Dünya jurnalistikası ilə Azərbaycan jurnalistikası arasında körpü rolunu oynayan,Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəm oğlu Rüstəmov

Müаsir kоmрyutеr texnologiyasına qədər inkişaf yolu keçən jurnalistika yalnız infor-
masiya vasitəlari baxımından təkmilləşməyib həmdə elmi-nəzəri рrinsiplər konsepsiyalar baxımından уüksək inkişaf yolu keçib
İctimai fikrin və mühitin tənzimlənmə mexanizminə keçilib
Jurnalistika insаnlаr arasında, сəmiууət daxilində informasiya dəуirmаnı rolunu
оуnауır, Dünyanın necə sürətlə dəyişildiyi zamanda elmi texniki inqilab, bunun əsasında iqtisadiyyatın intensiv inkişafı, dünуа təcrübəsinin inteqrasiyası,
cəmiyyətin demokratik əsаslаrının getdikcə takmilləşməsi bəşəriууətin yeni inkişaf mərhələsi həm də kütləvi iпfоrmasiya carçılarının, jurnalistikanın təsiri ila bağlıdır. ХХ
əsrdə dünya elminin kütləvi informasiya vasitələri ilə inteqrasiyası bir çox aparıcı ölkələrdə kosmik tədqiqatlar sahəsindəki nailiyyətlərin aşkar olunmasına doğru yol aldı.Jurnalistikanın yeni mediuma keçməsi ilə çap mediasının planşetə inteqrasiyası deyil, bu həm də ən yeni media formaları sayılan bloqçuluq, viki, axtarış saytları, mobil tətbiqlər, sosial media platformaları və hələ bilmədiyimiz, üzə çıxmayan bir çox platformaların bir-birinə inteqrasiyasına səbəb oldu. Jurnalistikanın mobilləşməsi jurnalistlərin media şirkətlərindən müstəqil, zaman-məkana asılılığı olmadan fəaliyyət göstərməsinə şərait yaradır. Yeni jurnalistikada artan yeni biznes modelləri sayəsində müstəqil jurnalistlərin
sayı artacaq. Bu yolda müstəsna xidmətləri olan jurnalistlərin elmi savadın artmasına səbəb olan Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru,dünya jurnalistikası ilə Azərbaycan jurnalistikası arasında körpü rolunu oynayan,böyük araşdırmalar aparan, jurnalistlərin dostu olan Akif Rüstəm oğlu Rüstəmovu daha yaxından tanıyaq.
Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan “Lenin yolu” qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı “Uzaq sahillərdə” bədii filmi haqqında yazdığı təəssürat olmuşdur.
Akif Rüstəmov 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır.
Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professorudur.
Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir.
Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. O, Lvov şəhərində (Ukrayna) MDB jurnalistika fakültə rəhbərlərinin elmi konfransında (1992), Hollandiyada Avropa Jurnalistlərinin beynəlxalq seminarında (1995) iştirak etmişdir.
09 dekabr 1999-cu ildə elmi pedaqoji fəaliyyətinin 40 illiyi münasibətilə BDU-nun rektoru tərəfindən təşəkkür elan edilmişdir. Əmr N 22/482
Azərbaycan mediasının inkişafında uzunmüddətli xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının diplomuna layiq görülmüşdür. 21 iyul 2011
Jurnalist kadrların yetişməsindəki xüsusi xidmətlərinə, elmin, təhsilin inkişafındakı roluna görə rektorluğun fəxri fərmanını almışdır. 18 fevral 2011
“Dinc dünya” araşdırma mərkəzinin təşkil etdiyi kursda oxuduğu mühazirəyə görə təşəkkür almışdır. noyabr 2015
Atası — Rüstəm Qulu oğlu Rüstəmzadə (1906–1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941–1943-cü illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.
Anası — Gülxar Əliyeva-Rüstəmzadə (1908–16.03.1986) ötən əsrin əvvəllərində “Əbilov adına klub”da təşkil edilən “Savad kursu”nda təhsil almışdır. Ağdam şəhər uşaq bağçasının müdirəsi işləmiş, dövlət ticarət sahəsində çalışmışdır.
Qardaş və bacıları — Sabir bəy, Səlimə xanım, Saimə xanım, Qənirə xanım
Övladları — Azər, Rüstəm, Aygün
Mass medianın hədəf auditoriyası, KİV-in fəaliyyətində auditoriyanın rolu və yeri.
Xarici ölkələrin jurnalistikası. (Həmmüəllif). Bakı, 2007
Jurnalistika. Dərs vəsaiti. Bakı, 2005
Dünya jurnalistika tarixi. Dərs vəsaiti. Bakı, 2010
Jurnalistikanın əsasları. Dərs vəsaiti. Bakı, 2011
Jurnalistika 1-ci cild. Dərs vəsaiti. Bakı, 2012
Jurnalistika” 2-ci cild. Dərs vəsaiti. Bakı, 2013
Kütləvi informasiya vasitələri IV hakimiyyət kimi. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2006
Jurnalistika demokratik cəmiyyətdə. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2006
Azərbaycanın müstəqil mətbuatının təşəkkülü. “Dirçəliş XXI əsr “. Bakı, 104–105 sayi, 2006
Qadın hüquqlarının müdafiəsinda jurnalist təşəbüssləri. “Qadın və cəmiyyət”, Bakı, 2007
Jurnalist təşkilatları vətəndaş cəmiyyətinin atributudur. Elmi-praktik konfransın materialları, Bakı Universiteti, 2008
Jurnalistika demokratiya institutu kimi.”Türk eli” jurnalı. Bakı, 2008
Jurnalistika peşə etikası (tezislər) BDU-nun 90 illik yubilleyinə həsr olunmuş beynəlxalq konfransın materialları. Bakı,2009
KİV sahəsində dövlət siyasəti. N. İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış” Respublika elmi-praktik konfransının materialı. Bakı,2011
KİV-in auditoriyası. H. Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Yeni medianın humanitar aspektləri” elmi-praktik konfransının materialı. Bakı, 2013
İnformasiya cəmiyyətində KİV-in qloballaşması. “Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri”. Əlibəy Hüseyn-zadənin 150 illik yubileyinə həsr olun-muş elmi-praktik konfransın material-ları. BDU, Jurnalistika fakültəsi, 2014, səh. 78–91
İnformasiya təhlükəsizliyi və mətbuat. “Füyuzat” jurnalı, 2014, № 3, səh. 6–10
Mətbuat azadlığı və jurnalist fəaliyyəti. “Füyuzat” jurnalı, 2014, № 4, səh.6–9
Jurnalistika ikinci hakimiyyət rolunda. “Füyuzat” jurnalı, 2014, № 5, səh. 42–45
Açıq sözlü, həyat nəfəsli müəllim. İstiqlalın işığında. Bakı, “Zərdabi LTD” MMC, 2014, səh. 134–140
Mətbuat və söz azadlığı. “Füyuzat” jurnalı, № 2 (82), 2015, səh. 16–21
“Əkinçi” milli oyanışa, tərəqqiyə yol açan qəzet idi. “Füyuzat” jurnalı, № 4 (82), 2015, səh. 6–10
Jurnalistikanın funksiyaları. “Füyuzat” jurnalı, № 3 (83), 2015, səh.8–12
İnformasiya siyasəti.informasiya təhlükəsizliyi, informasiya Savaşı. “Füyuzat” jurnalı, N 4,,2015
Cəmiyyət və jurnalistika. “Füyuzat”, N 6, 2016
Jurnalistikanın prinsiplərinə necə əməl olunur? “525-ci qəzet”,7 may 2015
KİV-in fəaliyyətində auditoriyanın rolu. “Kaspi” qəzeti,7 iyul 2015
Mətbuat Şurası özünü tənzimləmə mexanizmi kimi. “525-ci qəzet”, 9 aprel 2015
Informasiya cəmiyyətində KİV- in artan rolu. “Kaspi” qəzeti, 29 mart 2017
Jurnalistika və beynəlxalq terrorizm problemi, “525-ci qəzet”, 6 aprel 2017
İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti “Azərbaycan” qəzeti, 21 aprel 2017-ci il və sair.
BDU-nun 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif (25.11.2019)
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli sərəncamı ilə“Tərəqqi” medalı ilə təltif olunub
Uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə,gənc nəslin vətənpərvərlik tərbiyəsində,xidmətlərinə,universitetin ictimai həyatında fəal iştirakına görə və 85 illik yubiley münasibəgilə BDU-nun fəxri fərmanı ilə təltif olunmuşdur. (19 oktyabr 2024)
85 illik yubileyi münasibətilə Mətbuat Şurasının diplomu ilə təltif olunub. (19 dekabr 2024)
Kitabları
Jurnalistika:Kütləvi informasiya vasitələri sistemi kimi. (Bakı,2021)
Məqalələr toplusu. ( Bakı,2023)
Məqalələr
“Əkinçi”-milli oyanışa,tərəqqiyə yol açan qəzet (525-ci qızet,17.07.2018
İnformasiya mübadiləsinin əhəmiyyəti. (525.24.10.2018)
Jurnalistin vətəndaş məsuliyyəti. (525.31.10 2018)
Mənim universitetim. (525.13.11.2018
Qarabağ:danışıqsız çıxış yolu. (525,28.042020)
İnternet media və informasiya təhlükəsizliyi ( 525,14.05.2020)
Ekoloji təhlükəsizlik siyasəti.( 525,04.06.2020)
8.Milli təhlükəsizlik siyastı. ( 525,17.06.2920)
Atəşkəssiz informasiya müharibəsi (525,19.08.2020)
Diqqət:Feyk xəbərlə… ( 525,19.11.2020 )
Post müharibə dövründə informasiya savaşı (525,08.04.2021)
44 günlük haqq savaşının əks-sədası (525,27.052021)
Bizi birləşdirən dəyər:İlk dərs günü,ilk Zəfər günü (18,11.2021)İkinci Qarabağ müharibəsi Tarkiyə mətbuatında (525,16.12.2021)
15.Bəlalarımızın baisi:Unutqanlıq. (525,09.2022)
Ömrümün qızıl dövründən gələn insan…
İnsanlar var ki, onları tanımağa uzun zaman gərək deyil. Görən kimi gözəl qəlbli, xeyirxah, tərbiyəli, mədəniyyət sahibi olduğunu anlayırsan. Hətta şəkillərindən seçilir belələri. Belə adamların yeridiyi torpaq nədir, qarışqanı incitməməklərinə əmin olursan…
Xatirələrlə,sevgilərlə dolu insan, minlərlə tələbələrinin həyatlarında yer tutmalarına kömək edən, yoldaşlarına, istər tələbələrinə hər zaman doğru yol göstərən ,mələk kimi insan, nurlu adam,həyatımızın qızıl dövrünün və Mətbuatımızı inkişaf etdirən insanları yetişdirən Akif Rüstəm oğlu Rüstəmov sizə həyatınız boyunca bol uğurlar xoşbəxtlik gözəl günlər arzulayırıq. Hər insana nəsib olmur, sizin kimi dəyərli insanlarla, ziyalılarla həm söhbət olmaq ,buna görə çox xoşbəxtik.







AMİDTV.AZ
Aygün Məmmədova Jurnalistlər Birliyinin üzvü