Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı

10
bbbbbb 0
Spread the love

26 avqust saat 17:00-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda (Xəqani küç. 19) qazaxıstanlı rəssam Batuxan Baymenin “NOMADE BLACK & WHITE” adlı fərdi sərgisi açılıb.

Açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov iştirak ediblər.

Batuxan Baymen Qazaxıstanın ən tanınmış müasir qrafika ustalarından biridir. Onun əsərləri miqyası, düşüncə dərinliyi və özünəməxsus üslubu ilə seçilir. Sənətkar yaradıcılığında əcdadlarının köçəri mədəniyyətindən ilham alaraq qədim türk tarixini, nomad dünyasını və ortaq fəlsəfəni yeni bədii prizmadan təqdim edir.

Sərgidə təqdim olunan əsərlər simvolik, alleqorik və metaforik kompozisiyaları ilə fərqlənir, türk xalqlarının ruhunu, mədəni irsini və müasir təfəkkürünü əks etdirir. Rəssam tez-tez Abay Kunanbayev, Çingiz Aytmatov və Əlişir Nəvainin əsərlərindən ilhamlanaraq qrafikalarında bu motivlərə xüsusi yer verir.

Sərgi 15 sentyabradək davam edəcək.

AMİDTV.AZ

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib