Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir

14
bbbbbb 0
Spread the love

Azərbaycan ilə Belarus arasında əlaqələrin köklü tarixi var və bu əməkdaşlıq geniş spektri əhatə edir. İki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə dəfələrlə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin mütəmadi səfərləri və s. çoxcəhətli mədəni əməkdaşlığın göstəricisidir. 1-4 aprel tarixlərində Bakıda keçiriləcək Belarus Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq. Mədəniyyət Günləri çərçivəsində Belarus Kinosu Günləri keçiriləcək, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisi nümayiş olunacaq, Belarus xalq sənətkarlıq nümunələr və incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.

AMİDTV.AZ

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq