Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb

2
bbbbbb 0
Spread the love

1-4 aprel tarixlərində Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir.
Bu münasibətlə Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviçin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Aprelin 2-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb.
Qonaqları səmimi salamlayan nazir Azərbaycanla Belarus arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Belarus respublikalarının prezidentləri arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri bütün sahələrdə ikitərəfli münasibətlərimizin inkişaf dinamikasını və intensivliyini şərtləndirir. Bu əlaqələrin mühüm tərkib hissəsi ölkələrimizin başçıları tərəfindən dəfələrlə vurğulanan humanitar əməkdaşlıqdır.
Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş perspektivlər vardır. Çünki xalqlarımızı ümumi tarix və mədəniyyət, xüsusilə də dövlət başçıları səviyyəsində müntəzəm görüşlərlə təsdiqlənən fəal siyasi dialoq birləşdirir.
Nazir ölkəmizdə keçirilən növbəti Belarus Mədəniyyəti Günlərini əlaqələrimizin inkişafına mühüm töhfə kimi səciyyələndirib, tədbirin dost ölkənin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.
Belarusun mədəniyyət naziri Anatoli Markeviç səmimi qəbula, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və Belarus mədəniyyətinin nümayişinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Belarus film sənayesi, kitabxana, musiqi və digər sahələrdə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. O, mədəni əməkdaşlığın yeni mərhələyə qaldırılması üçün ikitərəfli işçi qrupunun yaradılmasının əhəmiyyətli olacağını vurğulayıb.
Qonaq nazir Belarusda təşkil olunan ənənəvi mədəniyyət layihələri – Minsk Beynəlxalq Kitab Sərgisi, Vitebsk şəhərində keçirilən “Slavyan bazarı” Musiqi Festivalı və “Listopad” Minsk Beynəlxalq Film Festivalında Azərbaycanın mütəmadi iştirakını arzu etdiklərini diqqətə çatdırıb.
Söhbət zamanı 1-3 may tarixlərində Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Belarus tərəfinin iştirakı da müzakirə olunub.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

AMİDTV.AZ

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Barat Rəhim qızı Osmanova arxasında zəngin elmi irs, nəcib insanlıq nümunəsi və hörmətlə anılan bir ömür qoyub getdi.

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib

Zəngin elmi irsi ilə seçilən,insan düşüncəsinin üfüqlərini genişləndirən professor Elza Salahova

Tısbağa və ördəklər

TÜRKPA-nın tədbirində