Xarici ölkələrdə, beynəlxalq festivallarda, nüfuzlu musiqi salonlarında ölkəmizi uğurla təmsil edən, bəstəkar pedaqoq, musiqişünas, ictimai xadim, maarifçi, istedadlı musiqişünas-alim kimi böyük tədqiqat işləri apararaq, yüzlərlə məqalə və Azərbaycan xalq musiqisinin monumental bir monoqrafiyanı yaratmış olan Firəngiz Əlizadə.

0

Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi, həm dini azad fikirliyin və
tolerantlığın mövcudluğuna, həm də yeni dini cərəyanların zaman-zaman
yaranmasına və inkişafına zəmin yaratmışdır. Olduqca unikal bir mədəniyyətə malik
olan Azərbaycanda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin
təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, türk, İran, Qafqaz,
yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s kimi müasir dünya
sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün
nümunə olan mədəniyyət, inkişaf modelləri yaratmışdır .Multikultural mühitin sabitləşməsi və inkişaf etdirilməsi sahəsində Azərbaycanan əldə etdiyi təcrübə bütün dünya dövlətləri üçün bir nümunə hesab oluna bilər. Ən əsası isə odur ki, Azərbaycan bu sahədə əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, əksinə təkcə ölkəmizdə yox, dünyanın bir sıra ölkələrində də mültikultural dəyərlərin formalaşmasına və inkişaf etdirilməsinə töhfələr verir. Azərbaycan multikulturalizminin qədim və zəngin qaynaqlarının öyrənilməsi nəticəsində ədəbiyyatımızın, fəlsəfəmizin, publisistikamızın, mədəniyyətimizin görkəmli nümayəndələrini, elm adamlarımızı, dövlət xadimlərimizi, sərkərdələrimizi, mütəfəkkirlərimizi yeni bir rakursda görmək imkanı qazanmış oluruq. Ədəbiyyatımıza, fəlsəfəmizə, publisistikamıza, mədəniyyətimizə, dövlətçilik tariximizə, elm tariximizə multikultural dəyərlər prizmasından baxış xalqımızın qeyd edilən sahələrdə yaratmış olduğu irsi daha əzəmətli göstərir. Həmçinin bu baxış bucağı bizə ictimai-siyasi, elmi-fəlsəfi və ədəbi-bədii tariximizi daha rəngarəng və zəngin prizmalarda təqdim edir.Pedaqoq, musiqişünas, ictimai xadim, maarifçi, istedadlı musiqişünas-alim kimi böyük tədqiqat işləri apararaq, yüzlərlə məqalə və Azərbaycan xalq musiqisinin monumental bir monoqrafiyanı yaratmış oldu Firəngiz Əlizadə.Bu dünyada hər bir sənətkarın öz amalı, öz məramı və məqsədi var. Firəngiz Əlizadə bəstəkar, pianoçu, dirijor, musiqişünas-alim, pedaqoq, ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. O, mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir.Daim yaradıcılıq axtarışlarında olan bəstəkarın əsərləri özünəməxsus üslub keyfiyyətləri, kompozisiya quruluşu və ifaçılıq tərkibinin rəngarəngliyi ilə diqqəti cəlb edir. Yaradıcılığında Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranan ecazkar sənət dünyasının təzahürləri özünü büruzə verir. Bu da Azərbaycan bəstəkarlıq məktəbinin Şərq-Qərb mədəniyyətinin vəhdətindən yarandığını bir daha sübut edir.Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən səsləndirilir. Onun musiqi əsərləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanmışdır. Gəlin böyük konsert və teatr səhnələrində, beynəlxalq səhnələrdə uğurlara imza atmış Firəngiz Əlizadəni daha yaxından tanıyaq.
Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamış, 1972–1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmışdır. F. Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür.UNESCO-nun “Sülh artisti” adına layiq görülmüş Firəngiz Əlizadənin “İntizar” operası bir neçə ildir ki, yeni quruluşda (quruluşçu rejissor – Əməkdar incəsənət xadimi Hafiz Quliyev) Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilir.“İntizar” operasının libretto müəllifi akademik Nərgiz Paşayevadır. Librettonun əsas qayəsini Xeyir və Şər arasında daimi mübarizə, Azərbaycan xalqının fikir və arzuları, vətənpərvərliyi, qələbəyə olan inamı təşkil edir.
1992-ci ildə F. Əlizadəyə Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yaradılması sifariş olunmuşdur. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibətilə 3 yanvar 1993-cü ildə səhnəyə qoyulmuşdur. 1998-ci ilə qədər F. Əlizadə Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışmışdır.
1999-cu ildə isə o, Almaniyaya, Berlin İncəsənət Akademiyasının (“Akademie der Künste”) professoru vəzifəsinə dəvət olunmuşdur. 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərmişdir.
F. Əlizadə 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və bu günə kimi həmin vəzifədə fəaliyyətini davam etdirir.
F. Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir. F. Əlizadə bir bəstəkar, pianoçu, musiqişünas, pedaqoq, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bir pianoçu kimi o, Arnold Şönberq, Alban Berq, Anton Vebern, Paul Hindemit, Olivye Messian, Con Keyc, C. Kramb kimi bəstəkarların əsərlərinin ölkəmizdə ilk dəfə ifa edib və onların tanıdılmasında mühüm rol oynamışdır. O, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olmuşdur. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir. Bakıda ilk “Müasir Musiqi” Festivallarının təşkilatçılarından biridir (1986–1991).
F. Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Onun əsərləri bir çox xarici ölkələrdə ifa olunmuş, o, həmin ölkələrin “composer in residence” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülmüşdür.F.Əlizadə xarici ölkələrdə, beynəlxalq festivallarda, nüfuzlu musiqi salonlarında ölkəmizi uğurla təmsil edir. O, həmçinin “Muğam aləmi” və “İpək Yolu” beynəlxalq musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında öz töhfəsini verib . Niderlandın paytaxtı Amsterdamda onuncu yubiley beynəlxalq festivalda Fraqiz Əlizadənin yeni əsəri – “ŞÖVQ”ün premyerası olub14 noyabr 2024 cü il.
F. Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin müəllifidir: “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” – müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, “Silk road” Konserti, violonçel və orkestr üçün Konsert “Mərsiyə”, böyük simfonik orkestr üçün “İthaf”, “Nağıllar” və s. əsərlər.
Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərdən: Violonçel üçün “Oyan!” (Paris, Fransa, 2005), Kvintet üçün “Xəzər” (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün “Atəş” (Sietl, ABŞ, 2006); “Optical İdentity” baleti (Sinqapur, 2007); Misteriya “Al Kamandjaty” (Roma, İtaliya, 2007), Skripka üçün “Dastan” (Auqsburq, Almaniya, 2007), Hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün “Dəniz” (Bern, İsveçrə, 2008), “Your name means the Sea” operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün “Mugflagamenco” (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün “İmpuls” (ABŞ, 2012), Fortapiano üçün “Landscape” (Fransa, 2012), qarışıq kvartet üçün “Schwindende Schönheit” (Münhen, 2016), kamera orkestri və zərb alətləri üçün “Harmony” (Los-Anceles, ABŞ, 2019) və s. qeyd etmək olar.
2017-ci ildə XIV əsr Azərbaycan şairi İmadəddin Nəsiminin ölümünün 600 illiyi münasibətilə UNESCO-da keçirilən tədbirdə “Nəsimiyə ithaf” baleti tamaşaya qoyulmuşdur. 2017-ci ildə Amsterdamın “Consertgebouw” konsert təşkilatının sifarişi ilə yazılan solist, xor və simfonik orkestr üçün “Nasimi-Passion” əsərinin premyerası baş tutmuşdur.
2019-cu ildə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş “Nəsimi ili” çərçivəsində Bakıda F. Əlizadənin “Nasimi-Passion” əsəri vokal-xoreoqrafik tamaşa kimi Heydər Əliyev Sarayında səhnəyə qoyulmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqının 24 yanvar 2025-ci ildə keçirilən XI qurultayında Firəngiz Əlizadə yenidən 5 il müddətinə ittifaqın sədri seçilib.[5]
İctimai fəaliyyəti
redaktə
Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan musiqi xadimidir. O, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən I (2009), II (2011), III (2013), IV (2015) və V (2018) “Muğam Aləmi” (“Space of Mugham”) Beynəlxalq Musiqi Festivalının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəki şəhərində keçirilən I–X (2010–2019) “İpək yolu” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi, həmçinin, “Üzeyir dünyası” layihəsinin koordinatoru və baş redaktoru kimi səmərəli fəaliyyət göstərir.
8 fevral 2015-ci ildə Firəngiz Əlizadənin əsərlərinin də daxil olduğu Amerikalı ulduz skripkaçı Hillari Hanın (ing. Hillary Han) “Deutsche Grammofon” albomu “Qremmi” mükafatına layiq görülüb[6]. Azərbaycanlı bəstəkarın əsərlərinin çoxluq təşkil etdiyi albom “İlin ən yaxşı kamera musiqisi” nominasiyasının qalibi seçilib.Əsərləri dünyanın ən yaxşı musiqiçiləri tərəfindən ifa olunan dünya miqyaslı bəstəkar, festivallar ona həsr olunur, İsveçrə kvarteti onun adını daşıyır, Azərbaycanda YUNESKO-nun “Sülh naminə artisti” titulunun yeganə sahibi, Azərbaycanın xalq artisti, professor, Bəstəkarlar İttifaqının sədri, bir sıra irimiqyaslı beynəlxalq müsabiqələrin bədii rəhbəri, fəxri adlar üzrə bütün beynəlxalq layihələrin fəxri üzvü, fəxri adlara layiq görülən bütün müsabiqələr… 
musiqi aləminin əfsanəsi, yaradıcılığı müasir musiqi sənətinin rəmzlərindən biri olan Fraqiz Əlizadəyə məxsusdur .
  2019-cu ildə dünyanın nüfuzlu təşkilatlarından biri olan “Aga Khan Foundation” tərəfindən “Aga Khan Music Award — 2019” (creation) Belnəlxalq Musiqi mükafatına layiq görülmüşdür. Bu mükafat dünyada ilk dəfə olaraq bəstəkarlıq sənəti üzrə təsis olu olnmuşdur və “Nəsimi İlahiləri” (“Nasimi Passion”) əsərinə görə F. Əlizadəyə — 2019-cu il aprelin 1-də Portuqaliyanın Prezidenti Marselo Rebelo, Ağa Xan Fondunun prezidenti, zati-aliləri Ağa xan və şahzadə Amin tərəfindən Lissabonda keçirilən təntənəli mərasimdə təqdim olunmuşdur.
Təltif və mükafatları
redaktə
“Azərbaycan Respublikasının xalq artisti” fəxri adı — 28 oktyabr 2000[8]
“Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — 31 dekabr 1990
“Şərəf” ordeni — 22 may 2017
“Şöhrət” ordeni — 25 may 2007
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı — 2018
UNESCO-nun “Sülh artisti” fəxri adı — 2007
“Uğur” mükafatı — 2010
“Zirvə” mükafatı — 2011
AMEA-nın “Üzeyir Hacıbəyli” mükafatı — 2016
“The First” mükafatı — 2017
“Aga Khan Music Awards — 2019” (creation) laureatı — 2019
“Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı — 2024[9]
Əsərləri
redaktə
Sonata № 1 — piano üçün (Alban Berqin xatirəsinə ithaf olunub). İlk ifa: 1970, Bakı, Azərbaycan.
Simfoniya. 1976.
“Vətən haqqında nəğmələr” — oratoriya (Nəbi Xəzrinin sözlərinə). İlk ifa: 1976, Bakı.
“Fantaziya” — orqan üçün. 1977. İlk ifa: 1978, Bakı.
Simli kvartet. İlk ifa: 1978, Tbilisi, Gürcüstan.
“Monoloq” — violonçel və zərb alətləri üçün. İlk ifa: 1979, Bakı.
“Habil Sayağı” – violonçel və fortepiano üçün. İlk ifa: 1979, Leninqrad, Rusiya.
“Komsomol odası” – xor və simfonik orkestr üşün (Davud Nəsibin sözlərinə). 1982, Bakı.
“Ağ atlı oğlan haqqında əfsanə” – rok-opera. 1982.
“Kvartet-Poema” – klarnet, skripka və iki zərb aləti üçün. İlk ifa: 1983, Bakı.
Simfoniya, ikinci redaksiya. 1984.
“Üç akvarel” – vokal silsilə (Nigar Rəfibəylinin sözlərinə). İlk ifa: 1987, Bakı.
“Zu den Kindertotenliedern” (Qustav Malerin xatirəsinə ithaf olunub). İlk ifa: 1989, Zürix, Almaniya.
“Music for Piano” (“Piano üçün musiqi”). İlk ifa: 1989, Los-Anceles, ABŞ.
“Dilogiya II”. İlk ifa: 1990, Zürix, İsveçrə.
Sonata № 2 – piano üçün. İlk ifa: 1990, Heydelberq, Almaniya.
“From Japanese Poetrie” (“Yapon poeziyasından”) — vokal silsilə, 3 ifaçı: soprano, fleyta, piano/vibrafon/çelesta üçün. (İ. Takubokunun sözlərinə). 1990. İlk ifa: 1995, Bern, İsveçrə.
“Crossing-I” (“Çarpazlaşma-I”) – 2 ifaçı: klarnet və vibrafon/klavesin üçün. 1991. İlk ifa: 1995, Bern, İsveçrə.
“Crossing-II” (“Çarpazlaşma-II”) – 11 ifaçı üçün. 1992. İlk ifa: 1995, Bern, İsveçrə.
“Boş beşik” – iki pərdəli balet (Nicat Cüməlinin poeması əsasında). 1993, Mersin, Türkiyə.
“Muğam Sayağı” (3 saylı simli kvartet) — simli kvartet, zərb alətləri və sintezator üçün. 1993, Nyu-York, ABŞ
“Phantasie” – solo gitara üçün. İlk ifa: 1994, Wintetur, Almaniya.
“Miraj” (“İpək yolu” silsiləsindən) – ud və kamera ansamblı üçün. İlk ifa: 1998, Amsterdam, Niderland.
“Azərbaycan pastoralı” – fleyta, iki gitara və zərb alətləri üçün. 1998, Luqano, İsveçrə.
“Strum und Drang” – simfonik orkestr üçün. 1998, Köln, Almaniya.
“Aşk havası” (“İpək yolu” silsiləsindən) – solo violonçel üçün. 1998. Tallin, Estoniya
“Oasis” (4 saylı simli kvartet; “İpək yolu” silsiləsindən) – simli kvartet və maqnit yazısı üçün. 1999, Qlazqo, Şotlandiya.
“Silk road” Konserti – zərb alətləri və kamera orkestri üçün. 1999, Lüsern, İsveçrə.
“İtirilmiş zaman axtarışında” (“İn Search of Lost Time”) – soprano və kamera orkestri üçün (müəllifin sözlərinə). 1999, Orhus, Danimarka.
“Власть красоты” – romans, tenor və simli kvartet üçün. (A. S. Puşkinin sözlərinə). 1999, Sankt-Peterburq, Rusiya.
“Ölümsüzlüyə səyahət” oratoriyası – bariton, xor və simfonik orkestr üçün (Nazim Hikmətin sözlərinə). 1999, Lüsern, İsveçrə.
“Gottes ist der Orient” – xor, orqan, arfa və zərb alətləri üçün (Azərbaycan şairlərinin sözlərinə və V. Hötenin “Şərq-Qərb Divanı” poeması əsasında. Azərb. və alman dillərində). İlk ifa: 2000, Köln, Almaniya.
“Dərviş” septeti — qiraətçi, solo violonçel və ansambl üçün. 2000. İlk ifa: 2001, Votersen, Almaniya (“Schleswig Holstein” Musik Festival).
“Abşeron” kvinteti – piano (prepare) və simli kvartet üçün. 2001, Paris, Fransa.
“Du Don De Sol” – balet. “Absheron Quintet” əsərinin musiqisi əsasında, Paulo Ribieronun xoreoqraflığı ilə “Kronos Quartet” və müəllifin ifasında. “Arseni Tarkovskinin kino dünyası” baleti. Portuqaliya, Lissabon. 2002/2003.
“Bayatılar” – “Hilliard” ansamblı üçün (kişilərdən ibarət vokal kvartet). 2001, Bonn, Almaniya.
“Dəyişmə” – iki arfa və maqnit yazısı üçün. 2001, İstanbul, Türkiyə.
Konsert – marimba və simli orkestr üçün. 2001. İlk ifa: 2002, Ştutqard, Almaniya, (III Beynəlxalq Marimba Müsabiqəsi)
“Stadt Graniza”. Balet. İlk ifa: 2001, Berlin, Almaniya
“Mərsiyə” – violonçel və simfonik orkestr üçün Konsert. 2002, Lissabon, Portuqaliya.
“Nağıllar” – böyük simfonik orkestr üçün. 2002, Lüsern, İsveçrə.
“Metamorphoses”(“Şüştər”) – 12 violonçel üçün. 2002, Berlin, Almaniya.
“Song of Azerbaijan” – balet. “Muğam Sayağı” əsərinin musiqisi əsasında, “Kronos Quartet”in ifasında, “Pearl Lang” Balet Company. Broadway, New-York, ABŞ. 2000/2003.
“İthaf” – böyük simfonik orkestr üçün. 2003, Bakı, Azərbaycan.
“Sabah” – violin, violonçel, bifa (çin aləti) və hazırlanmış royal üçün. İlk ifa: 2003, San-Dieqo, ABŞ. “Aspen” festivalı.
“Yanar Dağ” – violonçel və bayan üçün. 2003, Zermatt, İsveçrə.
“One” – fin xoreoqrafik qrupunun baleti, Helsinki, 2003/2005.
“Zikr” – Avropa, Asiya və Qafqaz musiqi alətlərindən ibarət “Atlas” orkestri üçün. (İ. Nəsiminin sözlərinə). 2004, Amsterdam, Niderland (Concertgebow).
“Impromptus” – trio (violin, violonçel və fortepiano üçün). 2004, Dublin, İrlandiya. (“Bantri” Festivalı)
“İn Search of…” (“Axtarışda…”) – simli kvartet üçün. İlk ifa: 2005, Amsterdam, Niderland.
“Vorgefrühl” (“Öncə sezmə…”) – solo violonçel və nəfəsli alətlər kvinteti üçün. 2005, Münhen, Almaniya.
“Dəyişmə II” – kontrabas, tabla (hind zərb aləti) və simli kamera orkestri üçün. 2005, Osnabrük, Almaniya.
“Impromptu-Crossings” – hazırlanmış fortepiano (solo), 5 azərbaycan xalq çalğı alətləri və kamera orkestri üçün. 2005, Paris, Fransa (“UNESCO” qərargahı səhnəsi).
“Oyan!” – solo violonçel üçün. VIII M. Rostropoviç Beynəlxalq Müsabiqəsi. 2005, Paris, Fransa.
“Xəzər” – kvintet (simli kvartet və piano). 2006, Nyu-York, ABŞ (“Focus” Festivalı).
“Atəş” – fleyta, klarnet, violin, violonçel və zərb alətləri üçün. 2006, Sietl, ABŞ (“Icebreaker III: Caucasus” Festivalı)
“First words” (“İlk sözlər”) – soprano, klarnet, fortepiano və maqnit lent yazısı üçün. 2006, Turin, İtaliya.
“Optical Identity”. Balet. İlk tamaşa: 2007, Sinqapur; “Sinqapur İncəsənət Festivalı”, 2007/2009.
“Al Kamandjaty”. Misteriya. İlk tamaşa: 2007, Roma, İtaliya.
“İntizar” (“Qarabağnamə”) – 2 pərdəli opera. İlk tamaşa: 2007, Bakı, Azərbaycan, ADOBT.
“Dəniz” – hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün. 2008, Bern, İsveçrə.
“Dastan” – solo violin üçün. Leopold Mosart adına Beynəlxalq Müsabiqə. 2009, Auqsburq, Almaniya.
“Your name means the Sea” (“Sənin adın Dənizdir”) — opera. İlk ifa: 2011, Hyuston, ABŞ (Houston Grand Opera).
“Mugflagamenco” – xanəndə, flamenko ifaçısı və ansambl üçün. 2011, Amsterdam, Niderland.
“Impulse” – violin və fortepiano üçün. İlk ifa: Hillary Hahn, 2012, Rio de Janeyro, Braziliya; 2013, İstanbul, Türkiyə.
“Landscape” (“Mənzərə”) – fortepiano üçün. 2012, Qalyar, Fransa.
“Party Piece” – “John Cage-100” layihəsi. Miller Theater. 2013, Nyu-York, ABŞ.
“Duo of accordance” – klarnet və violonçel üçün. (Prof. Yulius Bergerin 60 illiyinə). 2014, Auqsburq, Almaniya.
“Syrius” – solo marimbafon üçün. (Evelyn Glenny — 50). 2015, London, Böyük Britaniya.
“Trance” – balet. İlk ifa: 2015, Coburg, Almaniya, Landestheater Coburg – 2015–2016 mövsümü ərzində 11 tamaşa (F. Əlizadənin müxtəlif əsərləri əsasında).
“Oyan!” – performance. Aga Khan “İslam mədəniyyəti” muzeyinin açılış mərasimi. 2016, Toronto, Kanada.
“Çal udi bu axşam” – xor kollektivi üçün. “Mahnıdan Şarkıya” layihəsi. 2015. Bakı – Ankara.
“Bu dağda maral gəzər” – xalq mahnısı mövzusunda variasiyalar. “Utopik” kamera ansamblı üçün. 2015, Nant, Fransa.
“Schwindende Schönheit”. Palmiraya həsr edilir. “Sonorrizonte” ansamblı. 2016, Münhen, Almaniya.
“Rəqs” – “Kronos” kvarteti üçün. 2016, San-Fransisko, ABŞ.
“Прощай, позабудь” – romans, bariton və fortepiano üçün (İ. Brodskinin sözlərinə). Peter Schöne (bariton) – Martyn Schulz (fortepiano). 2016, Bad Kissingen Festivalı, Almaniya.
“Nympheas. Les Nuagres” — solo violonçel və ansambl üçün. (Klod Monenin rəsm əsəri üzrə). 2017, Giverny, Fransa.
“Nəsimiyə ithaf” – vokal-xoreoqrafik tamaşa, Nəsiminin ölümünün 600 illiyinə həsr olunub. 2017, UNESCO, Paris.
“NASİMİ-Passion” – solo-bariton, xor və simfonik orkestr üçün. 2017, Amsterdam, Niderland, “Concertgebouw”.
“Spring morning in Baku” — “ZoFo” fortepiano dueti üçün. (Səttar Bəhlulzadənin rəsm əsəri üzrə). 2018, Nyu York, ABŞ.
“Harmony” – fortepiano, zərb alətləri və kamera orkestri üçün. “iPalpiti” Festivalı. İlk ifa: 2019, Los-Anceles, ABŞ (Walt Disney Concert Hall).
“Nasimi-Passion” – vokal-xoreoqrafik tamaşa. Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub. 2019, Bakı.
Kitablar
redaktə
Qara Qarayev fotoalbomu /Q. Qarayevin 80-illiyinə həsr edilib/ (azərb., ing. və rus dillərində). B., 1997;
Azərbaycanın simfonik musiqisi. B., “Şur”, 1998.
Məqalələri
redaktə
Almaniyanın MGG (Die Musik in Geschichte und Gegenwart) ensiklopediyası üçün Qara Qarayev haqqında məqalə. Deutschland, Barenreiter-Verlag, 2004.
“Muğamat sənəti dünya musiqisi aləmində” (azərb., rus, ing. dillərində) Bakı, “Muğam” jurnalı № 1, 2007.
“Multikulturalizm ideyaları Azərbaycan bəstəkarlarının əsərlərində”. Elmi məqalə. Multikulturalizm mərkəzinin dərsliklərində (2018–2019).
Layihələr
redaktə
“Muğam Aləmi” (“Space of Mugham”) Beynəlxalq Musiqi Festivalı. Bədii rəhbər (2009, 2011, 2013, 2015, 2018);
Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı. Bədii rəhbər (2010–2019);
A. Petrov adına Beynəlxalq bəstəkarlar müsabiqəsi. Münsiflər heyətin Sədri. Sankt-Peterburq (Rusiya Federasiyası — 2014, 2016, 2018);
“Энциклопедия азербайджанского мугама”. Koordinator və baş redaktor (2014).
“Üzeyir dünyası” Heydər Əliyev Fondunun nəşr etdiyi layihənin koordinatoru və baş redaktoru.
Firəngiz Əlizadə haqqında kitablar.
Frangis Ali-Sade. Leben und Schaffen der aserbaidschanischen Komponistin und Pianistin – eine Dokumentation, zusammengestelt und herausgegeben von Ulrike Patow. Hamburg, 2007. www.pfau-music.com (alman dilində)
Адилова А. Путешествие к себе (Мир поэтических субстанций Назыма Хикмета в музыке Франгиз Ализаде). Баку, 2003. (rus dilində)
Ордуханова X. Али-заде Ф. А. Триумфальные пересечения Востока и Запада. Статьи, материалы. Баку, 2009. (rus dilində)
Hacıyeva M. Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası. Bakı, Elm, 2011. (azərb., rus və ing. dillərində).
Ulduze Qaraqızı. Firengiz Alizadenin müzik dünyası. Bakı, 2014. (türk dilində)
Babayeva H. Firəngiz Əlizadə. Bakı, “Şərq-Qərb”, 2014. (azərb. dilndə)
Əliyeva M. Ə. Müasir Azərbaycan musiqi inkişafında bəstəkar Firəngiz Əlizadənin rolu və yeri. Bakı, 2017. (azərb. dilində)
Микеладзе Г. Франгиз Ализаде. Авторитет лидера. Баку, “Papirus NP”, 2017. (rus dilində)
Babayeva H. Firəngiz Əlizadə — Dünya şöhrətli bəstəkarımız. Bakı, 2018. (azərb. dilində)
Мамедова Л. Кантата “Gottes ist der Orient” Франгиз Ализаде. Баку, АГПУ, 2018. (rus dilində)
Albomlar
redaktə
Firəngiz Əlizadənin əsərlərindən ibarət cd-albomlar:
“Crossings …” Music by Frangiz ALI-ZADELa Strimpellata Bern
BIS CD-827 DIGITAL
Sweden
KRONOS QUARTET”Mugam Sayagi”
Music of Franghiz Ali-Zadeh
Nonesuch 7559–79804–2
USA
Ali-ZadehChamber music for Cello
“OYAN”
Konstantin Manaev — Violoncello
Franghiz Ali-Zadeh — Piano
Alexander Matrosov — Accordion
2009 DDD GEMA LC 14871
Made in the EU
Firəngiz Əlizadənin də əsərlərinin daxil olduğu cd-albomlar:
Royal Concertgebouw OrchestraHORIZON 8
FRANGHIZ ALI-ZADEH
“NASIMI — PASSION”
Saban avrotros DSD
In 27 pieces (Grammy 2015)The HILARY HAHN ENCORES
Deutsche Grammophon
Franghiz Ali-Zadeh “Impulse”
Music of Tribute BERGVol.6
2010 Labor Records (France)
Jeva Jokubavicuite Piano
Franghiz Ali-Zadeh
Sonata N.1
Cello Passionato 4 for peaceFrangis Ali-Sade “Schuschtar”
Version for eight Violoncellos
2013 Solo Musica GmbH
DDD 193 Made in Austria
RUSSISCHE KOMPONISTINNENFrangis Ali-Sade “Habil-sajahy”
Reimund Korrup Violoncello
Frangis Ali-Sade Klavier
AMBITUS amb 97 866 DDD
KRONOS QUARTETNight Prayers
Franghiz Ali-Zadeh
“Mugam Sayagi”
Nonesuch USA
Eastern ApproachesMusic from former Soviet Republics
Xenia Ensemble
Franghiz Ali-Zadeh
String Quartet “Mugam sayagi”
Felmey 2002 Italy
Silk Road JourneysWhen Strangers Meet
YO YO MA
Die besten 100 Klassik CDs
Franghiz Ali-Zadeh “Habil-Sayagy”
Sony classical. Japan
IVAN MONIGHETTI20th century works for Violoncello
Franguiz Ali-Zade
“Habil-Sajahy”
Le Chant Du Monde (France)
Night MusicVoice in the Leaves
Franghiz Ali-Zadeh
“Aşk havası”
Dublin Louth Contemporary Music Society
LCMS 1201
CELLI MONIGHETTIFraghiz Ali-Zadeh
“Shyshtar” Metamorphoses
Dublin Louth LCMS1202
Marimba ConcertoBenjamin Schule, Marimba
Dominique Huber, Klavier
Frangis Ali-Sade — Concerto for Marimba
SWISS PAN 51716 LS 11607
GIACINTO SCELSIJessica Kuhn — Violoncello
Frangis Ali-Sade “Aşk havası”
Cooperativa Neue Musik e. V. Bielefeld 2005 (Germany)
Bella Musica CTH 2480
LC 01958 DDD
Matthew Barley Reminding CelloFrangis Ali-Zadeh “Habil Sajahy”
quartet QTZ 2032 UK
SONORRIZZONTE Jessica Kühn KammermusikFrangiz Ali-Zadeh
“Schwindende Schönheit”
München CD Kollektion (Germany)
Jubilaumausgabe 2017
The Maya Beiser/ Steven Schick ProjectCaught by the Sky with Wire
Franghiz Ali-Zade
Discs 0067 USA
Filmoqrafiya
redaktə
Əbədiyyət yolu (film, 1987)
Əlaqə (film, 1989)
Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999)
Gələcəyin qurucuları (film, 1982)
Həyat mübarizədir (film, 1987)
İlk zirvələr (film, 1988)
İntizar (film, 1986)
Səfillər (film, 1985)
Son söz (film, 1981)
Spartakiadanın startları
Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü, “Şöhrət” və “Şərəf” ordenli Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan “Yaradıcılıq zirvələri” mövzusunda tədbir keçirilib.Onun əsərlərinin xarici ölkələrdə keçirilən beynəlxalq musiqi festivalları və ifaçılıq müsabiqələrinin daimi proqramına daxil edilməsi, əsərlərinin ən yaxşı ifası üçün xüsusi mükafatın təsis olunması, xarici ölkələrdə əsərlərindən ibarət musiqi festivallarının keçirilməsi, dünyanın ən məşhur ifaçıları tərəfindən ona əsərlərin sifariş olunması, xarici nəşriyyatlar tərəfindən əsərlərinin nəşri F.Əlizadənin bəstəkar kimi nüfuzunun bariz sübutudur.Daim ölkəmizin və dünyanın müxtəlif şəhərlərində, nüfuzlu səhnələrində, televiziya ekranlarında, radio efirində səslənən əsərlərinin sorağını eşidirik, festivallarda, tədbirlərdə, konsertlərdə, konfranslarda dərin məzmunlu fikirlərini dinləyirik. Və bütün bunlardan böyük qürur duyuruq.

AMİDTV.AZ

Aygün Məmmədova Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir