Mədəniyyət naziri Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumununplenar iclasında çıxış edib

20
bbbbbb 0
Spread the love

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Sankt-Peterburqda keçirilən IX Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində noyabrın 17-də “Mədəni suverenlik dövlətin əsasları kimi” mövzusunda plenar iclasda çıxış edib.Nazir Azərbaycan mədəniyyətinin tarixinə nəzər salaraq ölkəmizdə əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı, tolerantlıq şəraitində yaşadığını vurğulayıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu ənənələri əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir mədəniyyət siyasətinin konseptual əsasları yaradılır, mədəni irsin qorunması sahəsində dövlət proqramları, investisiya layihələri və dəstək tədbirləri həyata keçirilir.Bildirilib ki, Azərbaycanın mədəni zənginliklərinin qorunması və təbliği üzrə milli və beynəlxalq layihələrin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna rol oynayır.

AMİDTV.AZ

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zəfər keçmişin qüruru, bu günün məsuliyyəti və gələcəyin ümididir

İnsan ruhu ilə dünyanın rəngləri arasında incə körpünü yaradan Nərmin Nəcəff.

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!