Şəhid Qurbanov Davudun Tariyel oğlunun anım günü
Səni tanıyan hər kəs səndən danışdı və yazdı.Hər kəsin mövzusu ,qələmi müxtəlif oldu.Hər kes səni müxtəlif obrazlarda gördü.Kimisi ,Dövlət Neft Akademiyasının tələbəsi ,kimisi ATV-nin əməkdaşı kimi isə özünə məxsus bacarıq, və istedadı ilə seçilən bir gənc
Məndə səndən yazdım ..
23 illik həyatının sonunda tanrı qarşısında şəhadətə yüksəlməyindən .Sən mənim qələmə aldığım ilk şəhidim oldun.Səni tanımaq mənə nə qədər qürur ,fəxr hissi yaşatdisa eyni zamanda bir o qədərdə kədər və göz yaşları bəxş etdi.Qısa ömrünu vərəqlədikcə nə qədər maraqlı bacarıqlı sevgi dolu bir həyat olduğunu görmək həqiqətən çətin idi.Həyatin qələmə alarkən bir məqam məni daha da çox kövrəltdi.
Qonağı olduğun verilişlərin birində sənə belə bir sual ünvanlanır.Nə vaxt öləcəyini bilmək istərsən ,yoxsa, nece öləcəyini ?Məntiqlə cavab verərək nə vaxt öləcəyimi bilmek istəyərəm ki ,ondada necə öləcəyimi biləcəm.Əgər bilsəydi ki, dönüşünün 2 gün sonrası şəhid olacaqsan, bir əlinə silah bir əlində bayraq ölümünü düşünərdi .Bu gün senin şəhadətindən 6 il ötür .. Səni sevən hər kəs bu gün səni yad etmek üçün bir yerə toplaşmışdı..Bu iller ərzində sənsizliyin həsrəti çox agır oldu .Nə qədər çətin olsada bu gün səni sevənlərin tək bir təsəllisi Vətənin yolunda şəhid olmağındır .
Xalqının torpağının azadlığı naminə canını fəda edən şəhidim.
Arzularını xəyallarını bizlər üçün fəda edən şəhidim
Rahat uyu Şəhidim.
Tanrı Məqamını uca etsin.
Allah sene rəhmət etsin.
AMİDTV.AZ
Gülnar Ələsgərova AMİDTV.AZ -ın müxbiri










7