AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası

12
bbbbbb 0
Spread the love

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə yeni kampaniyaya start verir.

2025-ci il fevral 16-dək sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətləri üzrə aviabiletləri 25% endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il mayın 31-dək həyata keçirilən reyslərə şamil olunur.

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tariflərinə şamil edilir, lakin vergi və yığımlara tətbiq edilmir.

Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!

AMİDTV.AZ

Lənkəran nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri

Azərbaycanın qastroturizm imkanları Koreyada tanıdılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu