Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib

31
bbbbbb 0
Spread the love

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri maraqlı proqramla davam edir. İyunun 6-da Arkadağ şəhərindəki Göroğlu adına Dövlət Atçılıq Sirkində Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti təşkil olunub.
Tədbirdə Azərbaycan mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, mədəniyyət xadimləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Konsert proqramında iki ölkənin rəqs kollektivləri milli rəqsləri təqdim edib.
Azərbaycan Dövlət Rəqs Ansamblının nümayiş etdirdiyi “Nağaralar”, “Toy”, “Qazaxı”, “Tərəkəmə”, “Çayçı”, “Ağçiçək” və “Uzundərə” rəqsləri tamaşçıların böyük marağına səbəb olub, alqışlarla qarşılanıb.
Azərbaycan və Türkmənistan xalqlarının zəngin mədəni irsini əks etdirən çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rəngarəng səhnə nömrələri iki qardaş xalq arasında mövcud olan dostluq və mədəni yaxınlığı bir daha nümayiş etdirib.
Daha sonra tədbir Türkmənistanın milli at şousu ilə davam edib. Şou zamanı atlarının iştirakı ilə müxtəlif akrobatik nömrələr nümayiş olunub. Türkmən xalqının qədim atçılıq ənənələrini əks etdirən təqdimat iştirakçılara unudulmaz anlar yaşadıb.

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri