Lənkəranda Mirhaşım Talışlının 100 illik yubileyi təntənə ilə qeyd olundu

14
bbbbbb 0
Spread the love


10 aprel 2026-cı il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, şair və Əməkdar müəllim Mirhaşım Talışlının anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Heydər Əliyev mərkəzinin direktoru Reyhanə Sadıxova Mirhaşım Talışlının zəngin həyat yolu, pedaqoji fəaliyyəti və Lənkəranın ədəbi mühitinə verdiyi dəyərli töhfələrdən bəhs edib.

Ardınca alimin həyat və yaradıcılığını, elmi axtarışlarını və pedaqoji fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Daha sonra çıxış edənlər Mirhaşım Talışlı ilə bağlı xatirələrini bölüşərək onun Azərbaycan ədəbiyyatına və elm sahəsinə verdiyi töhfələri xüsusi vurğulayıblar.

Yubiley gecəsi musiqi nömrələri və bədii kompozisiyalarla davam edib. Mirhaşım Talışlının qələmə aldığı lirik şeirlər səsləndirilib, qəzəlləri isə Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayev və aktrisa Aynur Əhmədovanın ifasında təqdim olunub.

Tədbirdə həmçinin Lənkəran şəhər 5 saylı körpələr evi və uşaq bağçasının fidanları, “Babalar” folklor qrupu və “Ay lolo” rəqs qrupu rəngarəng çıxışları ilə iştirak edərək gecəyə xüsusi ab-hava qatıb.

Sonda tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

AMİDTV.AZ

Allahverən Pərvizoğlu

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN