliklərin davamlı ötürülməsi ilə mümkündür. Sevda Muxtar qızı Alverdiyeva məhz bu prinsiplərə sadiq qalaraq elmi ənənələrin yaşadılmasına, botanika sahəsində peşəkar mütəxəssislərin hazırlanmasına və Azərbaycan elminin gələcəyinin möhkəmləndirilməsinə xidmət edir.
Onun pedaqoji fəaliyyəti sübut edir ki, müəllimlik sadəcə peşə deyil, yüksək mənəvi missiyadır. Gənc tədqiqatçıların uğurları müəllimin ən böyük mükafatıdır. Bu baxımdan Sevda Muxtar qızı Alverdiyevanın elmi rəhbərliyi və pedaqoji fəaliyyəti Azərbaycan elminin gələcəyinə qoyulan qiymətli sərmayədir.
Elm öz işığını yalnız kitabların səhifələrindən almır, o işıq müəllimin baxışından, alim sözündən, elmi müzakirələrdən və gənc tədqiqatçının qəlbində alovlanan maraqdan doğur. Sevda Muxtar qızı Alverdiyeva uzun illərdir ki, həmin işığı qoruyur, onu yeni nəsillərə ötürür və bununla da Azərbaycan botanika elminin inkişafına, elmi məktəblərin davamlılığına və milli elmi düşüncənin zənginləşməsinə dəyərli töhfələr verir. Onun fəaliyyəti göstərir ki, əsl alim yalnız elmi irs yaratmır, həm də bu irsi yaşadacaq yeni alimlər yetişdirir.
O, həmçinin Azərbaycan Botaniklər Cəmiyyətinin fəal üzvlərindən biri kimi ölkədə botanika elminin inkişafına xidmət edir. Elmi konfranslarda, beynəlxalq simpoziumlarda və müxtəlif layihələrdə iştirakı Azərbaycan alimlərinin beynəlxalq əməkdaşlığını daha da gücləndirmişdir.
Sevda Muxtar qızı Alverdiyevanın şəxsiyyətində alim məsuliyyəti, vətəndaş mövqeyi və mənəvi zənginlik vəhdət təşkil edir. Onun elmi fəaliyyəti yalnız statistik göstəricilərdən ibarət deyil. Hər bir ekspedisiya, hər bir yeni növ, hər bir elmi məqalə Azərbaycanın təbii sərvətlərinə olan sevginin, elmi vicdanın və vətənə bağlılığın ifadəsidir.
Bu gün Sevda Alverdiyevanın zəngin elmi irsi Azərbaycan botanika elminin qiymətli sərvətlərindən biridir. Onun tədqiqatları gələcək nəsil bioloqlar, botaniklər, ekoloqlar və təbiətşünaslar üçün etibarlı elmi məktəb rolunu oynayır. Elmi fəaliyyətinin əsas qayəsi yalnız yeni bilik əldə etmək deyil, həm də Azərbaycanın nadir təbiət irsini qorumaq, onu dünya elminə tanıtmaq və gələcək nəsillərə sağlam şəkildə çatdırmaqdır.Zaman sürətlə axdıqca elmin qarşısında duran hədəflər və qlobal ekoloji tələblər də yenilənir. XXI əsrin ən böyük qlobal problemlərindən olan iqlim dəyişiklikləri, biomüxtəlifliyin sürətlə azalması və antropogen — yəni insan amili ilə bağlı yaranan çirklənmələr fonunda lixenologiya (şibyəşünaslıq) elminin strateji əhəmiyyəti bu gün hər zamankından daha aktualdır. Biologiya elmləri doktoru, dosent Sevda Alverdiyeva bütün diqqətini məhz bu müasir çağırışlara cavab verən, praktik və fundamental tədqiqatların vəhdətinə yönəltmişdir.
Alim hazırda Azərbaycan Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Bitki müxtəlifliyi və tətbiqi tədqiqatlar mərkəzi laboratoriyasının baş elmi işçisi kimi öz fəaliyyətini yüksək məhsuldarlıqla davam etdirir. Onun çalışdığı bu laboratoriya təkcə bitki və şibyə növlərinin quru təsnifatı ilə məşğul olmur, bura ölkəmizin bioloji təhlükəsizliyinin, meşə və qaya ekosistemlərinin genetik mənzərəsinin izlənildiyi mühüm bir elmi mərkəzdir. Alimin bu regionda apardığı sistemli və uzunmüddətli çöl tədqiqatları, zamanı topladığı herbari materialları ilə Botanika institutundaki lixenoloji herbarı fondunu dağa da zənginləşdirmişdir. İlk dəfə olaraq onun tərəfindən azərbaycanda yayılan şibyələrın elektron məlumat siyahısının bazası təırtib edilmişdir.
Ömrünü bütöv bir elmi istiqamətin inkişafına, Vətən təbiətinin gizli qalan sirlərinin açılmasına həsr edən bir ziyalının əməyi elmi ictimaiyyətin də hər zaman yüksək diqqət və ehtiram mərkəzindədir.
Onun akademik prinsiplərə sadiqliyi, gənc həmkarlarına qarşı səmimi və tələbkar yanaşması institut daxilində xüsusi bir məktəb yaratmışdır. Bu böyük fədakarlığın və elmi mənəviyyatın rəsmi etirafı kimi, biologiya elmləri doktoru, dosent Sevda Alverdiyevanın yubileyi Botanika İnstitutunda elmi ictimaiyyətin, tanınmış akademik dairələrin, ziyalıların, doğmalarının və onun yolunu davam etdirən tələbələrinin iştirakı ilə böyük təntənə ilə qeyd olunmuşdur.
Bu yubiley tədbiri sadəcə təqvimdəki bir rəqəmin qeyd edilməsi deyil, Azərbaycan botanika elminə, lixenologiya məktəbinə və bütövlükdə milli intellektual sərvətimizə verilən uca dəyərin bariz təzahürü idi. Tədbirdə çıxış edən görkəmli alimlər Sevda xanımın Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasındakı xidmətlərini, onun fədakar alim və nəcib insan obrazını xüsusi vurğulamışlar.
Sevda Alverdiyeva bu gün də həmin uca mənəvi enerji, elmi prinsipiallıq və Vətən sevgisi ilə laboratoriya masası arxasında, mikroskop qarşısında və çətin sahə ekspedisiyalarında gələcək nəsillər üçün yeni elmi üfüqlər açmaqda, Azərbaycan biologiya elmini yeni-yeni nailiyyətlərlə zənginləşdirməkdədir. Onun son illərdəki hər bir addımı sübut edir ki, əsl alim üçün yaş qrafiki yoxdur onun üçün yalnız elmin bitib-tükənməyən üfüqləri və xalqa xidmət amalı vardır.Belə alimlərin fəaliyyəti sübut edir ki, elm millətin mənəvi sərvətidir. Təbiətin səssiz sakinlərini – şibyələri öyrənən Sevda Muxtar qızı Alverdiyeva əslində xalqımızın elmi yaddaşını zənginləşdirən, Azərbaycan biologiya elminin inkişaf tarixində silinməz iz qoyan görkəmli tədqiqatçılardan biridir. Onun adı Azərbaycan elminin işıqlı səhifələrində fədakarlığın, yüksək peşəkarlığın və təbiətə sonsuz məhəbbətin rəmzi kimi yaşayacaqdır.Sevda xanım da bu gün fəaliyyətinin ən məhsuldar, müdrik və mənəvi baxımdan ən zəngin mərhələsini yaşayır. Onun yaradıcılıq enerjisi, elmi prinsiplərə sadiqliyi və bitib-tükənməyən Vətən sevgisi sübut edir ki, qarşıda Azərbaycan biologiyasını zənginləşdirəcək hələ neçə-neçə fundamental əsərlər, açılmamış sirli cığırlar və beynəlxalq arenada dövlətimizin adını ucaldacaq böyük elmi nailiyyətlər dayanır.
Biz də bu müqəddəs və fədakar elm yolunda böyük missiyanı çiyinlərində daşıyan hörmətli alimimizə Sevda Muxtar qızı Alverdiyevaya gələcək fəaliyyətində yeni-yeni uğurlar, tükənməz yaradıcılıq ilhamı və möhkəm cansağlığı arzulayırıq! Onun yandırdığı elm işığı gələcək nəsillərin yolunu daim aydınlatsın, qələmindən çıxan hər bir yeni məqalə və kitab dünya botanika elminin inciləri sırasına daxil olsun. Azərbaycan elminin bu müdrik sərkərdəsinə, fədakar ziyalısına və nəcib insanına elmi axtarışlarla dolu uzun, xeyirli və zirvələrlə zəngin bir ömür və fəaliyyət arzu edirik. Onun adı və əməyi Azərbaycan elminin işıqlı səhifələrində hər zaman fədakarlığın, yüksək peşəkarlığın və təbiətə sonsuz məhəbbətin uca rəmzi kimi yaşayacaq və yaşadılacaqdır!

AMİDTV.AZ

Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü,AMİDTV.AZ saytının təsisçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Dövlət Şaiq Şiriyev kimi vicdanlı, peşəkar və ləyaqətli zabitlərin çiyinləri üzərində möhkəmlənir.

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU