Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur

26
bbbbbb 0
Spread the love

Azərbaycan Respublikası ilk dəfə olaraq Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətində təmsil olunub.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov 2026-cı ildə keçiriləcək XVI Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətinin üzvü kimi seçilib.

Qeyd edək ki, festivalın münsiflər heyəti dünya miqyasında tanınmış incəsənət, mədəniyyət və sirk xadimlərindən formalaşıb və bu heyətdə fəxri münsif qismində əfsanəvi sənətkar Çarli Çaplinin oğlu Yucin Çaplin də təmsil olunur.

Avropanın ən nüfuzlu sirk sənəti platformalarından biri hesab olunan bu festivalda Azərbaycanın münsiflər heyətində təmsil olunması ölkəmizin mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinin və peşəkar ekspertizasının tanınmasının növbəti göstəricisidir. Bu iştirak mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və beynəlxalq mədəni dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zəfər keçmişin qüruru, bu günün məsuliyyəti və gələcəyin ümididir

İnsan ruhu ilə dünyanın rəngləri arasında incə körpünü yaradan Nərmin Nəcəff.

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!