Əlahiddə Ümumqoşun Orduda zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib – VİDEO

18
bbbbbb 0
Spread the love

Əlahiddə Ümumqoşun Orduda bir qrup zabitin təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək yeni vəzifələrə təyin olunması münasibətilə buraxılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  
Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev zabitləri kursu uğurla başa vuraraq yeni vəzifələrə təyin olunmaları, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər bir zabitə Vətənimizin müdafiəsində qüsursuz xidmət arzulayıb.
Mayor Ramid Süleymanov məzunlar adından çıxış edərək kurs müddətində əldə etdikləri bilik və bacarıqları tabelikdə olan şəxsi heyətin döyüş, ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqlarının artırılmasında tətbiq edəcəklərini bildirib.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.
Sonda xatirə şəkli çəkdirilib.

AMİDTV.AZ

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zəfər keçmişin qüruru, bu günün məsuliyyəti və gələcəyin ümididir

İnsan ruhu ilə dünyanın rəngləri arasında incə körpünü yaradan Nərmin Nəcəff.

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!