Dövlətimizin təhsil sahəsində həyata keçirdiyi mühüm tədbirlər və strateji addımlar müəllim əməyinə verilən ali dəyərin aydın təzahürüdür.

1
bbbbbb 0
Spread the love

İnsan ömrünün yaddaşında elə insanlar var ki, illər keçdikcə onların siması yaddaşdan silinmir, səsləri zamanın sükutunda belə eşidilir, söylədikləri bir kəlmə isə həyatın hansısa məqamında yenidən insanın qarşısına çıxaraq yol göstərən işığa çevrilir. Belə insanların sırasında müəllimin yeri tamam başqadır. Çünki, müəllim insan həyatına yalnız bir dərs saatı qədər deyil, bəzən bir ömür qədər toxunur. O, uşağın əlinə ilk dəfə qələm verərkən, əslində, onun qarşısında görünməyən bir gələcəyin qapısını açır; bir sualı cavablandırarkən yalnız biliyi deyil, düşünməyi, bir səhvi düzəldərkən isə yalnız yanlış cavabı deyil, yenidən cəhd etməyin cəsarətini öyrədir. Bəlkə də buna görə insan illər sonra məktəb illərini xatırlayanda dərsliklərdən çox, ona inanan, onu dinləyən, uğuruna sevinən, səhvindən sonra əlindən tutan müəllimin baxışını xatırlayır.
Müəllimlik sadəcə bir peşənin adı deyil. Bu, insan taleyinə məsuliyyətlə yanaşmağın, biliyi mənəviyyatla birləşdirməyin, bir nəslin düşüncəsindən digər nəslin gələcəyinə körpü salmağın müqəddəs sənətidir. Müəllim sinif otağında yalnız tarix, riyaziyyat, ədəbiyyat, fizika və ya biologiya öyrətmir,insanın daxilində dünyanı anlamaq istəyini oyadır. Onun qarşısında oturan hər bir şagird yalnız qiymət dəftərindəki bir ad deyil, özünəməxsus arzuları, qorxuları, istedadları və gələcəyi olan bir insandır. Əsl müəllim isə həmin gələcəyi hələ özü görməyən uşağın daxilində belə görə bilir.
Əsrlər dəyişib, məktəblərin divarları, dərs vasitələri, tədris metodları yenilənib. Vaxtilə lövhəyə yazılan sözləri bu gün elektron ekranlar tamamlayır, kitab səhifələrinin yanında rəqəmsal platformalar dayanır, süni intellekt və yeni texnologiyalar təhsilin imkanlarını genişləndirir. Lakin ,bütün bu dəyişikliklərin fövqündə dəyişməyən bir həqiqət yaşayır: heç bir texnologiya müəllimin insan qəlbinə toxunan sözünü, vaxtında verdiyi ruh yüksəkliyini, şagirdinə bəslədiyi inamı və onun gələcəyinə duyduğu məsuliyyəti tam əvəz edə bilməz.
Çünki, məktəb yalnız bilik verilən məkan deyil, şəxsiyyətlərin yetişdiyi mənəvi məkandır. Bu məkanın ən böyük dayağı isə müəllimdir. Müəllim, bəzən bir uşağın həyatında ilk dəfə “sən bacararsan” deyən insan olur. Elə həmin iki söz bir uşağın özünə inamını dəyişə, onun gələcək yolunu müəyyənləşdirə bilər. Bir müəllimin səbrlə dediyi cümlə illər sonra bir həkimin vicdanında, bir mühəndisin məsuliyyətində, bir alimin axtarışında, bir sənətkarın yaradıcılığında, bir vətəndaşın Vətənə münasibətində öz davamını tapa bilər.
Məhz buna görə müəllim haqqında danışmaq əslində gələcək haqqında danışmaqdır. Müəllimin əməyini dəyərləndirmək bir peşəyə deyil, bütöv bir nəslin taleyinə verilən qiymətdir. Çünki bu gün sinif otağında səssizcə yazılan hər bir söz, öyrənilən hər bir həqiqət, verilən hər bir sual və düşünülən hər bir fikir sabah cəmiyyətin simasına çevriləcək. Müəllimin əli ilə açılan məktəb qapısından isə təkcə şagirdlər deyil, gələcəyin özü keçir.Müəllimlik sənəti əsrlər boyu nəcibliyin, fədakarlığın və mənəvi məsuliyyətin ən yüksək zirvəsi olmuşdur. Dahi şəxsiyyətlərin müəllim əməyini valideyn haqqı ilə bərabər tutması, hətta onu mənəvi baxımdan daha üstün sayması təsadüfi deyildir.Ulu Öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” kəlamı bu peşənin bəşər tarixindəki ali məqamının ən bariz ifadəsidir. Çünki ,müəllim yalnız düsturları, qrammatika qaydalarını və ya təbiət qanunlarını öyrədən şəxs deyil, gələcəyin həkimini, mühəndisini, alimini, ən əsası isə Vətənin layiq övladını formalaşdıran mənəvi memardır. Onun dərs dediyi sinif otağı sadəcə dörd divardan ibarət məkan deyil, böyük arzuların toxunduğu, gələcək talelərin yazıldığı müqəddəs bir ocaqdır.
​Cəmiyyətin inkişaf səviyyəsi onun təhsilə və müəllimə verdiyi dəyərlə birbaşa mütənasibdir. Bəşəriyyət tarixi aydın göstərir ki, elmin və müəllim sözünün nüfuzdan düşdüyü dövrlər durğunluq və tənəzzüllə, müəllim əməyinə ehtiramın zirvəyə qalxdığı mərhələlər isə Dirçəliş və tərəqqi ilə nəticələnmişdir.Müəllimlik peşəsi sadəcə peşə fəaliyyəti kimi deyil, idrakın transferi mexanizmi kimi yaranmış və formalaşmışdır.
​Antik Yunanıstanda Sokratın “mayevtika” — suallar vasitəsilə insan zəkasında mövcud olan potensial həqiqəti ortaya çıxarma üsulu müəllimin rolu haqqında təsəvvürləri kökündən dəyişmişdir. Sokrat insanlara bilik yükləmirdi, o, düşünməyi, arayıb tapmağı öyrədirdi. Platonsuz Aristoteli, Aristotelsiz isə Antik fəlsəfənin zirvəsini təsəvvür etmək mümkün olmadığı kimi, müəllimsiz də mənəvi və intellektual inkişaf imkansızdır.İslam Şərqində isə müəllimlik “Mürşid” və “Arif” anlayışları ilə sintez olunmuşdur. Əl-Farabi, İbn Sina və Nəsirəddin Tusi kimi mütəfəkkirlər pedaqoji missiyaya yalnız elmi biliklərin ötürülməsi kimi deyil, mənəvi kamilliyin əsas şərti kimi baxırdılar. Dahi Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs , Heç kəsə üstünlük eyləyə bilməz” kəlamı maarifçiliyin Şərq intibahındakı sarsılmaz mövqeyini nümayiş etdirir.
​XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan İntibahının əsas hərəkətverici qüvvəsi məhz fədakar maarifçilər ordusu idi. Mirza Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə və Məhəmməd Tağı Sidqi kimi böyük ziyalılar müəllimliyi sadəcə fənn tədrisi deyil, milli oyanışın, cəhalətə qarşı mübarizənin baş xətti hesab edirdilər. Onların qarşısında bugünki rəqəmsal texnologiyalar yox idi, lakin savadsızlıq, imkanların məhdudluğu, sosial çətinliklər və köhnə düşüncə kimi böyük maneələr vardı. Buna baxmayaraq, onlar məktəblər açdı, dərsliklər tərtib etdi, qəzetlər nəşr edərək cəmiyyətə maarif işığını yaydılar.
​Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu hərəkat Göyçay, Naxçıvan, Şuşa və Bakıda açılan yeni üsullu məktəblərlə praktiki müstəviyə keçdi. Bu dövrün müəllimi həm qələm sahibi, həm teatr xadimi, həm də cəmiyyətin sosial strukturunu yeniləyən yolgöstərəni idi. Bu ziyalıların ən böyük sərvəti maddi imkan deyil, ideya idi. İdeya isə insan tarixində ən uzunömürlü sərvətlərdən biridir. Bir müəllimin ideyası şagirdinin düşüncəsində yaşayır, həmin şagird onu başqa insanlara ötürür və beləliklə, bir insanın fikri nəsillər boyunca yol gedir.Müəllim sinif otağında Nizaminin humanizmini, Füzulinin mənəvi dərinliyini, Zərdabinin maarifçilik iradəsini, Axundzadənin yenilikçi düşüncəsini, Köçərlinin ədəbi yaddaşını, Şaiqin uşaq sevgisini və Üzeyir bəyin milli mədəniyyət duyğusunu şagirdin dünyasına daşıyaraq böyük bir mənəvi zəncirin halqasına çevrilir.
​Müasir iqtisadiyyatda və sosiologiyada dövlətlərin gücü təbii sərvətləri ilə deyil, yetişdirilmiş “insan kapitalı” ilə ölçülür. Bu kapitalın ilkin bünövrəsini qoyan isə məhz müəllimlərdir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil strategiyası bu sahəni milli prioritetə, müəllimi isə dövlətin strateji dayağına çevirmişdir. Təhsil sistemi artıq təkcə ənənəvi bilik ötürücüsü kimi deyil; rəqəmsal dövrün tələblərinə cavab verən çevik, analitik, STEAM layihələrinə, alqoritmik təfəkkürə və tənqidi düşüncəyə yiyələnmiş gəncliyin formalaşdırılması mərkəzi kimi fəaliyyət göstərir.Dövlətimizin təhsil sahəsində həyata keçirdiyi mühüm tədbirlər və strateji addımlar müəllim əməyinə verilən ali dəyərin aydın təzahürüdür. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, sertifikatlaşdırma mexanizmləri və əməkhaqlarının differensiallaşdırılması vasitəsilə peşəyə maraq və sosial-intellektual status yüksəldilmişdir.Hər il 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində yüzlərlə pedaqoqun “Əməkdar müəllim” fəxri adına, “Tərəqqi” medalına layiq görülməsi, “Ən yaxşı müəllim” müsabiqələri və ucqar rayonlarda çalışan mütəxəssislər üçün tətbiq edilən stimullaşdırıcı paketlər pedaqoji kollektivlərdə yaradıcı ruhu canlı tutur. Eyni zamanda “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkə üzrə 3500-dən çox modern məktəb binasının tikilməsi və ya əsaslı təmiri təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etmişdir.
​Azərbaycan müəlliminin yetişdirdiyi vətənpərvər nəsil 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi yazdı. Qəhrəman şəhid və qazilərimizin qəlbinə ana dili sevgisini, torpağa bağlılığı və milli qüruru nəqş edən məhz müəllim nəfəsi, onun verdiyi mənəviyyat dərsi olmuşdur.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə reallaşan “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş Şuşa, Xankəndi, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl və digər rayonlarımızda ən müasir standartlara cavab verən təhsil müəssisələri qapılarını açır. Bu torpaqlarda fəaliyyətə başlayan müəllim təkcə dərsliklərdən dərs keçmir, həm də azad olunmuş ərazilərə mənəvi və intellektual həyatı qaytarır.
​Dövlətimizin təhsil siyasətinin təməlində dayan hümanizm və sosial ədalət prinsipləri xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını ön plana çəkir.”2018–2024-cü illərdə inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə dönüş nöqtəsi olmuşdur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rəhbərliyi ilə “Uşaq evləri və internat məktəblərinin inkişafı” və müxtəlif inklüziv təhsil layihələri çərçivəsində yüzlərlə təhsil müəssisəsi resurs otaqları, panduslarla, xüsusi liftlərlə və köməkçi pedaqoqlarla (tutorlarla) təmin edilmişdir.İnklüziv mühit sağlamlıq imkanları məhdud uşaqlara özünəinam bəxş edir, digər şagirdlərdə isə empatiya, mərhəmət və fərqliliklərə hörmət hissini formalaşdırır.
​Əbdürrəhim bəy Haqverdiyev və Süleyman Sani Axundovun əsərlərində təsvir edildiyi kimi, müəllim cəmiyyətin qaranlığına işıq saçan bir çıraqdır. Pedaqoji fəaliyyət özü bir incəsənət növüdür: rəssam kətan, heykəltəraş mərmər üzərində işlədiyi halda, müəllim insan ruhu, xarakteri və təfəkkürü üzərində işləyir.Qədim latın müdrikliyində deyildiyi kimi: “Docendo discimus” – “Öyrədərək öyrənirik.” Müəllim şagirdinə hazır dünya vermir, dünyanı dərk etmək üçün açar verir; hazır cavablar sunmur, düşünməyi öyrədir. O, insanın daxilində dürüstlükdən, zəhmətdən, mərhəmətdən, ədalətdən və milli yaddaşdan ibarət görünməyən, lakin həyatın ən ağır sınaqlarında insanı yıxılmağa qoymayan sütunlar ucaldır.
​Dünya dəyişir, texnologiyalar yenilənir, köhnə təbaşiri elektron qələm, kağız xəritəni rəqəmsal platformalar əvəz edir. Lakin əbədi olaraq dəyişməz qalan bir həqiqət var: insanı insan edən, cəmiyyəti tərəqqiyə aparan və gələcəyi işıqlandıran əsas qüvvə müəllim zəhməti, müəllim nəfəsi və müəllim sevgisidir. Müəllimin sinif otağında qoyduğu görünməyən imza nəsillər dəyişdikcə daha aydın görünür və onun yandırdığı işıq bütöv bir xalqın gələcəyini aydınlatmağa davam edir.

AMİDTV.AZ

İslam Vəliyev Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti,Əməkdar müəllim.

RUS

Важные меры и стратегические шаги, осуществляемые нашим государством в сфере образования, являются ярким свидетельством высокой оценки труда учителя.

В памяти человеческой жизни есть люди, чьи лица с годами не стираются из памяти, чьи голоса слышатся даже в тишине времени, а сказанное ими однажды слово в какой-то момент вновь появляется на жизненном пути человека, превращаясь в свет, указывающий дорогу. Среди таких людей особое место занимает учитель. Потому что учитель касается человеческой жизни не только на протяжении одного урока — порой его влияние длится целую жизнь. Когда он впервые вкладывает ручку в руку ребёнка, то на самом деле открывает перед ним дверь в невидимое будущее; отвечая на вопрос, он учит не только знанию, но и умению мыслить; исправляя ошибку, он учит не только находить неправильный ответ, но и мужеству пробовать снова. Возможно, именно поэтому, спустя годы, вспоминая школьные годы, человек помнит не столько учебники, сколько взгляд учителя, который верил в него, слушал его, радовался его успехам и поддерживал после ошибки.
Учительство — это не просто название профессии. Это священное искусство ответственного отношения к человеческой судьбе, соединения знаний с нравственностью, создания моста от мышления одного поколения к будущему другого. Учитель в классе преподаёт не только историю, математику, литературу, физику или биологию — он пробуждает в человеке стремление понять мир. Каждый ученик, сидящий перед ним, — не просто имя в журнале оценок, а человек со своими мечтами, страхами, способностями и будущим. А настоящий учитель способен увидеть это будущее даже в ребёнке, который пока ещё сам его не видит.
Прошли века, изменились стены школ, обновились учебные средства и методы преподавания. Слова, которые когда-то писались на доске, сегодня дополняются электронными экранами, рядом со страницами книг существуют цифровые платформы, искусственный интеллект и новые технологии расширяют возможности образования. Однако над всеми этими изменениями живёт неизменная истина: ни одна технология не способна полностью заменить слово учителя, которое касается человеческого сердца, его своевременную поддержку, веру в ученика и ответственность за его будущее.
Потому что школа — это не только пространство, где передаются знания, но и духовная среда, в которой формируются личности. А главной опорой этого пространства является учитель. Порой именно учитель становится первым человеком в жизни ребёнка, который говорит ему: «Ты сможешь». Эти два слова способны изменить уверенность ребёнка в себе и определить его дальнейший путь. Фраза, сказанная учителем с терпением, спустя годы может найти своё продолжение в совести врача, ответственности инженера, поиске учёного, творчестве художника, отношении гражданина к Родине.
Именно поэтому говорить об учителе — значит говорить о будущем. Оценивать труд учителя — значит оценивать не просто профессию, а судьбу целого поколения. Ведь каждое слово, которое сегодня молча записывается в классе, каждая изученная истина, каждый заданный вопрос и каждая мысль, над которой размышляет ученик, завтра могут стать частью лица общества. Через школьную дверь, открытую рукой учителя, проходят не только ученики — через неё проходит само будущее.
Искусство учительства на протяжении веков было высшей вершиной благородства, самоотверженности и нравственной ответственности. Не случайно великие личности приравнивали труд учителя к долгу родителей, а порой считали его даже выше в нравственном отношении. Как говорил Общенациональный лидер Азербайджана Гейдар Алиев: «Я не знаю в мире имени выше, чем учитель». Эти слова являются одним из наиболее ярких выражений высокого места этой профессии в истории человечества. Ведь учитель — это не только человек, обучающий формулам, правилам грамматики или законам природы, но и духовный архитектор, формирующий будущего врача, инженера, учёного и, прежде всего, достойного сына Родины. Класс, в котором он преподаёт, — это не просто пространство, ограниченное четырьмя стенами, а священный очаг, где соприкасаются большие мечты и закладываются будущие судьбы.
Уровень развития общества непосредственно связан с тем, какое значение оно придаёт образованию и учителю. История человечества ясно показывает: периоды, когда наука и авторитет учителя утрачивали своё значение, сопровождались застоем и упадком, тогда как этапы, когда уважение к труду учителя достигало высоты, становились временем Возрождения и прогресса. Профессия учителя сформировалась не просто как профессиональная деятельность, а как механизм передачи знаний, мышления и интеллектуального опыта.
В Древней Греции метод Сократа — «майевтика», то есть выявление посредством вопросов потенциальной истины, заложенной в человеческом разуме, — коренным образом изменил представления о роли учителя. Сократ не просто передавал людям знания — он учил их мыслить, искать и находить. Подобно тому как невозможно представить Платона без Аристотеля, а вершины античной философии — без Аристотеля, невозможно представить духовное и интеллектуальное развитие без учителя. В исламском Востоке понятие учителя синтезировалось с образами «муршида» и «арифа». Такие мыслители, как Аль-Фараби, Ибн Сина и Насир ад-Дин Туси, рассматривали педагогическую миссию не только как передачу научных знаний, но и как важнейшее условие духовного совершенствования. Слова великого Низами Гянджеви: «Сила — в знании, иначе никто не сможет превзойти другого» демонстрируют незыблемое место просвещения в Восточном Возрождении.
В конце XIX — начале XX века главной движущей силой Азербайджанского Возрождения была именно армия самоотверженных просветителей. Мирза Фатали Ахундзаде, Гасан бек Зардаби, Сеид Азим Ширвани, Джалил Мамедкулизаде и Мухаммед Таги Сидги считали учительство не просто преподаванием предметов, а основным направлением национального пробуждения и борьбы с невежеством. Перед ними не было современных цифровых технологий, однако существовали огромные препятствия в виде неграмотности, ограниченных возможностей, социальных трудностей и консервативного мышления. Несмотря на это, они открывали школы, создавали учебники, издавали газеты и распространяли свет просвещения в обществе.
Движение, фундамент которого заложил Гасан бек Зардаби своей газетой «Əkinçi», перешло в практическую плоскость с открытием новометодных школ в Гёйчае, Нахчыване, Шуше и Баку. Учитель того времени был одновременно человеком пера, театральным деятелем и проводником, обновлявшим социальную структуру общества. Главным богатством этих просветителей были не материальные средства, а идея. А идея — одно из самых долговечных богатств в истории человечества. Идея учителя живёт в мышлении его ученика, тот передаёт её другим людям, и таким образом мысль одного человека продолжает свой путь через поколения.
Учитель переносит в мир ученика гуманизм Низами, духовную глубину Физули, просветительскую волю Зардаби, новаторское мышление Ахундзаде, литературную память Кочарли, любовь Шаига к детям и чувство национальной культуры Узеира бея, становясь звеном большой духовной цепи.
В современной экономике и социологии мощь государств измеряется не только природными ресурсами, но прежде всего качеством сформированного «человеческого капитала». И первоначальный фундамент этого капитала закладывают именно учителя. Образовательная стратегия, осуществляемая под руководством Президента Ильхама Алиева, превратила образование в национальный приоритет, а учителя — в один из стратегических опорных элементов государства. Сегодня образовательная система действует уже не только как традиционный механизм передачи знаний, но и как пространство формирования молодого поколения, отвечающего требованиям цифровой эпохи, обладающего аналитическим мышлением, критическим мышлением, навыками STEAM и алгоритмическим мышлением.
Важные меры и стратегические шаги, реализуемые государством в сфере образования, являются очевидным проявлением высокой оценки труда учителя. Повышение профессионального уровня педагогов, механизмы сертификации и дифференциация заработной платы способствовали повышению интереса к профессии и её социально-интеллектуального статуса. Ежегодно накануне 5 октября — Международного дня учителя — сотни педагогов удостаиваются почётного звания «Заслуженный учитель», медали «Терегги», а конкурсы «Лучший учитель» и стимулирующие пакеты для специалистов, работающих в отдалённых районах, поддерживают творческий дух педагогических коллективов. В то же время строительство и капитальный ремонт более 3500 современных школьных зданий в стране в рамках проекта «Новой школе — обновляющемуся Азербайджану» обеспечили переход образования на качественно новый этап.
Патриотическое поколение, воспитанное азербайджанскими учителями, вписало свою страницу в историю Победы в 44-дневной Отечественной войне. Именно учительское наставление и нравственные уроки формировали в сердцах героев-шехидов и ветеранов любовь к родному языку, привязанность к земле и национальную гордость. В рамках программы «Великое возвращение», реализуемой под руководством Победоносного Верховного Главнокомандующего, в освобождённых от оккупации Шуше, Ханкенди, Лачине, Физули, Зангилане, Джебраиле и других районах открываются образовательные учреждения, отвечающие современным стандартам. Учитель, начинающий работать на этих землях, преподаёт не только по учебникам — он возвращает освобождённым территориям духовную и интеллектуальную жизнь.
В основе государственной образовательной политики лежат принципы гуманизма и социальной справедливости, выдвигающие на первый план интеграцию детей, нуждающихся в особой поддержке, в общество. «Государственная программа развития инклюзивного образования на 2018–2024 годы» стала важным этапом в этом направлении. Под руководством Первого вице-президента Мехрибан Алиевой и Фонда Гейдара Алиева в рамках проектов по развитию детских домов и интернатных учреждений, а также различных проектов инклюзивного образования сотни образовательных учреждений были оснащены ресурсными комнатами, пандусами, специальными лифтами и вспомогательными педагогами — тьюторами. Инклюзивная среда дарит детям с ограниченными возможностями здоровья уверенность в себе, а у других учащихся формирует чувство эмпатии, милосердия и уважения к различиям.
Как изображено в произведениях Абдуррагим бека Хагвердиева и Сулеймана Сани Ахундова, учитель — это светильник, освещающий тьму общества. Педагогическая деятельность сама по себе является видом искусства: художник работает на холсте, скульптор — с мрамором, а учитель работает с человеческой душой, характером и мышлением.
Как гласит древняя латинская мудрость: «Docendo discimus» — «Обучая, мы учимся». Учитель не даёт ученику готовый мир — он даёт ключ к его пониманию; не предлагает готовые ответы — учит мыслить. Внутри человека он возводит невидимые, но прочные опоры, состоящие из честности, труда, милосердия, справедливости и национальной памяти, которые не позволяют человеку упасть в самые тяжёлые испытания жизни.
Мир меняется, технологии обновляются, старый мел заменяют электронное перо, бумажные карты — цифровые платформы. Но существует одна истина, которая остаётся неизменной навсегда: главной силой, делающей человека человеком, ведущей общество к прогрессу и освещающей будущее, остаются труд учителя, его дыхание и его любовь. Невидимая подпись, оставленная учителем в классной комнате, с течением поколений становится всё более отчётливой, а зажжённый им свет продолжает освещать будущее целого народа.


AMİDTV.AZ
Ислам ВЕЛИЕВ

доцент кафедры тюркологии Бакинского государственного университета,
Заслуженный учитель

English

The important measures and strategic steps implemented by our state in the field of education are a clear manifestation of the high value placed on teachers’ work.

There are people in the memory of human life whose faces never fade with the passing of years, whose voices can still be heard even in the silence of time, and whose words, spoken perhaps only once, reappear at some moment in life and become a guiding light. Among such people, the teacher holds a truly special place. For a teacher touches a person’s life not merely for the duration of a lesson, but sometimes for an entire lifetime. When a teacher places a pen in a child’s hand for the first time, they are, in fact, opening before that child the door to an unseen future; when answering a question, they teach not only knowledge but also how to think; and when correcting a mistake, they teach not merely the difference between a right and wrong answer, but the courage to try again. Perhaps this is why, years later, when people remember their school days, they recall not so much their textbooks as the eyes of the teacher who believed in them, listened to them, rejoiced in their achievements and reached out to them after a mistake.
Teaching is not merely the name of a profession. It is the sacred art of accepting responsibility for human destinies, of uniting knowledge with morality, and of building a bridge from the thinking of one generation to the future of another. In the classroom, a teacher does not teach only history, mathematics, literature, physics or biology; a teacher awakens within a person the desire to understand the world. Every student sitting before the teacher is not simply a name in a gradebook, but a human being with unique dreams, fears, talents and a future of their own. A true teacher is capable of seeing that future even within a child who has not yet learned to see it themselves.
Centuries have passed, school walls have changed, and teaching tools and educational methods have evolved. Words once written on a blackboard are now complemented by electronic screens; alongside the pages of books stand digital platforms, while artificial intelligence and new technologies are expanding the possibilities of education. Yet above all these changes remains an enduring truth: no technology can fully replace the teacher’s word that touches the human heart, timely encouragement, belief in a student, or the sense of responsibility a teacher feels for that student’s future.
For a school is not merely a place where knowledge is transmitted; it is a spiritual environment in which personalities are shaped. And the greatest pillar of this environment is the teacher. Sometimes, a teacher is the first person in a child’s life to say, “You can do it.” Those two words can transform a child’s self-confidence and influence the direction of their future. A sentence patiently spoken by a teacher may, years later, find its continuation in the conscience of a doctor, the responsibility of an engineer, the quest of a scholar, the creativity of an artist, or a citizen’s relationship with their homeland.
That is precisely why speaking about the teacher means speaking about the future. To value a teacher’s work is not merely to evaluate a profession; it is to recognize the destiny of an entire generation. Every word quietly written in a classroom today, every truth learned, every question asked and every idea contemplated may become part of the face of society tomorrow. Through the school door opened by the teacher’s hand, it is not only students who pass — the future itself passes through it.
The art of teaching has, throughout the centuries, been one of the highest expressions of nobility, dedication and moral responsibility. It is no coincidence that great personalities have compared the work of teachers with the responsibility of parents, and at times regarded it as even higher in moral terms. As National Leader of Azerbaijan Heydar Aliyev stated, “I know of no higher name in the world than teacher.” These words are among the clearest expressions of the elevated place of this profession in human history. For a teacher is not merely a person who teaches formulas, rules of grammar or the laws of nature; a teacher is a spiritual architect who shapes the future doctor, engineer, scientist and, above all, a worthy child of the homeland. The classroom in which a teacher teaches is not simply a space enclosed by four walls, but a sacred hearth where great dreams meet and future destinies are shaped.
The level of development of a society is directly connected with the value it attaches to education and teachers. The history of humanity clearly demonstrates that periods when science and the authority of teachers lost their significance were accompanied by stagnation and decline, whereas periods in which respect for teachers reached its highest level became periods of Renaissance and progress. The teaching profession emerged and developed not merely as professional activity, but as a mechanism for transferring knowledge, thought and intellectual experience.
In Ancient Greece, Socrates’ method of “maieutics” — bringing out through questions the potential truth existing within the human mind — fundamentally transformed perceptions of the teacher’s role. Socrates did not simply load people with knowledge; he taught them to think, to search and to discover. Just as Plato cannot be fully understood without Aristotle, and the heights of ancient philosophy cannot be imagined without Aristotle, spiritual and intellectual development cannot be conceived without teachers. In the Islamic East, the concept of the teacher was closely associated with the notions of the “Murshid” and the “Arif.” Thinkers such as Al-Farabi, Avicenna and Nasir al-Din al-Tusi viewed the pedagogical mission not merely as the transmission of scientific knowledge, but as a fundamental condition of spiritual perfection. The words of the great Azerbaijani poet Nizami Ganjavi, “Strength lies in knowledge; otherwise no one can rise above another,” demonstrate the enduring place of enlightenment in the Eastern Renaissance.
At the end of the nineteenth and beginning of the twentieth centuries, the principal driving force of the Azerbaijani Renaissance was precisely an army of dedicated enlighteners. Mirza Fatali Akhundzadeh, Hasan bey Zardabi, Seyid Azim Shirvani, Jalil Mammadguluzadeh and Muhammad Tagi Sidqi regarded teaching not simply as the instruction of academic subjects, but as a central instrument of national awakening and the struggle against ignorance. They did not have today’s digital technologies before them, but they faced enormous obstacles: illiteracy, limited opportunities, social difficulties and outdated ways of thinking. Nevertheless, they opened schools, prepared textbooks and published newspapers, spreading the light of enlightenment throughout society.
The movement founded by Hasan bey Zardabi through the newspaper “Əkinçi” entered a practical phase with the opening of new-method schools in Goychay, Nakhchivan, Shusha and Baku. The teacher of that era was simultaneously a writer, a theatre figure and a guide who contributed to transforming the social structure of society. The greatest wealth of these intellectuals was not material means, but ideas. And ideas are among the most enduring forms of wealth in human history. A teacher’s idea lives in the thinking of a student; that student passes it on to others, and thus the thought of one person continues its journey across generations.
In the classroom, the teacher carries Nizami’s humanism, Fuzuli’s spiritual depth, Zardabi’s determination for enlightenment, Akhundzadeh’s innovative thinking, Mohammad Ali Tabrizi’s literary legacy, Abdulla Shaig’s love for children and Uzeyir Hajibeyli’s sense of national culture into the student’s world, becoming a link in a great spiritual chain.
In modern economics and sociology, the strength of states is measured not only by their natural resources but increasingly by the quality of their developed “human capital.” The initial foundation of this capital is laid by teachers. The education strategy implemented under the leadership of President Ilham Aliyev has made education a national priority and positioned teachers as a strategic pillar of the state. Today, the education system functions not merely as a traditional mechanism for transmitting knowledge, but also as a centre for shaping a young generation capable of meeting the demands of the digital age and equipped with analytical thinking, critical thinking, STEAM skills and algorithmic thinking.
The important measures and strategic steps implemented by the state in the field of education are clear manifestations of the high value placed on the work of teachers. Efforts to increase teachers’ professional competence, certification mechanisms and differentiated salaries have contributed to strengthening interest in the profession and its social and intellectual status. Every year, on the eve of 5 October — International Teachers’ Day — hundreds of educators are awarded the honorary title of “Honoured Teacher” and the “Progress” Medal. Competitions such as “Best Teacher,” as well as incentive packages for specialists working in remote regions, help maintain a creative spirit within teaching communities. At the same time, the construction and major renovation of more than 3,500 modern school buildings across the country within the framework of the “A New School for a Renewing Azerbaijan” project have contributed to bringing education into a qualitatively new stage.
The patriotic generation educated by Azerbaijani teachers wrote a historic chapter of victory during the 44-day Patriotic War. It was the teacher’s guidance and moral education that helped instil in the hearts of our heroic martyrs and veterans love for the mother tongue, attachment to the homeland and national pride. Within the framework of the “Great Return” programme implemented under the leadership of the Victorious Supreme Commander-in-Chief, modern educational institutions meeting contemporary standards are opening their doors in Shusha, Khankendi, Lachin, Fuzuli, Zangilan, Jabrayil and other territories liberated from occupation. The teacher working in these lands does more than teach from textbooks — they help restore the spiritual and intellectual life of the liberated territories.
At the foundation of the state’s education policy stand the principles of humanism and social justice, which place the integration of children requiring special support into society among important priorities. The “State Program for the Development of Inclusive Education for 2018–2024” became an important milestone in this field. Under the leadership of First Vice-President Mehriban Aliyeva and the Heydar Aliyev Foundation, within projects aimed at developing children’s homes and boarding schools, as well as various inclusive education initiatives, hundreds of educational institutions were equipped with resource rooms, ramps, special lifts and support educators known as tutors. An inclusive environment gives children with disabilities greater self-confidence, while fostering empathy, compassion and respect for differences among other students.
As depicted in the works of Abdurrahim bey Hagverdiyev and Suleyman Sani Akhundov, the teacher is a lamp illuminating the darkness of society. Teaching itself is a form of art: an artist works on canvas, a sculptor works with marble, while a teacher works with the human soul, character and intellect.
As the ancient Latin wisdom says, “Docendo discimus” — “By teaching, we learn.” A teacher does not give a student a ready-made world; they give them the key to understanding it. They do not provide ready-made answers; they teach how to think. Within a person, they build invisible yet powerful pillars of honesty, hard work, compassion, justice and national memory — pillars that keep a person from falling during life’s most difficult trials.
The world changes, technologies evolve, the old piece of chalk is replaced by an electronic pen, and paper maps by digital platforms. Yet one truth remains eternally unchanged: the fundamental force that makes us human, leads society toward progress and illuminates the future is the teacher’s labour, the teacher’s spirit and the teacher’s love. The invisible signature left by a teacher in the classroom becomes more distinct as generations pass, and the light they have kindled continues to illuminate the future of an entire nation.
AMİDTV.AZ
Islam VALIYEV
Associate Professor, Department of Turkology, Baku State University
Honoured Teacher

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq