Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” adlı tədbir keçirilib

12
bbbbbb 0
Spread the love

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” adlı tədbir keçirilib. Tədbirdə Əməkdar rəssam Rais Rəsulzadə və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova – Tohidi əsas məruzəçi qismində çıxış ediblər. M.Ə.Rəsulzadənin nəvəsi, onun ailə irsinin davamçısı olan Rais Rəsulzadə babası haqqında fikirlərini bölüşərək, eyni zamanda tədbirdə nümayiş olunan muzeyin kolleksiyasına aid Xalq rəssamları Kamil Əliyev və Oqtay Sadıqzadənin M.Ə.Rəsulzadəyə həsr olunmuş portretlərindən bəhs edib. Professor Solmaz Rüstəmova-Tohidi Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində M.Ə.Rəsulzadənin malik olduğu rol, zəngin həyat yolu, ictimai-siyasi, ədəbi fəaliyyəti haqqında geniş danışıb. O, eyni zamanda yeni çapdan çıxmış “II Beynəlxalq Rəsulzadə qiraətləri” kitabını muzeyə hədiyyə edib. Daha sonra tədbirdə iştirak edən tanınmış ziyalılar, M.Ə.Rəsulzadə irsinin Almaniya və İrandan olan tədqiqatçıları məruzələr ətrafında danışaraq müzakirələr aparıblar.

AMİDTV.AZ

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zəfər keçmişin qüruru, bu günün məsuliyyəti və gələcəyin ümididir

İnsan ruhu ilə dünyanın rəngləri arasında incə körpünü yaradan Nərmin Nəcəff.

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!