Kisinyov seherinde Avropa Surasinin Regional Forumu kecirilmisdir

15
bbbbbb 0
Spread the love

Kişinyov şəhərində Avropa Şurasının Regional Forumu keçirilmişdir6-7 dekabr 2023-cü il tarixlərində Moldovanın Kişinyov şəhərində Avropa Şurasının İnformasiya Cəmiyyəti Departamenti tərəfindən “Hekayənin formalaşdırılması: müharibə zamanı ifadə azadlığı” mövzusunda regional forum təşkil olunmuşdur.Forumun məqsədi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan media nümayəndələri, media tənzimləyiciləri, media inkişaf agentlikləri və media təşkilatlarını bir araya gətirərərək medianın tənzimlənməsinə dair islahatlar, mediada dezinformasiyaya qarşı mübarizə və regional jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müzakirələrin aparılması olmuşdur.Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov və Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr işçi qrupunun rəhbəri Rasim Bağırov forumda iştirak etmişlər. “Dezinformasiyaya qarşı mübarizə: dövlətlər dezinformasiyanı necə həll edir və tənzimləyir?” adlı panel sessiyada Audiovizual Şuranın aparat rəhbəri çıxış etmiş, Azərbaycanın son illər, xüsusən 2-ci Qarabağ müharibəsi dövründə, ondan sonrakı post-müharibə mərhələsi zamanı, həyata keçirilən antiterror tədbirlərinin gedişində ölkəmizin qarşılaşdığı dezinformasiya və saxta xəbər hücumlarından, onlara qarşı həyata keçirilmiş tədbirlərdən, bu sahədə Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın fəaliyyətindən bəhs etmişdir. Ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaşların, o cümlədən, media subyektlərinin (redaksiyalarının) nümayənədlərinin, jurnalistlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin media savadlılığının inkişaf etdirilməsinin zəruriliyi, bu istiqamətdə son illər aparılan fəaliyyətin əhəmiyyəti vurğulanmışdır.

AMİDTV.AZ

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu