Baş nazir Əli Əsədov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüşüb

15
bbbbbb 0
Spread the love

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 5-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İƏİT arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu.

Birgə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin nəticələri nəzərdən keçirildi.

Azərbaycan və İƏİT arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri