NATO nümayəndə heyəti təhsil müəssisələri və hərbi hissədə olub

16
bbbbbb 0
Spread the love

“15-ci NATO günləri” tədbiri çərçivəsində ölkəmizə səfəri zamanı NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr komandanlığının (SHAPE) Qərargah rəisinin müavini – Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Gunnstein Bruasdalın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi təhsil müəssisələri və “N” hərbi hissəsini ziyarət edib.
NATO nümayəndə heyəti əvvəlcə Heydər Əliyev adına Hərbi İnstitutda olub. Qonaqlara Heydər Əliyev adına Hərbi İnstitutun fəaliyyəti, tədris proqramları və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər haqqında brifinq təqdim edilib.
Daha sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzi ziyarət edilib.
Burada qonaqlar NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən keçirilən “Təlim və məşq kursu”nu izləyiblər.
Sonra NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsini ziyarət edib.
Qonaqlara hərbi hissənin yaranma tarixi və icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib.
Görüşdə Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolundan, Azərbaycan Ordusunda aparılan islahatlardan danışılıb, maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonda nümayəndə heyəti NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramına bəyan edilmiş Dənizdə qadağa əməliyyatları üzrə göyərtə-axtarış qrupunun döyüş hazırlığı üzrə məşğələsini izləyib.

AMİDTV.AZ

1

2

3

4

5

6

PrevNext

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri