Lənkəranda “Şəfəq” jurnalının 2026-cı il 1-2 sayının təqdimatı keçirilib

22
bbbbbb 0
Spread the love

4 aprel 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsində bölmənin ədəbi-bədii, publisistik orqanı olan “Şəfəq” jurnalının 2026-cı il üzrə 1-2 sayının təqdimatı keçirilib.

Tədbirdə bölgə yazarları, ziyalılar və oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bölmənin sədri, yazıçı-dramaturq Qafar Cəfərli jurnalın təqdim olunan sayı barədə ətraflı məlumat verib. O qeyd edib ki, hər bir təqdimat jurnalın keyfiyyətinin yüksəldilməsində, daha maraqlı və zəngin məzmunda nəşr olunmasında mühüm rol oynayır. Bu baxımdan müəlliflərin və oxucuların jurnal haqqında fikir və təkliflərini dinləmək xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran rayonlarını təmsil edən yazarlar – Bilal Alarlı, Sevil Azadqızı, Mikayıl İncəçaylı, İlqar İsmayılzadə, Xəzər Hikmətoğlu, Allahverdi Bayrami, Camal Lələzoğlu, Əlizaman Baxış, Əkbər Rəvan, Müşfiq Məmmədov, Nəriman Azəri, Ağamir Cavad, Ziyafət Yəhya, Hafiz Mirzə, Xatirə Xatun, Əhməd Haqsevər, Leyla Məcidova, Sərraf Talıb, Qardaşxan Fərzi, İltifat Əhmədov, Salman Məmmədoğlu, Məzahir Ağayev, Fərasət Nuriyev, Şəbnəm Namikqızı, Hacı Qərib Nuriyev və Ofeliya Nəzərova jurnalın məzmunu ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Bölmə sədri Qafar Cəfərli səsləndirilən bütün təkliflərə münasibət bildirərək, imkan və səlahiyyət daxilində onların icrası istiqamətində səylərin göstəriləcəyini vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Lənkəran Şəhər Heydər Əliyev parkında xatirə şəkilləri çəkdiriblər.

AMİDTV.AZ

Allahverən Pərvizoğlu

AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

USTAD AŞIQ HÜSEYN SARAÇLI-nın 110 illik YUBİLEYİnə həsr olunanBEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK

ÇANAKKALE’DEN KARABAĞ’A UZANAN KARDEŞLİKİKİ DEVLET, BİR MİLLET