Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva
İnsan ömrünü yalnız təqvimdə sıralanan illərlə ölçmək mümkün deyil. Bəzən bir insanın yaşadığı illərin sayı onun keçdiyi mənəvi və intellektual yolun miqyasını ifadə etməyə yetmir. Çünki həqiqi ömür zamanın deyil, düşüncənin, əməyin, yaradıcı axtarışın, insanlara göstərilən qayğının və cəmiyyətə bəxş edilən faydanın ölçüsü ilə müəyyənləşir. Elə insanlar var ki, onların həyat yoluna nəzər saldıqda qarşımızda sadəcə bir tərcümeyi-hal deyil, bütöv bir düşüncə dünyası, bir mənəvi məktəb, bir elmi axtarış xəritəsi açılır. Belə şəxsiyyətlərin portretini sözlə yaratmaq isə sadə bioqrafik məlumatları ard-arda düzməkdən daha böyük məsuliyyət tələb edir. Çünki ,insanı tanıdan yalnız harada doğulması, hansı təhsil müəssisələrində oxuması, hansı vəzifələrdə çalışması deyil,onun əsl portreti seçdiyi yolun fəlsəfəsində, elmə münasibətində, insanlara verdiyi dəyərdə, yetişdirdiyi gənclərdə, gələcəyə baxışında və zamanın qarşısında qoyduğu suallarda görünür.
Aysel Quliyevanın həyat və fəaliyyət yoluna bu prizmadan baxdıqda, onun şəxsiyyətində bir neçə mühüm istiqamətin, ailədən gələn intellektual ənənənin, müasir iqtisadi düşüncənin, beynəlxalq akademik təcrübənin, pedaqoji məsuliyyətin, elmi araşdırma ruhunun və insan kapitalının inkişafına olan dərin inamın vahid məcrada birləşdiyini görmək mümkündür. Onun həyat hekayəsi yalnız bir iqtisadçı alimin, müəllimin və idarəçi mütəxəssisin peşəkar yüksəlişindən ibarət deyil. Bu yol həm də müasir Azərbaycan insanının qarşısında duran mühüm bir həqiqəti təsdiqləyir: ölkənin gələcəyi yalnız maddi sərvətlərin bolluğu ilə deyil, həmin sərvətləri yaradan, qoruyan, inkişaf etdirən və yeni dəyərə çevirən insan kapitalının keyfiyyəti ilə müəyyən olunur.
Aysel Quliyeva 16 may 1985-ci ildə Bakıda dünyaya gəlib. Onun doğulduğu şəhər özü böyük bir mədəni və intellektual yaddaşın daşıyıcısıdır. Bakı yalnız coğrafi məkan deyil,Şərqlə Qərbin, ənənə ilə modernliyin, milli yaddaşla qlobal düşüncənin qovuşduğu, müxtəlif elmi və mədəni cərəyanların bir-birinə toxunduğu şəhərdir. Belə bir mühitdə dünyaya göz açmaqla yanaşı, ailə daxilində formalaşan intellektual atmosfer də insanın gələcək dünyagörüşünün təməl daşlarından birinə çevrilir. Aysel Quliyevanın ailə mühiti də məhz bu baxımdan diqqət çəkir. Onun ailəsində elmə, təhsilə, dövlət və cəmiyyət qarşısında məsuliyyətə, peşəkarlığa verilən dəyər nəsildən-nəslə ötürülən mənəvi kapital təsiri bağışlayır.
Quliyev nəslinin kökləri Qacar və Ərdəbil Afşar türkləri ilə bağlı ailə yaddaşının xüsusi yer tutması da bu mənəvi irsin tarixi qatını göstərir. Nəsillər dəyişir, zamanın siyasi, sosial və iqtisadi mənzərəsi yenilənir, lakin insanın öz keçmişi ilə bağlı yaddaşı onun şəxsiyyətinin görünməyən sütunlarından birinə çevrilir. Bu yaddaş bəzən insanın özünü hansı dəyərlər sisteminin davamı hesab etməsində, dünyaya hansı mənəvi prizmadan baxmasında özünü göstərir. Tarix yalnız kitabların səhifələrində yaşamır, o, ailələrin yaddaşında, adlarda, peşələrdə, dünyagörüşündə və gələcək nəsillərə ötürülən davranış modellərində də yaşayır.
Aysel Quliyevanın atası Quliyev Aqil Aydın oğlu 27 fevral 1958-ci ildə anadan olub. O, 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alaraq ali məktəbi fizika-riyaziyyat müəllimi ixtisası üzrə başa vurub. 1980–1984-cü illərdə fizika-riyaziyyat müəllimi kimi fəaliyyət göstərməsi onun peşə həyatının ilk mərhələsində təhsilə və elmə bağlılığını ortaya qoyurdu. Lakin onun sonrakı fəaliyyəti yalnız pedaqoji sahə ilə məhdudlaşmayıb. 1984–1994-cü illərdə Kosmik Tədqiqatlar Elmi-İstehsal Birliyində mühəndis kimi çalışması, 1990–1994-cü illərdə həmin qurumda rəhbər vəzifə daşıması texniki-elmi düşüncənin idarəçilik təcrübəsi ilə birləşməsinin nümunəsi idi. 1994–1997-ci illərdə yenidən təhsil sahəsinə qayıtması, 1997–2017-ci illərdə “Riyad Pharm” şirkətində rəhbər kimi çalışması isə onun həyat yolunda elm, idarəçilik, texnologiya və biznes təcrübəsinin bir-birini tamamlayan istiqamətlər kimi formalaşdığını göstərir.
Bu ailə mənzərəsinin digər mühüm simalarından biri Ayselin babası Quliyev Aydın Ağəmi oğludur. Azərbaycanın Əməkdar hüquqşünvanı kimi tanınan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə rəhbəri vəzifəsində çalışan Aydın Quliyev hüquq və dövlət idarəçiliyi sahəsində peşəkarlığın ailə yaddaşındakı təmsilçilərindən biri olub.Bu mənəvi xəttin mühüm simalarından biri də onun bibisi, iqtisad elmləri namizədi, dosent Aida Aydın qızı Quliyevadır. Aida Quliyevanın həyat və fəaliyyət yolu Azərbaycan ali təhsilinin, iqtisadi elmin və müasir akademik idarəçiliyin inkişafı ilə sıx bağlı olan zəngin və mənalı bir ömür salnaməsidir.
Aida Quliyevanın elmi yolu iqtisadiyyatın yalnız rəqəmlərdən, düsturlardan və statistik göstəricilərdən ibarət olmadığını göstərən bir istiqamətdə formalaşıb. Onun elmi fəaliyyətinin əsas xəttində iqtisadiyyat, informasiya texnologiyaları, idarəetmə və təhsilin müasir çağırışları kimi bir-biri ilə sıx bağlı sahələr dayanır. İqtisad elmləri namizədi elmi dərəcəsini əldə etməsi, sonrakı illərdə dosent elmi adına yüksəlməsi və akademik fəaliyyətini davam etdirməsi onun elm yolunda ardıcıl və məqsədyönlü fəaliyyətinin göstəricilərindəndir.
Onun akademik dünyagörüşünün formalaşmasında beynəlxalq təcrübənin də xüsusi yeri olub. 2001-ci ildə ABŞ-ın Atlanta şəhərində yerləşən Corciya Dövlət Universitetində MBA proqramında təhsil alması, 2005-ci ildə Böyük Britaniyanın Oksford Universitetində “post doctoral research” proqramı üzrə fəaliyyət göstərməsi, 2009-cu ildə isə Macarıstanda Sent İstvan Universitetinin Dünya İqtisadiyyatı İnstitutunda “Azərbaycan iqtisadiyyatı – problemlər və perspektivlər” mövzusunda mühazirələr oxuması onun elmi axtarışlarının milli çərçivələrlə məhdudlaşmadığını göstərir. Bu təcrübələr Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik mühitlə əlaqələndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Alimin elmi fəaliyyətində informasiya iqtisadiyyatına və rəqəmsal transformasiyaya xüsusi maraq diqqəti cəlb edir. Onun elmi tədqiqat sahələri iqtisadiyyat və ekonometrika ilə yanaşı, idarəetmə, informatika, informasiya texnologiyaları və təhsili də əhatə edir. Bu çoxşaxəlilik müasir dünyanın dəyişən elmi mənzərəsi ilə səsləşir. Çünki artıq iqtisadiyyatı texnologiyadan, texnologiyanı informasiyadan, informasiyanı isə insan kapitalından ayrı təsəvvür etmək mümkün deyil.
Aida Quliyevanın elmi irsində iqtisadi informasiyanın asimmetriyası məsələsi də mühüm yer tutur. Onun bu mövzuda apardığı araşdırmalar müasir bazar münasibətlərində informasiyanın rolunu, informasiya bərabərsizliyinin iqtisadi qərarlara təsirini və bazar mexanizmlərinin qarşılaşdığı problemləri elmi müstəvidə dəyərləndirməyə imkan verir. “İqtisadi informasiyanın assimmetriya problemləri” adlı elmi işi bu istiqamətdəki araşdırmalarının xarakterini aydın şəkildə göstərir.
Bu gün rəqəmsal dünyanın sürətlə dəyişən reallıqları fonunda həmin məsələlər daha da aktual görünür. İnformasiya artıq sadəcə xəbər və məlumat deyil, iqtisadi qərarların formalaşmasına təsir edən strateji resursdur. Kim informasiyaya daha tez və daha düzgün çıxış əldə edirsə, bazarda üstünlük qazana bilər. Deməli, informasiya iqtisadiyyatı həm texnoloji, həm də sosial ədalət məsələsidir. Aida Quliyevanın elmi maraqlarının məhz belə mövzulara yönəlməsi onun müasir iqtisadi proseslərin mahiyyətinə daha geniş prizmadan yanaşdığını göstərir.
Lakin Aida Quliyevanın fəaliyyətini yalnız elmi nəşrlərlə ölçmək düzgün olmazdı. Onun Azərbaycan Dövlət İqtisad Universitetində uzun illər həyata keçirdiyi pedaqoji və idarəçilik fəaliyyəti ayrıca bir məktəb təsiri bağışlayır. UNEC-in rəsmi məlumatına görə, o, 2014-cü ilin sentyabrından 2026-cı ilin mayınadək universitetin SABAH Mərkəzinə rəhbərlik edib. Bu müddət ərzində onun fəaliyyəti yüksək akademik standartların, tələbə yönümlü təhsilin və gənc nəslin inkişafının mühüm istiqamətləri ilə bağlı olub.
SABAH ideyasının mahiyyətində də məhz gələcəyin istedadlı gənclərinin seçilməsi, onların daha müasir və keyfiyyətli təhsil imkanları ilə təmin olunması dayanır. Belə bir strukturda rəhbərlik etmək yalnız inzibati məsuliyyət daşımır. Burada hər bir tələbənin potensialını görmək, müəllimlərin fəaliyyətini istiqamətləndirmək, təhsil prosesinin keyfiyyətini qorumaq və gənclərin gələcək həyatına təsir göstərə biləcək akademik mühit formalaşdırmaq kimi böyük mənəvi məsuliyyət də var.
Aida Quliyevanın fəaliyyəti məhz bu məqamda bir rəhbərin və müəllimin klassik anlayışından daha geniş məna qazanır. Çünki təhsildə rəhbərlik yalnız idarə etmək deyil, insan yetişdirməkdir. Universitet strukturunun arxasında sənədlər, qaydalar və inzibati mexanizmlər dayansa da, onun canlı mahiyyətini tələbələr və müəllimlər təşkil edir. Rəhbərin ən böyük bacarığı həmin insan potensialını bir məqsəd ətrafında birləşdirə bilməkdir.
Onun elmi və pedaqoji fəaliyyətinin nəticələri də müxtəlif göstəricilərdə öz əksini tapıb. Rəsmi akademik profilində onun beynəlxalq elmi bazalarda indekslənən nəşrləri və elmi istinadları qeyd olunur. Tədqiqat istiqamətləri arasında iqtisadiyyat, sosial elmlər, idarəetmə, informasiya texnologiyaları və təhsil kimi sahələrin yer alması onun elmi fəaliyyətinin genişliyini nümayiş etdirir.
Onun elmi əsərlərində rəqəmsal iqtisadiyyat, intellektual kapital, alternativ enerji, innovativ texnologiyaların yaratdığı peşəkar stress, informasiya yüklənməsi və digər aktual məsələlərə toxunulması müasir cəmiyyətin qarşısında dayanan problemlərin elmi baxımdan araşdırılmasına verilən töhfələrdir. 2021-ci ildə intellektual kapital və kiçik və orta müəssisələrin səmərəliliyi ilə bağlı tədqiqatı, alternativ enerji və Azərbaycan enerji müəssisələri ilə bağlı araşdırmaları, 2022-ci ildə isə innovativ texnologiyaların tətbiqindən yaranan peşəkar stress mövzusunda kitab fəsli onun elmi maraqlarının zamanın gündəmi ilə ayaqlaşdığını göstərir.
Aida Quliyevanın elmi fəaliyyəti ilə Aysel Quliyevanın elmi maraqları arasında da mənəvi və intellektual bir körpü görmək mümkündür. . Nənəsi Əhmədova Zəhra Mahmud qızının Azərbaycan Pedaqoji Universitetində kimya müəllimi kimi fəaliyyəti isə ailənin intellektual mənzərəsini daha da tamamlayır. Bir tərəfdə hüquq və dövlətçilik, digər tərəfdə təbiət elmləri və pedaqogika, başqa bir istiqamətdə fizika, texniki elmlər və idarəçilik , bütün bunlar bir ailənin mənəvi atmosferində birləşərək gələcək nəslin düşüncə dünyasına təsir göstərən görünməz məktəbə çevrilir.
Bu mənəvi məktəbin başqa bir nümayəndəsi isə Aysel Quliyevanın əmisi Asiman Quliyevdir. Azərbaycanın Əməkdar müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, uzun illər Azərbaycan Dövlət İqtisad Universitetində fakültə rəhbərliyində çalışmış Asiman Quliyevin elmi-pedaqoji fəaliyyəti ailənin təhsilə və elmə münasibətini daha aydın göstərən faktlardan biridir. Belə bir ailə mühitində böyüyən insan üçün elm yalnız diplom əldə etmək vasitəsi deyil, həyatın mənasını anlamaq, dünyanı dərk etmək, cəmiyyətə fayda vermək və gələcək nəsillərin yoluna işıq salmaq üsuluna çevrilir.Aysel Quliyevanın həyat yoluna nəzər salarkən onun dünyagörüşünün, insanlara münasibətinin və mənəvi dəyərlərinin formalaşdığı ailə mühitindən söz açmamaq mümkün deyil. Çünki insanın ilk müəllimi çox zaman məktəb müəllimi deyil, onun ailəsində gördüyü davranış, eşitdiyi söz, müşahidə etdiyi münasibət və hər gün şahidi olduğu həyat nümunəsidir. Bu mənada Aysel xanımın həyatında anası Xatirə Quliyevanın xüsusi və əvəzsiz yeri vardır. Xatirə xanım peşə fəaliyyətini ictimai vəzifə ilə deyil, ailəsinin müqəddəs ocağının keşiyində dayanmaqla bağlayan evdar xanım olsa da, onun şəxsiyyətində təmkin, nəciblik, dürüstlük, ailəyə sədaqət, xanımlıq mədəniyyəti və zəngin dünyagörüşü kimi dəyərlər bir-birini tamamlayaraq əsl mənəvi məktəb yaradıb. Onun həyat fəlsəfəsi böyük vəzifələrin, yüksək titulların və rəsmi adların deyil, insanın gündəlik davranışında yaşatdığı dəyərlərin əsl zənginlik olduğunu göstərən səssiz, lakin olduqca təsirli bir nümunədir.
Xatirə Quliyevanın evdar xanım olması onun həyatının əhəmiyyətini heç bir şəkildə kiçiltmir. Əksinə, ailənin mənəvi atmosferini formalaşdırmaq, övladların tərbiyəsində iştirak etmək, ailə ocağının istiliyini qorumaq və həyatın müxtəlif sınaqları qarşısında səbirli, təmkinli dayanmaq özü böyük məsuliyyət tələb edən bir missiyadır. Bəzən cəmiyyətin görünən simaları sırasında adı çəkilməyən insanlar ailə daxilində elə böyük mənəvi işlər görürlər ki, onların zəhmətinin bəhrəsi illər sonra övladlarının şəxsiyyətində, dünyagörüşündə və uğurlarında özünü göstərir. Xatirə xanımın da Aysel Quliyevanın həyatındakı rolu məhz belə görünməz, lakin dərin köklərə malik bir mənəvi miras kimi qiymətləndirilə bilər.
Dürüstlük Xatirə xanımın şəxsiyyətini səciyyələndirən ən mühüm keyfiyyətlərdən biridir. Dürüstlük onun üçün yalnız doğru danışmaq deyil, insanın öz vicdanı qarşısında təmiz qalması, münasibətlərində səmimi olması, haqqı nahaqqa dəyişməməsi, həyatda hansı mövqedə dayanmasından asılı olmayaraq insani dəyərlərə sadiq qalmasıdır. Belə bir mənəvi prinsip ailədə sözlə deyil, davranışla öyrədilir. Övlad anasının insanlarla necə danışdığını, çətin vəziyyətlərdə necə qərar verdiyini, ailə üzvlərinə necə münasibət göstərdiyini gördükcə həyatın həqiqi dəyərlərini dərk etməyə başlayır. Bu baxımdan Xatirə xanımın nümunəsi Aysel xanımın şəxsiyyətinin formalaşmasında mənəvi kompas rolunu oynayan amillərdən biri kimi düşünülə bilər.
Xatirə Quliyevanın gözəl ailə başçısı olması da onun portretinin mühüm cizgilərindəndir. Ailə onun üçün yalnız eyni evin içində yaşayan insanların birliyi deyil, qarşılıqlı hörmət, etibar, sədaqət, anlayış və mənəvi məsuliyyət üzərində qurulan müqəddəs bir dünyadır. Ailə ocağını qorumaq, onun hər bir üzvünə diqqət göstərmək, sevincdə sevinmək, çətinlikdə dayaq olmaq və ailə daxilində mehribanlığın qorunmasına çalışmaq onun həyatında xüsusi yer tutub. Bu xüsusiyyətlər Xatirə xanımı yalnız yaxşı ana deyil, həm də ailənin mənəvi sütununa çevrilən qadın obrazı kimi təqdim etməyə imkan verir.
Onun xanımlığı isə ayrıca bir həyat məktəbidir. Xanımlıq yalnız zahiri görünüş və davranış mədəniyyəti ilə ölçülmür. Əsl xanımlıq insanın danışığında, baxışında, səbrində, başqasına münasibətində, öz ləyaqətini qorumaqla yanaşı, qarşısındakı insanın da ləyaqətinə hörmət etmək bacarığında üzə çıxır. Xatirə xanımın nəcibliyi məhz bu dərin mənada özünü göstərir. Sakitlikdə belə öz sözünü deyə bilmək, yüksək səslə danışmadan hörmət qazanmaq, ailənin içində sevgi və qarşılıqlı anlaşma yaratmaq onun qadın şəxsiyyətinin mənəvi ucalığını müəyyən edən xüsusiyyətlərdəndir.
Zəngin dünyagörüşü də Xatirə xanımın övladlarının düşüncə dünyasına təsir edən mühüm mənəvi sərvət olub. Dünyagörüşü geniş olan ana övladına yalnız ailə qaydalarını deyil, həyatı anlamağı, insanları tanımağı, hadisələrin görünən tərəfinin arxasında dayanan səbəbləri düşünməyi də öyrədir. Belə anaların söhbətləri bəzən bir kitab qədər dəyərli, nəsihətləri bir həyat təcrübəsi qədər təsirli olur. Çünki ana sözü övladın yaddaşında yalnız eşidilən fikir kimi deyil, ömrün müxtəlif mərhələlərində xatırlanan mənəvi dayaq kimi yaşayır.
Məhz bu baxımdan Aysel Quliyevanın sonrakı həyat yoluna yalnız fərdi seçimlər silsiləsi kimi yanaşmaq düzgün olmazdı. Burada ailə yaddaşı ilə şəxsi iradənin, irsi intellektual potensialla fərdi zəhmətin, ənənə ilə yeniliyin qarşılıqlı təsirini görmək mümkündür. İnsan heç vaxt tamamilə boş bir səhifə kimi həyata başlamır. O, özündən əvvəl gələnlərin yaratdığı dəyərlər dünyasının müəyyən elementlərini özü ilə gətirir. Lakin həmin irsi davam etdirmək artıq şəxsi seçimdir. Aysel Quliyevanın həyatında da ailədən gələn elm və təhsil ənənəsi şəxsi əmək, davamlı öyrənmə və müasir dünyaya açıq düşüncə ilə yeni məna qazanıb.
Onun peşəkar yolunun mühüm başlanğıc mərhələlərindən biri Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlıdır. Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda təhsil alması onun iqtisadiyyatın yalnız nəzəri tərəflərinə deyil, dünya iqtisadi sisteminin qarşılıqlı əlaqələrinə marağının formalaşmasına imkan verib. 2007-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vurması, 2009-cu ildə maliyyə ixtisası üzrə magistratura təhsilini yenə fərqlənmə diplomu ilə tamamlaması təsadüfi akademik uğur kimi deyil, məqsədli və ardıcıl hazırlığın nəticəsi kimi dəyərləndirilə bilər.
Təhsil insanın qarşısına qapılar açır, lakin həmin qapılardan keçmək üçün yalnız bilik kifayət etmir. İnsanın iradəsi, marağı, intellektual dözümlülüyü və öyrənməyə davam etmək qabiliyyəti də lazımdır. Aysel Quliyevanın doktorantura illəri də bu mənada onun elmi düşüncəsinin sistemli şəkildə formalaşdığı mərhələdir. 2012–2017-ci illərdə doktorantura təhsili alması onun iqtisadi proseslərə daha dərin, səbəb-nəticə əlaqələrini araşdıran elmi yanaşma ilə baxmasına şərait yaradıb. Bu mərhələ sadəcə akademik pillənin növbəti mərhələsi deyil, həm də onun elmi dünyagörüşünün daha da dərinləşməsi idi.
İqtisadiyyat çox vaxt rəqəmlərin, qrafiklərin, modellərin və düsturların dili ilə izah olunur. Lakin iqtisadiyyatın əsl mahiyyətində insan dayanır. Rəqəmlərin arxasında insan əməyinin nəticəsi, statistik göstəricilərin arxasında ailələrin həyat səviyyəsi, iqtisadi artımın arxasında insanların bilik və bacarıqları, bazar münasibətlərinin arxasında isə insan davranışı durur. Aysel Quliyevanın elmi maraqlarının insan kapitalı, iqtisadi inkişaf, informasiya iqtisadiyyatı və rəqəmsal iqtisadiyyat kimi istiqamətlərə yönəlməsi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
2016-cı ildə Alman Akademik Mübadilə Xidmətinin — DAAD proqramı çərçivəsində Zigen Universitetində doktorantura mübadilə proqramında iştirakı onun beynəlxalq akademik təcrübəsinin mühüm mərhələlərindən birini təşkil edib. Xarici akademik mühitə daxil olmaq alim üçün yalnız yeni auditoriyalar, yeni kitabxanalar və yeni tədqiqat imkanları demək deyil. Bu, həm də öz elmi düşüncəsini başqa elmi məktəblərin yanaşmaları ilə müqayisə etmək, metodoloji sərhədləri genişləndirmək, fərqli akademik mədəniyyətlərin üstün və zəif tərəflərini müşahidə etmək imkanıdır.
2017-ci ildə Praqada təşkil olunan Advanced Training Institute proqramında “Universitetlərin beynəlxalq əməkdaşlığı: nəzəriyyə və praktika” mövzusunda ixtisasartırma keçməsi isə onun akademik fəaliyyətinin daha bir istiqamətini , beynəlxalq universitet əməkdaşlığını,ön plana çıxarıb. Bu təcrübə sonrakı illərdə onun beynəlxalq akademik əlaqələrə, tələbə və müəllim mübadiləsinə, qlobal təhsil məkanına inteqrasiyaya münasibətində mühüm rol oynaya bilər.
2023–2024-cü illərdə Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində və Praqadakı Advanced Training Institute-də qonaq professor kimi fəaliyyət göstərməsi artıq onun akademik yolunun başqa mərhələyə keçdiyini göstərir. Bir vaxtlar xarici universitetlərdə təcrübə qazanan tədqiqatçı sonralar həmin beynəlxalq akademik mühitlərdə öz bilik və təcrübəsini paylaşan müəllim mövqeyinə yüksəlir. Bu, akademik inkişafın təbii məntiqidir: insan əvvəl öyrənir, sonra tətbiq edir, daha sonra paylaşır və nəhayət başqalarının inkişafına təsir göstərən bir elmi-pedaqoji simaya çevrilir.
Aysel Quliyevanın əmək fəaliyyəti də onun nəzəri biliklərlə praktik təcrübəni bir araya gətirməyə çalışdığını göstərir. 2007-ci ildə “Riyad Pharm” şirkətində elektron ticarət şöbəsinin rəhbəri kimi fəaliyyət göstərməsi, daha sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Dünya iqtisadiyyatında informasiya texnologiyaları” layihəsində ekspert kimi çalışması onun iqtisadiyyatla texnologiyanın kəsişməsində formalaşan yeni dünyaya marağının erkən mərhələlərdən mövcud olduğunu göstərir.
Bu gün informasiya texnologiyaları iqtisadiyyatın sadəcə bir elementi deyil, onun strukturunu dəyişdirən əsas qüvvələrdən biridir. Əvvəllər istehsalın əsas amilləri kimi torpaq, əmək və kapital göstərilirdisə, müasir dövrdə informasiya, bilik, innovasiya və insan kapitalı getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Buna görə də informasiya iqtisadiyyatının araşdırılması, rəqəmsal iqtisadiyyatın inkişaf qanunauyğunluqlarının öyrənilməsi və informasiya şəffaflığının iqtisadi münasibətlərə təsirinin təhlili Aysel Quliyevanın elmi fəaliyyətində təsadüfi mövzular deyil, müasir dövrün çağırışlarından doğan istiqamətlərdir.
2010–2014-cü illərdə UNEC-in Beynəlxalq Münasibətlər fakültəsində akademik məsləhətçi kimi çalışması onun universitet mühitinin təşkilati və pedaqoji tərəflərini daha yaxından tanımasına imkan verib. 2014-cü ildən Beynəlxalq İqtisadiyyat və Biznes kafedrasında baş müəllim kimi fəaliyyət göstərməsi isə onun elmi-pedaqoji fəaliyyətinin davamlı xarakter aldığını göstərir. 2015-ci ildə SABAH Mərkəzində müəllim kimi çalışması, 2022-ci ildə Beynəlxalq İqtisadiyyat və Biznes kafedrasında ixtisas rəhbəri kimi fəaliyyət göstərməsi, 2025-ci ildə UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini vəzifəsinə təyin olunması onun peşəkar inkişafının mərhələli və ardıcıl xarakterini nümayiş etdirir.
Vəzifə insanın adının qarşısında yazılan tituldan daha çox məsuliyyət deməkdir. Rəhbər olmaq başqalarının işini idarə etməkdən əvvəl öz məsuliyyətini dərk etməkdir. Təhsil müəssisəsində rəhbər vəzifə daşımaq isə daha böyük mənəvi məsuliyyətdir. Çünki, burada idarə olunan yalnız struktur deyil, insanların gələcəyidir. Hər bir tələbə bir potensial, hər bir müəllim bir təcrübə, hər bir elmi layihə isə gələcəyin müəyyən istiqamətini formalaşdıran imkan deməkdir.
Aysel Quliyevanın elmi araşdırmalarının mərkəzində insan kapitalı və iqtisadi inkişaf məsələlərinin dayanması onun pedaqoji fəaliyyəti ilə də dərin şəkildə səsləşir. İnsan kapitalı anlayışı iqtisadi nəzəriyyədə insanların bilik, bacarıq, sağlamlıq, təhsil və peşə hazırlığının iqtisadi və sosial nəticələrə təsirini ifadə edir. Lakin, bu anlayışın daha geniş fəlsəfi mənası da var. İnsan kapitalına sərmayə qoymaq əslində gələcəyə sərmayə qoymaqdır. Zavod köhnələ bilər, texnologiya yenilənə bilər, avadanlıq sıradan çıxa bilər, iqtisadi model dəyişə bilər, lakin yaxşı hazırlanmış insan yeni texnologiyanı öyrənə, yeni iqtisadi modeli qura və yeni dəyər yarada bilər.
Bu düşüncə Aysel Quliyevanın “Dynamic Interaction Between Human Capital Accumulation and Economic Growth” mövzusundakı araşdırmalarında da öz elmi ifadəsini tapır. İnsan kapitalının toplanması ilə iqtisadi artım arasında münasibət birtərəfli deyil. İnsan kapitalı iqtisadi inkişafı stimullaşdırır, iqtisadi inkişaf isə təhsil, elm və bacarıqlara daha çox investisiya imkanları yaradır. Beləliklə, iki proses bir-birini qarşılıqlı şəkildə gücləndirir. Bu qarşılıqlı əlaqəni anlamaq dövlət siyasəti, təhsil strategiyası və əmək bazarının gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Aysel Quliyevanın elmi maraq dairəsində uzunömürlülüyün təhsildən əldə olunan gəlirlər, insan kapitalı və iqtisadi artım üzərində təsiri kimi daha dərin və kompleks məsələlərin yer alması da diqqətəlayiqdir. “Effects of Longevity on Changes in Returns to Education, Human Capital, and Economic Growth” adlı 2023-cü il tədqiqatının Springer Proceedings in Business and Economics nəşrində yer alması onun araşdırmalarının beynəlxalq elmi platformaya çıxışını göstərən mühüm nümunələrdəndir. İnsan ömrünün uzanması ilk baxışdan yalnız demoqrafik məsələ kimi görünə bilər. Halbuki ,onun arxasında təhsil müddətinin dəyişməsi, peşə həyatının uzanması, insan kapitalına investisiyanın səmərəliliyi, pensiya sistemləri, əmək bazarının strukturu və iqtisadi artımın uzunmüddətli dinamikası kimi çoxsaylı məsələlər dayanır.
Elm məhz belə suallar verdikdə canlı olur. Elmin böyüklüyü yalnız cavabların çoxluğunda deyil, doğru sualların verilməsindədir. Zaman dəyişdikcə suallar da dəyişir. Dünənin iqtisadi problemi bu gün başqa forma alır, bugünkü texnoloji yenilik sabah əmək bazarının strukturunu dəyişir, insan ömrünün uzanması təhsil və məşğulluq modellərini yenidən düşünməyə vadar edir. Buna görə alim yalnız mövcud gerçəkliyi izah edən deyil, gələcəkdə ortaya çıxacaq problemləri əvvəlcədən görməyə çalışan düşüncə adamıdır.
Aysel Quliyevanın araşdırmaları sırasında “Economic Development Scenarios for Effective Organization Management in Post-COVID Conditions” mövzusu da müasir iqtisadi reallığın dəyişən təbiətini əks etdirir. Pandemiya dünya iqtisadiyyatının nə qədər kövrək və eyni zamanda nə qədər çevik olduğunu göstərdi. İqtisadiyyatın ənənəvi fəaliyyət mexanizmləri qısa müddətdə dəyişdi, rəqəmsal texnologiyalara tələbat artdı, işin təşkili modelləri yeniləndi, idarəetmə anlayışı yeni məzmun qazandı. Post-COVID dövründə effektiv təşkilati idarəetmənin hansı prinsiplər üzərində qurulması sualı bu baxımdan yalnız menecment məsələsi deyil, həm də iqtisadi dayanıqlılıq məsələsidir.
Rəqəmsallaşma mövzusu isə Aysel Quliyevanın elmi fəaliyyətində ayrıca istiqamət kimi görünür. “New Trends of the Economy: A Case of Digital Energy” kimi tədqiqatlar göstərir ki, enerji sektoru da informasiya və rəqəmsal texnologiyaların təsirindən kənarda qalmır. Müasir enerji sistemi yalnız elektrik istehsal etməkdən ibarət deyil. Burada məlumatların toplanması, təhlili, proqnozlaşdırılması, enerji istehlakının optimallaşdırılması, alternativ enerji mənbələrinin inteqrasiyası və rəqəmsal idarəetmə kimi məsələlər getdikcə daha böyük əhəmiyyət daşıyır.
“Natural and Economic Effects of Renewable Energy Sources in the Developing Countries: A Case of Azerbaijan” mövzusu isə Azərbaycanın öz reallıqları ilə qlobal iqtisadi gündəmin kəsişməsində xüsusi maraq doğurur. Bərpa olunan enerji mənbələrinin inkişafı yalnız ekoloji məsələ deyil. Bu istiqamət enerji təhlükəsizliyi, yeni investisiyalar, texnologiya transferi, regional inkişaf, məşğulluq və iqtisadi şaxələndirmə baxımından da böyük potensiala malikdir. Azərbaycanın enerji resursları ilə bağlı zəngin təcrübəsi fonunda yaşıl enerji və bərpa olunan mənbələrin inkişafı ölkənin gələcək iqtisadi modelinin mühüm elementlərindən birinə çevrilə bilər.
İqtisadi inkişafın başqa mühüm sütunu isə investisiyadır. Lakin ən dəyərli investisiya hər zaman yalnız maliyyə kapitalına qoyulan sərmayə deyil. “Investing in Human Capital and Assimilation of Economic Development” istiqamətində aparılan araşdırmalar da bu həqiqəti ön plana çıxarır. İnsan kapitalına sərmayə qoyulmadan uzunmüddətli və dayanıqlı inkişaf mümkün deyil. Çünki iqtisadiyyatın ən müasir texnologiyası belə onu idarə edəcək, inkişaf etdirəcək, yeniləyəcək insanlara ehtiyac duyur.
İnformasiya şəffaflığı və informasiya asimmetriyası da müasir iqtisadi sistemin ən həssas problemlərindəndir. “Information Transparency of Oligopolies” və “Asymmetry of Information on Imperfect Markets” kimi mövzular iqtisadi münasibətlərdə informasiyanın necə mühüm resursa çevrildiyini göstərir. Bazarda tərəflərdən biri digərindən daha çox məlumata sahib olduqda iqtisadi qərarların nəticələri dəyişə bilər. Bu isə rəqabət, istehlakçı davranışı, qiymət formalaşması və bazarın səmərəliliyi ilə bağlı mühüm suallar doğurur. Belə məsələlərin araşdırılması iqtisadiyyatın yalnız klassik mexanizmlərini deyil, onun görünməyən informasiya qatlarını da anlamağa imkan verir.
Aysel Quliyevanın elmi fəaliyyətində beynəlxalq konfransların da xüsusi yeri var. 2013-cü ildə Serbiya-Monteneqroda keçirilən Balkan Social Sciences Congress-də, 2013 və 2014-cü illərdə Gürcüstanda təşkil olunan beynəlxalq elmi-praktik konfranslarda iştirak etməsi onun elmi fikir mübadiləsinə açıq mövqeyini nümayiş etdirir. “Human Capital and Its Role in the Modern Economy”, “New Perspectives in Economy – Technoparks”, “Construction Human Capital Indicator of Social Groups” kimi mövzular üzrə məruzələr hazırlaması isə onun elmi maraqlarının əsas xəttini — insan, bilik, texnologiya və iqtisadi inkişaf əlaqəsini , aydın şəkildə göstərir.
Elmi konfransların mahiyyəti yalnız məruzə etməkdən ibarət deyil. Konfrans alimlərin öz düşüncələrini başqalarının düşüncələri ilə toqquşdurduğu, sualların cavabları zənginləşdirdiyi, fərqli baxışların yeni ideyalar doğurduğu intellektual məkandır. Elmin inkişafı təklikdə mümkün deyil. Elm dialoq tələb edir. Fikir mübadiləsi, mübahisə, tənqid, əməkdaşlıq və qarşılıqlı öyrənmə elmi düşüncəni canlı saxlayan əsas mexanizmlərdir.
Aysel Quliyevanın pedaqoji fəaliyyətinə nəzər saldıqda onun elmi maraqları ilə müəllimlik fəlsəfəsi arasında təbii bir bağlılıq görünür. O, mikroiqtisadiyyat, makroiqtisadiyyat, informasiya və kommunikasiya texnologiyaları, ekoloji iqtisadiyyat, informasiya iqtisadiyyatı kimi fənləri tədris edir. Bu fənlərin hər biri tələbədən yalnız əzbər bilik deyil, analitik düşüncə tələb edir. Müəllimin əsas vəzifəsi də məhz burada başlayır: tələbəyə hazır cavabları vermək yox, onun doğru sual vermək qabiliyyətini formalaşdırmaq.
Universitet auditoriyası yalnız mühazirə keçirilən məkan deyil. Auditoriya gələcəyin sınaq meydanıdır. Orada gələcək iqtisadçılar, menecerlər, sahibkarlar, tədqiqatçılar, dövlət idarəçiləri və fikir sahibləri formalaşır. Müəllim bir tələbəyə yalnız bir mövzu öyrətmir; onun düşünmə tərzinə toxunur. Bəzən bir müəllimin söylədiyi bir fikir illər sonra tələbənin həyatında mühüm qərarın başlanğıc nöqtəsinə çevrilir. Buna görə müəllimlik peşəsi görünən nəticələrdən daha böyük, ölçülməsi çətin bir təsir gücünə malikdir.
Aysel Quliyevanın pedaqoji yanaşmasının əsas xəttində tələbənin yalnız diplom əldə edən şəxs kimi deyil, gələcəyin peşəkarı, lideri, ideya sahibi və məsuliyyətli vətəndaşı kimi yetişdirilməsi dayanır. Bu yanaşma müasir universitet modelinin mahiyyəti ilə də səsləşir. XXI əsrin əmək bazarı yalnız müəyyən ixtisas üzrə nəzəri bilik tələb etmir. İşəgötürənlər analitik düşünə bilən, problemi müəyyənləşdirən, həll yolları təklif edən, komanda ilə işləyən, ünsiyyət qura bilən, yaradıcılıq göstərə bilən və dəyişən şəraitə uyğunlaşa bilən mütəxəssislərə ehtiyac duyurlar.Bu mənada insan kapitalı yalnız diplom və sertifikatların cəmi deyil. İnsan kapitalı düşünmək bacarığıdır, məsuliyyətdir, yaradıcılıqdır, öyrənmə həvəsidir, mənəvi dayanıqlılıqdır. Universitetin qarşısında duran əsas vəzifələrdən biri də məhz bu keyfiyyətləri inkişaf etdirməkdir.
Aysel Quliyevanın tələbə təşəbbüslərinə və tələbə klublarına verdiyi dəstək də onun pedaqoji fəlsəfəsinin praktik ifadələrindən biridir. ISE Art, ISE Public Speaking, ISE Genz, C13 Student Network, Podcast, ISE NextGen, ISE Charity, ISE Chess, Music, ISE Publication, ISE Book və digər tələbə təşəbbüslərinin inkişafına dəstək verilməsi universitet həyatının yalnız dərslərdən ibarət olmadığını göstərir. Fakültə daxilində ümumilikdə 14 tələbə təşəbbüsünün mövcudluğu gənclərin öz ideyalarını reallaşdırmasına, sosial və yaradıcı bacarıqlarını inkişaf etdirməsinə imkan verən mühitin formalaşmasına xidmət edir.
Tələbə klubunun bəzən kiçik görünən bir fəaliyyəti əslində böyük bir insan kapitalının başlanğıcı ola bilər. Bu gün debat klubunda fikrini ifadə etməyə çalışan tələbə sabah beynəlxalq konfransda ölkəsini təmsil edə bilər. Bu gün sosial layihədə könüllü kimi çalışan gənc sabah böyük bir ictimai təşəbbüsə rəhbərlik edə bilər. Bu gün universitet nəşrində ilk yazısını dərc edən tələbə sabah tanınmış tədqiqatçı və ya jurnalist ola bilər. İnsan potensialının inkişafı çox vaxt məhz belə kiçik başlanğıclardan keçir.
2025-ci ildə ISE Spring Festival – Charity Fair çərçivəsində həyata keçirilən xeyriyyə yönümlü fəaliyyət də bu baxımdan yalnız tələbə tədbiri kimi qiymətləndirilməməlidir. Burada gənclərin sosial məsuliyyət, həmrəylik, təşkilatçılıq və ictimai fayda anlayışlarını praktik şəkildə yaşaması mühüm əhəmiyyət daşıyır. Təhsil yalnız insanı peşəyə hazırlamamalıdır; təhsil onu insan olmağa da hazırlamalıdır. Biliklə vicdan, peşəkarlıqla məsuliyyət, uğurla paylaşmaq mədəniyyəti bir-birindən ayrıldıqda təhsilin mənəvi mahiyyəti zəifləyir.
Aysel Quliyevanın fəaliyyətinə bu prizmadan baxanda onun üçün təhsil və elm iki ayrı istiqamət deyil, eyni yolun iki tərəfi kimi görünür. Elm yeni bilik yaradır, təhsil həmin biliyi yeni nəslə ötürür. Tədqiqat gələcəyin suallarını müəyyənləşdirir, pedaqogika isə həmin suallara cavab axtaracaq nəsli yetişdirir. Buna görə alim-müəllim obrazı yalnız bilən insan obrazı deyil; öyrənməyi davam etdirən və öyrəndiyini başqalarının inkişafına çevirən insan obrazıdır.
Aysel Quliyevanın həyat yolunda diqqət çəkən daha bir cəhət beynəlxalq təcrübə ilə milli elmi maraqların paralel şəkildə inkişaf etdirilməsidir. Xarici akademik mühitdə çalışmaq, beynəlxalq konfranslarda iştirak etmək, müxtəlif ölkələrin universitetləri ilə əməkdaşlıq qurmaq elmi dünyagörüşünü genişləndirir. Lakin ,əsl dəyər əldə olunan təcrübənin milli elmin inkişafına yönəldilməsindədir. Beynəlxalq əməkdaşlıq yalnız xaricə baxmaq deyil; Azərbaycanın elmi potensialını beynəlxalq akademik məkanda tanıtmaq, ölkənin alimlərini, universitetlərini və tədqiqatlarını qlobal elmi dövriyyəyə daha fəal daxil etməkdir.
Bu gün dünyanın elmi xəritəsi sürətlə dəyişir. Universitetlər artıq yalnız milli sərhədlər daxilində fəaliyyət göstərən qurumlar deyil. Elm qlobal şəbəkəyə çevrilib. Bir ölkədə aparılan tədqiqat digər ölkədə yeni araşdırmanın başlanğıcı ola bilər. Bir universitetin laboratoriyasında formalaşan ideya başqa bir ölkədə texnologiyaya çevrilə bilər. Buna görə müasir alim üçün beynəlxalq əməkdaşlıq əlavə üstünlük deyil, elmi inkişafın təbii şərtlərindən biridir.
Azərbaycanın da bu qlobal elmi şəbəkədə özünəməxsus mövqeyinin möhkəmlənməsi üçün belə akademik əlaqələrin böyük əhəmiyyəti var. Xüsusilə ,iqtisadiyyat, rəqəmsallaşma, enerji, insan kapitalı və davamlı inkişaf kimi qlobal gündəmin əsas istiqamətlərində Azərbaycan alimlərinin araşdırmalarının beynəlxalq səviyyədə təqdim olunması ölkənin elmi nüfuzunun artmasına xidmət edir.
Aysel Quliyevanın elmi maraqlarında Azərbaycanın xüsusi yer tutması da məhz bu baxımdan əhəmiyyətlidir. Azərbaycan nümunəsinin beynəlxalq elmi diskussiyalara daxil edilməsi ölkənin iqtisadi inkişaf modelinin müxtəlif aspektlərinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır. Bərpa olunan enerji, insan kapitalı, rəqəmsal iqtisadiyyat və informasiya şəffaflığı kimi məsələlərin milli reallıqlar əsasında araşdırılması həm yerli, həm də beynəlxalq elmi mühit üçün dəyərli nəticələr yarada bilər.
Elmin qarşısında duran ən böyük vəzifələrdən biri cəmiyyətin gələcəyini yalnız bu günün problemləri ilə deyil, sabahın ehtiyacları ilə birlikdə düşünməkdir. Bu mənada Aysel Quliyevanın elmi fəaliyyətində insan kapitalı mövzusunun xüsusi çəkisi təsadüfi görünmür. Çünki ,XXI əsrin əsas rəqabət meydanı artıq yalnız təbii sərvətlər, maliyyə resursları və istehsal gücləri arasında deyil. Əsas rəqabət bilik, innovasiya, yaradıcılıq və insan potensialı uğrundadır.
Bir ölkənin ən böyük sərvəti onun yeraltı sərvətləri deyil, həmin sərvətlərdən daha böyük dəyər yarada bilən insanlarıdır. Neft tükənə bilər, qaz ehtiyatları məhdudlaşa bilər, texnologiyalar köhnələ bilər. Lakin təhsilli, yaradıcı, tədqiqatçı və yenilikçi insan öz biliyi ilə yeni sərvət yarada bilər. Buna görə insan kapitalına qoyulan sərmayə gələcəyin ən etibarlı investisiyasıdır.
Bu fəlsəfi həqiqət Aysel Quliyevanın həm alim, həm müəllim, həm də idarəçi kimi fəaliyyətinin müxtəlif istiqamətlərində öz əksini tapır. Onun üçün tələbə yalnız auditoriyada oturan gənc deyil,gələcək iqtisadiyyatın potensial iştirakçısıdır. Tələbənin ideyası yalnız tələbə təşəbbüsü deyil,gələcək innovasiyanın ilkin formasıdır. Elmi məqalə yalnız akademik nəşr deyil; gələcək iqtisadi siyasət üçün fikir mənbəyidir. Beynəlxalq əməkdaşlıq yalnız şəxsi təcrübə deyil,milli elmin qlobal məkana çıxışı üçün körpüdür.
İnsan haqqında danışarkən onun peşəkar nailiyyətlərini sadalamaq asandır. Aysel Quliyevanın həyat yolunda bu obrazın əsas cizgilərindən biri davamlılıqdır. O, təhsildən elmi fəaliyyətə, elmdən pedaqogikaya, pedaqogikadan idarəçiliyə, yerli akademik mühitdən beynəlxalq platformalara pdoğru hərəkət edən, lakin bütün bu mərhələlərdə əsas xəttini bilik və insan inkişafını qoruyub saxlayan bir peşəkar təsiri yaradır.
Hər bir insanın həyatında elə məqamlar olur ki, seçilən yol sonrakı bütün illərin istiqamətini müəyyən edir. Aysel Quliyevanın həyatında da bu seçimlərin nəticəsində formalaşan ardıcıl bir inkişaf xətti görünür. İqtisadiyyatın öyrənilməsi ilə başlayan yol maliyyə, informasiya texnologiyaları, beynəlxalq iqtisadi münasibətlər, insan kapitalı, rəqəmsal iqtisadiyyat, enerji, informasiya asimmetriyası və idarəetmə məsələlərinə qədər genişlənib. Bu genişlik təsadüfi maraqlar toplusu deyil; müasir iqtisadiyyatın müxtəlif komponentlərinin bir-biri ilə qarşılıqlı əlaqədə olduğu düşüncəsinə əsaslanır.
İqtisadiyyatın gələcəyini anlamaq üçün yalnız bazara baxmaq kifayət deyil. İnsan davranışına, texnologiyaya, informasiyaya, təhsilə, demoqrafiyaya və ekoloji dəyişikliklərə də baxmaq lazımdır. Məhz müasir iqtisadi düşüncə bu amillərin hamısını birlikdə nəzərə almağa çalışır. Aysel Quliyevanın araşdırmalarının müxtəlif mövzularını birləşdirən ortaq xətt də burada üzə çıxır: iqtisadi inkişafı insan, bilik, informasiya və texnologiyadan ayrı təsəvvür etməmək.
Bu gün dünya yeni sənaye inqilabının astanasında deyil, artıq onun içindədir. Süni intellekt, avtomatlaşdırma, böyük məlumatlar, rəqəmsal maliyyə, yaşıl enerji və yeni iş modelləri iqtisadi münasibətlərin xarakterini dəyişir. Belə bir dünyada universitetlərin qarşısında daha böyük məsuliyyət dayanır. Çünki ,universitet yalnız mövcud əmək bazarı üçün kadr hazırlamamalı, həm də gələcəkdə yaranacaq peşələr üçün düşünə bilən insan yetişdirməlidir.
Aysel Quliyevanın tələbələrə analitik düşüncə, problem həll etmə, kommunikasiya, yaradıcılıq və sosial məsuliyyət qazandırmağa yönəlmiş pedaqoji yanaşması məhz bu gələcəyin çağırışları ilə səsləşir. Çünki ,gələcəyin mütəxəssisi yalnız “nəyi bilirəm?” sualını deyil, “nəyi öyrənə bilərəm?”, “problemi necə həll edə bilərəm?”, “yaratdığım dəyər kimə xidmət edir?” suallarını da verməlidir.
İnsan kapitalının inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. İnsan kapitalının ən mühüm nəticəsi ,insanın öz potensialının fərqinə varmasıdır. Özünü tanıyan, bacarığını düzgün istiqamətə yönəldən, öyrənməkdən qorxmayan, səhvdən nəticə çıxaran və yeni ideyalara açıq olan insan istənilən iqtisadi sistem üçün dəyərli resursdur.
Bu baxımdan Aysel Quliyevanın fəaliyyətində tələbə təşəbbüslərinə verilən dəstək ayrıca məna daşıyır. Tələbəyə yalnız hazır platforma təqdim etmək yox, onun öz platformasını yaratmasına şərait yaratmaq daha böyük pedaqoji nəticədir. Çünki ,müstəqillik məsuliyyətlə birlikdə formalaşır. Gəncə ideya vermək, sonra həmin ideyanı həyata keçirmək imkanı yaratmaq onu passiv dinləyicidən aktiv iştirakçıya çevirir.
Bütün bunların fonunda Aysel Quliyevanın 2025-ci ildən UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini kimi fəaliyyəti onun həyat yolunun yeni mərhələsini ifadə edir. Burada fərdi elmi və pedaqoji fəaliyyət daha geniş təşkilati məsuliyyətlə birləşir. Artıq söhbət yalnız bir müəllimin öz tələbələrindən deyil, bütöv bir akademik mühitin inkişafına töhfə verməkdən gedir.
Rəhbərlik etmək bəzən səssiz bir sənətdir. Çünki yaxşı rəhbərin gördüyü işlərin bir hissəsi statistik göstəricilərdə görünmür. Onun yaratdığı sağlam mühitdə, gənclərin özünəinamında, müəllimlərin təşəbbüslərində, yeni layihələrin meydana çıxmasında, əməkdaşlıq mədəniyyətinin güclənməsində özünü göstərir. Belə nəticələr rəqəmlərlə ölçülməsi çətin, lakin cəmiyyət üçün son dərəcə qiymətli nəticələrdir.
Aysel Quliyevanın simasında elm adamının ciddiliyi ilə müəllimin insanlara yaxınlığı, idarəçinin məsuliyyəti ilə tədqiqatçının marağı, beynəlxalq təcrübənin genişliyi ilə milli elmi maraqların vəhdəti diqqət çəkir. Onun həyat yolu göstərir ki, akademik uğur bir gündə yaranmır. Bu uğurun arxasında illərlə davam edən təhsil, araşdırma, müzakirə, yazı, məqalə, konfrans, auditoriya, tələbə ilə ünsiyyət və bəzən də görünməyən zəhmət dayanır.
Əslində elm də insan ömrünə bənzəyir. O, bir nəslin başladığını digər nəslin davam etdirdiyi sonsuz bir estafetdir. Bir alim özündən əvvəlki alimlərin qoyduğu suallardan başlayır, öz suallarını formalaşdırır və cavablarını gələcək nəslə ötürür. Bu baxımdan alim üçün ən böyük nailiyyət yalnız öz adının elmi ədəbiyyatda qalması deyil,özündən sonra düşünə bilən, araşdıra bilən, sual verə bilən insanlar yetişdirməsidir.
Aysel Quliyevanın fəaliyyətində tələbələrə, gənclərə və onların təşəbbüslərinə verilən önəm məhz bu baxımdan onun akademik portretinin mühüm cizgisidir. Çünki ,gələcək yalnız laboratoriyalarda və kitabxanalarda yazılmır. Gələcək auditoriyalarda, tələbə klublarında, elmi müzakirələrdə, sosial layihələrdə, beynəlxalq əməkdaşlıq platformalarında, gənclərin ilk ideyalarında formalaşır
Bəlkə də insan həyatının ən böyük mənası özündən sonra nə qoyub getməsi ilə ölçülür. Maddi sərvətlər zamanla dəyişə bilər, vəzifələr bir gün bitə bilər, titullar başqa adlarla əvəzlənə bilər. Lakin ,insanın yetişdirdiyi şagirdlər, tələbələr, yazdığı elmi əsərlər, verdiyi ideyalar və yaratdığı faydalı mühit onun ömrünün görünməyən davamına çevrilir. Bu mənada elm insan ömrünü zamanın sərhədlərindən çıxaran ən böyük mənəvi vasitələrdən biridir.
Aysel Quliyevanın həyat yoluna nəzər saldıqda, onun qarşısında hələ keçilməli çox yolun olduğunu da hiss etmək mümkündür. Çünki, elm heç vaxt “son nöqtə” anlayışını qəbul etmir. Hər cavab yeni sual doğurur. Hər tədqiqat yeni tədqiqat üçün qapı açır. Hər beynəlxalq əməkdaşlıq yeni əlaqələrin başlanğıcına çevrilir. Hər tələbənin uğuru müəllimin qarşısına yeni məsuliyyət qoyur.
Azərbaycan elminin bu gün qarşısında duran ən mühüm məsələlərdən biri milli elmi potensialın beynəlxalq elmi məkanda daha geniş görünməsini təmin etməkdir. Bunun üçün tədqiqatların keyfiyyəti, beynəlxalq nəşrlər, akademik əməkdaşlıq, elmi layihələr, gənc tədqiqatçıların dəstəklənməsi və universitetlərin qlobal elmi şəbəkələrə daha fəal qoşulması böyük əhəmiyyət daşıyır. Aysel Quliyevanın beynəlxalq akademik təcrübəsi və araşdırma istiqamətləri bu prosesdə gələcək üçün yeni imkanların yaranmasına xidmət edə biləcək mühüm təməl yaradır.
Onun fəaliyyətinin gələcək perspektivində insan kapitalı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, informasiya iqtisadiyyatı və iqtisadi inkişaf kimi istiqamətlərin daha da genişlənməsi Azərbaycan elminin qlobal çağırışlarla əlaqələndirilməsi baxımından əhəmiyyətli ola bilər. Dünyanın iqtisadi mənzərəsi dəyişdikcə bu sahələrdə aparılan tədqiqatların strateji dəyəri də artır. Ən əsası isə bütün bu istiqamətlərin mərkəzində yenə insan dayanır.
İnsan və zaman arasında qəribə bir münasibət var. Zaman insanı dəyişir, insan isə öz fəaliyyəti ilə zamanın mənasını dəyişə bilir. Bir müəllim bir nəslin düşüncəsinə toxunmaqla gələcəyin istiqamətinə təsir göstərə bilər. Bir alim bir elmi məqalə ilə yeni tədqiqatın əsasını qoya bilər. Bir rəhbər sağlam akademik mühit yaratmaqla yüzlərlə insanın inkişafına şərait yarada bilər. Buna görə bəzi insanların fəaliyyəti onların tutduğu vəzifələrdən daha böyük məna daşıyır.
Aysel Quliyevanın fəaliyyətini tamamlayan əsas fikir də budur: onun həyat yolunda elm sadəcə peşə deyil, dünyanı anlamaq və dəyişən dünyanın içində insanın yerini müəyyənləşdirmək vasitəsidir. İqtisadiyyat onun üçün yalnız rəqəmlərdən ibarət sistem deyil; insan davranışının, bilik və resursların, sosial münasibətlərin və gələcək seçimlərin mürəkkəb qarşılıqlı əlaqəsidir. Təhsil yalnız diplom deyil; insanın öz potensialını kəşf etməsi prosesidir. Universitet yalnız bina və auditoriyalar toplusu deyil; cəmiyyətin gələcəyinin formalaşdığı intellektual məkandır. Beynəlxalq əməkdaşlıq isə sadəcə coğrafi sərhədləri aşmaq deyil; elmi düşüncəni ümumbəşəri dialoqa daxil etməkdir.
Belə bir həyat yolunun arxasında ailədən gələn elm və təhsil ənənəsi, illərlə davam edən zəhmət, ardıcıl akademik inkişaf, beynəlxalq təcrübə, elmi araşdırmalar və gənc nəslə olan inam dayanır. Bütün bu amillər bir araya gəldikdə qarşımızda yalnız iqtisadçı alim və pedaqoq deyil, gələcəyi düşünən, gələcəyə insan vasitəsilə çatmağın mümkünlüyünə inanan bir ziyalı obrazı canlanır.
Aysel Quliyevanın həyat hekayəsi bir daha göstərir ki, elm insanın özündən daha böyük bir yol seçməsidir. Çünki, elm yalnız bu günü izah etmir, sabahın konturlarını da cızmağa çalışır. Təhsil isə həmin sabahı quracaq insanları yetişdirir. İnsan kapitalına inam məhz buna görə sadəcə iqtisadi nəzəriyyə deyil, həm də gələcəyə münasibətin fəlsəfəsidir. Bu fəlsəfə deyir ki, bir ölkənin ən böyük sərvəti onun insanıdır; həmin insanın ən böyük sərvəti isə biliyi, vicdanı, yaradıcılığı və cəmiyyətə fayda vermək istəyidir.
Bu mənada Aysel Quliyevanın fəaliyyəti Azərbaycan elmi və təhsil mühitində davam edən böyük intellektual yolun bir halqası kimi qiymətləndirilə bilər. Onun qarşısında hələ yeni elmi araşdırmalar, beynəlxalq layihələr, yeni nəşrlər, yeni tələbə nəsilləri və yeni akademik əməkdaşlıqlar dayanır. Qarşıdakı illərdə əldə etdiyi təcrübəni daha böyük elmi layihələrə çevirməsi, gənc tədqiqatçıların inkişafına daha geniş dəstək verməsi, Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə göstərməsi, insan kapitalının inkişafı və rəqəmsal iqtisadiyyat kimi strateji mövzular üzrə yeni elmi nəticələr ortaya qoyması onun fəaliyyət yolunun məntiqi davamı ola bilər.İnsan öz taleyini yalnız seçdiyi peşə ilə deyil, həmin peşəyə hansı mənanı verdiyi ilə müəyyənləşdirir. Eyni ixtisasa yiyələnmiş minlərlə insan ola bilər, lakin onların hər birinin elmə, biliyə, müəllimliyə və cəmiyyətə münasibəti fərqlidir. Biri üçün peşə gündəlik iş, digəri üçün həyat vasitəsi, başqası üçün isə mənəvi missiyaya çevrilir. İnsan məhz sonuncu mərhələyə yüksəldikdə gördüyü işin sərhədlərini aşır. Onun fəaliyyəti şəxsi həyatının çərçivəsindən çıxaraq başqalarının taleyinə, düşüncəsinə, dünyagörüşünə və gələcəyinə təsir göstərməyə başlayır. Aysel Quliyevanın akademik və pedaqoji portretinə diqqətlə nəzər saldıqda onun fəaliyyətinin məhz belə bir məna dairəsinə doğru inkişaf etdiyini görmək mümkündür. Onun yolu bir ixtisas sahibinin peşəkar yüksəlişindən daha artıqdır; bu yol biliyin insan taleyinə, insan kapitalının isə cəmiyyətin gələcəyinə çevrilməsi ideyasının canlı nümunələrindən biridir.
Elm adamının portreti ilk növbədə onun yazdığı əsərlərdə görünür. Lakin yalnız əsərlərin adlarını sadalamaq alim haqqında tam təsəvvür yaratmır. Əsərin adı arxasında bir sual dayanır; sualın arxasında isə narahatlıq. Alim nə üçün məhz həmin məsələni araşdırır? Hansı problemi görür? Hansı boşluğu doldurmağa çalışır? Hansı nəticənin cəmiyyət üçün əhəmiyyətli ola biləcəyinə inanır? Əsl elmi fəaliyyətin başlanğıc nöqtəsi çox vaxt məhz bu daxili narahatlıqdır. Aysel Quliyevanın araşdırmalarında insan kapitalı, iqtisadi inkişaf, informasiya iqtisadiyyatı, rəqəmsal enerji, bərpa olunan enerji, informasiya şəffaflığı və qeyri-kamil bazarlarda informasiya asimmetriyası kimi bir-birindən zahirən fərqli görünən mövzuların əslində vahid düşüncə xəttində birləşməsi onun elmi dünyagörüşünün əsas istiqamətini aydınlaşdırır: müasir iqtisadiyyatın mərkəzində insan, bilik, informasiya və dəyişən texnologiya dayanır.
Bu düşüncənin fəlsəfi dərinliyini anlamaq üçün “insan kapitalı” anlayışının özünə nəzər salmaq kifayətdir. Kapital sözü ənənəvi olaraq sərvət, maliyyə, istehsal vasitələri və investisiya ilə əlaqələndirilir. Lakin ,insanın biliyi, bacarığı, təcrübəsi, yaradıcılığı və sağlam düşünmə qabiliyyəti də cəmiyyət üçün kapitaldır. Hətta müasir dünyanın ən mürəkkəb reallıqları göstərir ki, digər kapital formalarının dəyərini müəyyən edən əsas qüvvələrdən biri məhz insandır. Texnologiyanı insan yaradır, iqtisadi modeli insan qurur, innovasiyanı insan düşünür, elmi kəşfi insan həyata keçirir. Deməli, insan kapitalı bütün digər kapital formalarının hərəkətə gətirici qüvvələrindən biridir. Bu baxımdan Aysel Quliyevanın elmi fəaliyyətinin mərkəzində insan kapitalının dayanması sadəcə ixtisaslaşmış elmi maraq deyil, müasir dünyanın inkişaf fəlsəfəsinə verilən mühüm cavabdır.
Dünya dəyişdikcə “var-dövlət” anlayışının özü də dəyişir. Bir zamanlar torpaq ən böyük sərvət sayılırdı. Sonra sənaye dövrü gəldi və istehsal gücü ön plana çıxdı. Daha sonra maliyyə kapitalı iqtisadi münasibətlərdə həlledici rol oynamağa başladı. XXI əsrdə isə bilik və məlumat strateji resursa çevrilib. Bu dəyişiklik insanın rolunu azaltmayıb, əksinə, onu daha da yüksəldib. Çünki məlumatı biliyə, biliyi qərara, qərarı isə dəyərə çevirən yenə insandır. Süni intellektin, avtomatlaşdırmanın və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə belə insanın yaradıcı və tənqidi düşüncəsinə ehtiyac azalmır, əksinə, düzgün sual vermək, nəticəni qiymətləndirmək, etik sərhədləri müəyyən etmək və yeni istiqamətlər seçmək qabiliyyəti daha böyük əhəmiyyət qazanır.
Belə bir dünyada iqtisadçı alim qarşısında yalnız “iqtisadi artım nədir?” sualı dayanmır. Daha mühüm sual budur: iqtisadi artım kimin həyatını yaxşılaşdırır? İnkişafın nəticələri cəmiyyət daxilində necə bölüşdürülür? Təhsilə qoyulan sərmayə insanın gəlirinə və həyat keyfiyyətinə necə təsir edir? İnsan ömrünün uzanması əmək bazarını və təhsil sistemini necə dəyişir? Rəqəmsallaşma hansı yeni imkanları yaradır, hansı yeni bərabərsizlikləri doğura bilər? Enerji keçidi iqtisadiyyatın strukturuna necə təsir göstərəcək? İnformasiya üstünlüyü bazarda ədalətə və rəqabətə necə təsir edir? Bu sualların hər biri iqtisadiyyatın rəqəmlərdən ibarət olmadığını, onun əslində insan həyatının çoxsaylı qatlarına toxunan sosial elm olduğunu göstərir.
Aysel Quliyevanın “Effects of Longevity on Changes in Returns to Education, Human Capital, and Economic Growth” mövzusunda araşdırması məhz bu geniş düşüncə müstəvisində maraq doğurur. İnsan ömrünün uzanması bəşəriyyətin ən böyük nailiyyətlərindən biri kimi qəbul edilir. Hər bir böyük nailiyyət özü ilə yeni suallar da gətirir. İnsan daha uzun yaşayırsa, daha uzun müddət işləyə bilərmi? Təhsilə yatırılan sərmayənin geri dönüş müddəti necə dəyişir? İnsanlar daha uzun həyat perspektivinə malik olduqda təhsilə münasibətləri dəyişirmi? Dövlətlər uzunömürlülüyün artması fonunda insan kapitalına investisiyanı necə planlaşdırmalıdır? Yaş strukturu dəyişdikcə iqtisadi artımın mexanizmləri hansı yeni formaları alır? Göründüyü kimi, bir demoqrafik göstəricinin dəyişməsi bütöv iqtisadi sistemin fəlsəfəsinə təsir edə bilir.
Alimin gücü də burada üzə çıxır: hadisələri ayrı-ayrı faktlar kimi deyil, bir-biri ilə əlaqəli sistem kimi görmək. İnsan ömrü, təhsil, əmək, kapital və iqtisadi artım arasında görünməyən telləri görmək üçün yalnız bir sahəni bilmək kifayət etmir. Burada iqtisadiyyatla yanaşı, demoqrafiya, sosial siyasət, təhsil nəzəriyyəsi və insan davranışının xüsusiyyətləri də nəzərə alınmalıdır. Aysel Quliyevanın elmi maraqlarının müxtəlif istiqamətlərə açılması onun məhz bu sistemli yanaşmaya üstünlük verdiyini göstərir.
Onun “Dynamic Interaction Between Human Capital Accumulation and Economic Growth” mövzusundakı tədqiqat xətti isə daha fundamental bir həqiqəti ortaya qoyur: inkişaf və insan bir-birindən ayrılmazdır. İqtisadiyyat inkişaf etdikcə insan kapitalına daha çox vəsait yönəltmək imkanı yaranır; insan kapitalı yüksəldikcə isə məhsuldarlıq, innovasiya və iqtisadi səmərəlilik artır. Bu, sadə bir dairə deyil, özünü gücləndirə bilən inkişaf mexanizmidir. Lakin həmin mexanizmin işləməsi üçün təhsil sistemi, elm, əmək bazarı, sosial mühit və institusional imkanlar bir-birini tamamlamalıdır. Əgər insanın biliyi ilə iqtisadi sistemin tələbi arasında uçurum yaranırsa, insan kapitalının potensialı tam reallaşa bilmir.
Məhz buna görə universitetlərin məsuliyyəti yalnız ixtisaslı məzun hazırlamaqla bitmir. Universitet əmək bazarı ilə elm arasında körpü, gəncliklə gələcək arasında bağ, nəzəri biliklə praktik fəaliyyət arasında keçid məkanıdır. Aysel Quliyevanın uzun illər universitet mühitində çalışması və sonrakı mərhələdə rəhbər vəzifəyə yüksəlməsi onun bu çoxqatlı məsuliyyəti müxtəlif səviyyələrdə dərk etməsinə imkan verib. Akademik məsləhətçi kimi tələbənin ehtiyaclarını görmək, müəllim kimi bilik ötürmək, ixtisas rəhbəri kimi müəyyən istiqaməti idarə etmək, direktor müavini kimi isə daha geniş akademik proseslərə münasibət bildirmək bunların hər biri eyni yolun müxtəlif dayanacaqlarıdır.
Təhsil tarix boyu insanın özünü azad etməsinin ən güclü vasitələrindən biri olub. Bilik insanı yalnız savadsızlıqdan deyil, düşüncəsiz qərarlardan, asılılıqdan, stereotiplərdən və gələcəyi görə bilməməkdən də azad edir. Buna görə müəllimlik əslində gələcəyə xidmət edən peşədir. Müəllimin bu gün auditoriyada dediyi sözün nəticəsi bəzən illər sonra ortaya çıxır. Tələbə həmin gün eşitdiyi bir fikri unuda bilər, amma o fikir onun düşüncəsində görünməz toxum kimi qala və illər sonra mühüm qərara çevrilə bilər. Pedaqogikanın möcüzəsi də məhz bundadır: müəllim bəzən özünün yaratdığı nəticəni dərhal görmür.
Aysel Quliyevanın tələbəyə münasibətində də bu fəlsəfə xüsusi yer tutur. Tələbənin yalnız diplom alması deyil, düşünməyi öyrənməsi, problem qarşısında dayanıb çıxış yolu axtarması, öz fikrini əsaslandırması, başqasını dinləməsi, yaradıcı ideya irəli sürməsi və sosial məsuliyyət daşıması onun təhsil anlayışının əsas istiqamətlərindəndir. Bu, klassik “müəllim danışır, tələbə dinləyir” modelindən daha geniş yanaşmadır. Müasir təhsil dialoq tələb edir. Müəllim də öyrənir, tələbə də öyrənir, biri digərinin düşüncəsinə təsir göstərir.
Bu səbəbdən tələbə klublarına verilən dəstəyin pəhəmiyyəti də yalnız universitet tədbirlərinin çoxluğu ilə ölçülə bilməz. ISE Art yaradıcılığın, ISE Public Speaking ifadə qabiliyyətinin, ISE Genz gənclik enerjisinin, C13 Student Network əməkdaşlığın, Podcast kommunikasiya və media bacarıqlarının, ISE NextGen gələcəyə baxışın, ISE Charity sosial məsuliyyətin, ISE Chess strateji düşüncənin, Music estetik zövqün, ISE Publication və ISE Book isə yazı, oxu və intellektual fəaliyyətin inkişafı üçün platforma yaradır. Belə təşəbbüslərin bir arada mövcudluğu universitet həyatının insanın yalnız peşəkar deyil, şəxsiyyət kimi formalaşmasına da xidmət etdiyini göstərir.
Bəzən cəmiyyət böyük nəticələri yalnız böyük layihələrdə axtarır. Halbuki böyük dəyişikliklərin ilkin mərhələsi çox vaxt kiçik təşəbbüslərdən başlayır. Bir tələbənin ilk dəfə səhnəyə çıxması, auditoriya qarşısında danışması, ilk yazısını nəşr etdirməsi, sosial layihədə məsuliyyət götürməsi, komanda idarə etməsi onun gələcək peşəkar həyatında mühüm üstünlüklərə çevrilə bilər. İnsan kapitalı məhz belə yığılır: gündəlik təcrübələrin, biliklərin, səhvlərin, uğurların və öyrənmələrin uzunmüddətli nəticəsi kimi.
Aysel Quliyevanın 2025-ci ildə ISE Spring Festival – Charity Fair kimi tələbə yönümlü təşəbbüslərə verdiyi dəstək bu baxımdan xüsusi məna daşıyır. Xeyriyyə anlayışı yalnız maddi yardım deyil. O, insanda başqasının taleyinə biganə qalmamaq hissini formalaşdırır. Universitet gəncə yalnız “mən necə uğur qazanım?” sualını deyil, “mənim uğurum cəmiyyət üçün nə verə bilər?” sualını da öyrətməlidir. Əgər təhsil yalnız fərdi karyera qurmağa xidmət edərsə, onun sosial mahiyyəti natamam qalır. Əsl təhsil insanı öz uğurunu başqalarının rifahı ilə əlaqələndirməyə öyrədir.
Burada Aysel Quliyevanın iqtisadçı kimi araşdırdığı insan kapitalı ilə müəllim kimi yetişdirməyə çalışdığı insan arasında dərin bir paralel yaranır. Elmi məqalədə insan kapitalından danışan tədqiqatçı auditoriyada həmin kapitalın formalaşmasına xidmət edir. Bir tərəfdə nəzəriyyə, digər tərəfdə praktika; bir tərəfdə elmi nəticə, digər tərəfdə canlı insan. Bu iki istiqamətin eyni şəxsiyyətin fəaliyyətində birləşməsi onun portretinə xüsusi bütövlük verir.
Aysel Quliyevanın “New Trends of the Economy: A Case of Digital Energy” istiqamətindəki elmi maraqları isə iqtisadiyyatın gələcəyinə yönəlmiş baxışın başqa bir nümunəsidir. Enerji tarix boyu iqtisadi inkişafın əsas dayaqlarından biri olub. Sənaye inqilablarından tutmuş müasir rəqəmsal iqtisadiyyata qədər enerji istehsalın, nəqliyyatın və texnologiyanın inkişafında fundamental rol oynayıb. Lakin ,XXI əsrdə enerji anlayışı yeni məzmun qazanır. Enerji artıq yalnız hasil edilən və istehlak olunan resurs deyil; onun idarə olunması, səmərəli bölüşdürülməsi, rəqəmsal monitorinqi və ekoloji nəticələri də iqtisadi siyasətin əsas məsələlərinə çevrilir.
Rəqəmsal enerji anlayışı texnologiya ilə enerji sektorunun kəsişməsini ifadə etməklə yanaşı, daha böyük transformasiyanın xəbərçisidir. Məlumatın sürətli emalı, istehlakın proqnozlaşdırılması, ağıllı şəbəkələr, enerji səmərəliliyi və bərpa olunan mənbələrin sistemə inteqrasiyası gələcəyin enerji iqtisadiyyatının əsas istiqamətlərindəndir. Azərbaycan üçün bu məsələnin ayrıca əhəmiyyəti var. Enerji resursları ölkənin iqtisadi tarixində mühüm rol oynayıb və bundan sonrakı mərhələdə həmin potensialın yeni texnologiyalarla tamamlanması ölkənin iqtisadi şaxələndirilməsi baxımından strateji imkanlar yarada bilər.
Bərpa olunan enerji mövzusunda Azərbaycanın nümunəsinin araşdırılması da məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. “Natural and Economic Effects of Renewable Energy Sources in the Developing Countries: A Case of Azerbaijan” mövzusunda tədqiqat yalnız enerji istehsalının dəyişməsini deyil, ekoloji və iqtisadi nəticələrin qarşılıqlı əlaqəsini də düşünməyə imkan verir. İqtisadi inkişafla təbiətin qorunması bir-birinə zidd anlayışlar kimi qəbul edilməməlidir. Müasir iqtisadiyyatın əsas vəzifələrindən biri məhz bu iki istiqamətin uzlaşdırılmasıdır. Çünki, gələcək nəsillərin hüquqları yalnız iqtisadi rifahla deyil, yaşamaq üçün sağlam və təhlükəsiz mühitlə də bağlıdır.
Burada elmə başqa bir məsuliyyət düşür: gələcəyi bugünün rahatlığı naminə qurban verməmək. Bir iqtisadi qərarın nəticəsi yalnız cari ilin göstəricisi ilə ölçülməməlidir. Onun sabahkı ekoloji, sosial və demoqrafik nəticələri də nəzərə alınmalıdır. Bu isə iqtisadi düşüncənin daha uzunmüddətli və məsuliyyətli olmasını tələb edir.
İnformasiya iqtisadiyyatı ilə bağlı tədqiqatlar da müasir dünyanın başqa bir mühüm həqiqətini ortaya qoyur. Əgər əvvəlki dövrlərdə əsas iqtisadi güc maddi resursların kimdə olması ilə müəyyənləşirdisə, indi informasiyaya çıxış və informasiyanı düzgün emal etmək qabiliyyəti də mühüm gücə çevrilib. İnformasiya şəffaflığı olmayan bazarda tərəflər bərabər imkanlara malik olmaya bilər. Bir tərəfin digərindən daha çox məlumata sahib olması qərarların keyfiyyətinə, rəqabətə və bazarın səmərəliliyinə təsir göstərə bilər.
“Information Transparency of Oligopolies” və “Asymmetry of Information on Imperfect Markets” mövzuları bu baxımdan yalnız nəzəri iqtisadiyyatın məsələləri deyil. Onların arxasında ədalət, etibar və məsuliyyət kimi daha geniş ictimai anlayışlar dayanır. Bazarın işləməsi üçün yalnız alıcı və satıcının mövcudluğu kifayət deyil,tərəflər arasında müəyyən informasiya balansı və etibar da lazımdır. İnformasiya gizləndikdə və ya qeyri-bərabər bölüşdürüldükdə iqtisadi münasibətlərin görünməyən tərəzisində tarazlıq pozula bilər.
Beləliklə, Aysel Quliyevanın tədqiqatlarının müxtəlif istiqamətləri bir-birindən uzaq mövzular deyil. İnsan kapitalı, informasiya, rəqəmsallaşma, enerji, iqtisadi inkişaf və təhsil bunların hamısı XXI əsrin eyni böyük sualının müxtəlif tərəfləridir: dəyişən dünyada insanın və cəmiyyətin dayanıqlı inkişafını necə təmin etmək olar?
Bu sualın cavabı isə yalnız iqtisadi göstəricilərdə axtarıla bilməz. Burada mənəvi dəyərlər, sosial məsuliyyət, təhsil və elmi düşüncə də mühüm rol oynayır. Bəlkə də müasir dünyanın ən böyük paradokslarından biri budur: texnologiya inkişaf etdikcə insanın imkanları artır, lakin insanın məsuliyyəti də eyni dərəcədə böyüyür. Daha güclü texnologiya daha böyük imkan deməkdir, amma yanlış istifadə edildikdə daha böyük risk də yarada bilər. Buna görə gələcəyin iqtisadiyyatında yalnız texnoloji savadlı insanlara deyil, etik düşünə bilən insanlara da ehtiyac olacaq.
Aysel Quliyevanın tələbə hazırlığında analitik düşüncə ilə yanaşı sosial məsuliyyətə, ünsiyyətə və yaradıcılığa diqqət yetirməsi də bu baxımdan təsadüfi deyil. Gələcəyin lideri yalnız qərar qəbul edən insan deyil; qəbul etdiyi qərarın nəticəsini dərk edən insandır. Gələcəyin iqtisadçısı yalnız mənfəəti hesablamaqla kifayətlənməməlidir,onun qərarının sosial nəticəsini də düşünməlidir. Gələcəyin meneceri yalnız təşkilatı idarə etməməli, insanları da inkişaf etdirməlidir.
Məhz buna görə Aysel Quliyevanın akademik fəaliyyətinin ən qiymətli nəticələrindən birini yalnız yazdığı elmi əsərlərdə deyil, tələbələrinin gələcək həyatında axtarmaq lazımdır. Bir müəllimin neçə məqalə yazdığını hesablamaq mümkündür, lakin onun neçə insanın düşüncəsinə təsir etdiyini dəqiq ölçmək çox çətindir. Bir tələbənin uğuru, bir məzunun beynəlxalq layihəyə qoşulması, bir gəncin özünəinam qazanması, bir başqa tələbənin elmi fəaliyyətə başlaması bunlar müəllim əməyinin səssiz nəticələridir.
İnsan həyatında bəzən ən böyük izlər görünməyən izlərdir. Daş üzərində yazılan sözlər zamanla silinə bilər, amma insanın düşüncəsinə yazılan fikir nəsildən-nəslə keçə bilər. Müəllimin əsas gücü də budur. O, insanın yaddaşında, düşüncəsində və davranışında yaşayır. Aysel Quliyevanın öz ailəsindən aldığı intellektual miras da bu baxımdan xüsusi məna kəsb edir. Atasının fizika və texniki sahədəki fəaliyyəti, babasının hüquq və dövlət idarəçiliyi təcrübəsi, nənəsinin pedaqoji fəaliyyəti, əmisi Asiman Quliyevin elmi-pedaqoji yolu bütün bunlar bir ailə yaddaşında müxtəlif peşələrin deyil, əslində eyni dəyərin müxtəlif ifadələridir: biliyə hörmət.
Bilik ailədən ailəyə yalnız kitablarla ötürülmür. Uşağın evdə gördüyü münasibət, böyüklərin elmə yanaşması, müəllimə verilən hörmət, təhsilin dəyəri, zəhmətə münasibət və peşəyə sədaqət də gələcək nəslin şüurunda iz buraxır. İnsan bəzən özü fərqinə varmadan uşaqlıqda gördüyü nümunələri gələcək həyatında davam etdirir. Aysel Quliyevanın elmi və pedaqoji fəaliyyətində bu irsin müasir zamanın tələbləri ilə yenidən mənalandırıldığını düşünmək mümkündür.
Nəsildən-nəslə ötürülən ən qiymətli miras maddi sərvət deyil, düşüncə mədəniyyətidir. Maddi sərvət itə bilər, amma düşünməyi öyrənən insan yenidən qura bilər. Ona görə də ailənin ən böyük sərvəti övladına “nə qoyub getməsi” deyil, onun öz ayaqları üzərində dayanmaq üçün hansı mənəvi və intellektual imkanlarla böyütməsidir.
Aysel Quliyevanın həyat yolu bu baxımdan yalnız şəxsi bioqrafiya deyil, bir ailə intellektual ənənəsinin müasir akademik dünyada davamıdır. Nəsillərin həyat yolunda elə bir mənəvi xətt vardır ki, onu nə zaman, nə də məsafə silə bilir. Bu xətt ailədən başlayır, övladların dünyagörüşündə yeni məna qazanır və nəhayət, gələcək nəslin arzularında öz davamını tapır. Aysel Quliyevanın ailə salnaməsinə nəzər saldıqda da elmə, təhsilə, ziyalılığa və insan yetişdirməyə bağlılığın yalnız bir nəslin deyil, ardıcıl olaraq gələcəyə doğru uzanan mənəvi bir yolun parçasına çevrildiyini görürük.Bu işıqlı yolun yeni davamçılarından biri Aysel xanımın qızı Alsu Ağayevadır. O, ailəsində formalaşmış elm və təhsil ənənəsini sadəcə keçmişin qiymətli mirası kimi qorumaqla kifayətlənməyərək, gələcəkdə həmin yolun layiqli davamçısı olmağı qarşısına məqsəd qoyub. Belə bir məqsəd təsadüfi seçim deyil. Çünki uşaqlıqdan ailənin içində elmə verilən dəyəri, təhsilə göstərilən ehtiramı, zəhmətin və biliyin insan həyatındakı rolunu görən övlad üçün bu dəyərlər zaman keçdikcə həyat idealına çevrilə bilir.Alsu Ağayevanın qarşısına belə bir məqsəd qoyması əslində bir ailə tarixinin gələcəyə doğru yazılan növbəti səhifəsidir. Bir vaxtlar ailədə ziyalı düşüncəsinin təməlini qoyan nəsillər, daha sonra elm və təhsil sahəsində fəaliyyət göstərən ailə üzvləri, bu gün isə həmin ənənənin yeni nəslin nümayəndəsi tərəfindən davam etdirilməsi mənəvi baxımdan xüsusi məna daşıyır. Burada söhbət yalnız peşə seçimi və ya akademik istiqamətdən getmir; söhbət insanın özündən əvvəl gələnlərin dəyərlərini anlayaraq onları öz həyat məqsədinə çevirməsindən gedir.Aysel xanımın elm və təhsil sahəsindəki fəaliyyəti onun qızı üçün yalnız bir ailə nümunəsi deyil, həm də canlı həyat dərsidir. Auditoriyada tələbələrə bilik verən, gənclərin təşəbbüslərinə dəstək olan, onların öz potensialına inanmasına çalışan bir ananın fəaliyyəti övladın gözləri qarşısında formalaşan böyük bir məktəbdir. Bu məktəbdə əsas dərs yalnız iqtisadiyyat və elm deyil; zəhmətə sədaqət, məqsədə inam, insanlara faydalı olmaq və başladığın işi layiqincə davam etdirməkdir.
Bu gün Azərbaycan universitetlərinin qarşısında yeni bir mərhələ açılıb. Universitetlərin beynəlxalq reytinqlərdə görünməsi, elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsi, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, innovasiya və sahibkarlıq mühitinin gücləndirilməsi, rəqəmsal təhsilin inkişafı və gənc tədqiqatçıların dəstəklənməsi artıq yalnız akademik məsələ deyil. Bu proses Azərbaycanın gələcək iqtisadi və intellektual gücü ilə birbaşa bağlıdır.
Aysel Quliyevanın beynəlxalq təcrübəsi, xarici universitetlərdə fəaliyyəti və müxtəlif akademik platformalarda iştirakı bu mənada yalnız şəxsi nailiyyət kimi deyil, Azərbaycan ali təhsilinin beynəlxalq əlaqələrinin genişlənməsi baxımından da dəyərli təcrübədir. Xaricdə əldə edilən biliklərin və əlaqələrin milli universitet mühitinə gətirilməsi, tələbələrin beynəlxalq düşüncə ilə tanış olması, yeni əməkdaşlıq imkanlarının yaranması akademik inkişafın mühüm elementləridir.
Elm sərhəd tanımır. Elmə milliyyət vermək olmaz, lakin elmin milli məsuliyyəti var. Azərbaycan alimi qlobal elmə qoşularkən yalnız öz adını deyil, ölkəsinin elmi məktəbini də təmsil edir. Onun hər bir uğurlu tədqiqatı Azərbaycan elminin beynəlxalq görünürlüğünə kiçik də olsa töhfə verir. Hər bir beynəlxalq məqalə, konfrans çıxışı, akademik əməkdaşlıq və xarici universitetdə keçirilən dərs milli elmi potensialın dünyaya açılan pəncərələrindən biridir.
Bu baxımdan Aysel Quliyevanın elmi yolunun gələcək mərhələləri xüsusi əhəmiyyət daşıyır. Çünki artıq qarşıda yalnız şəxsi akademik yüksəliş deyil, əldə edilmiş təcrübəni daha geniş miqyasda faydaya çevirmək imkanı dayanır. Yeni tədqiqatların aparılması, gənc alimlərin dəstəklənməsi, beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi, Azərbaycan iqtisadiyyatının müasir problemlərinin beynəlxalq elmi müstəvidə araşdırılması onun fəaliyyətinin gələcək istiqamətlərini daha da zənginləşdirə bilər.
Əslində insanın ömründə “zirvə” anlayışı da nisbidir. Bir vəzifə əldə etdikdə yol bitmir. Bir elmi əsər nəşr olunanda suallar tamamlanmır. Bir beynəlxalq uğur qazananda yeni məsuliyyət başlayır. Hər zirvə növbəti yüksəliş üçün başlanğıc nöqtəsinə çevrilir. Elmin gözəlliyi də bundadır: onun üfüqü heç vaxt bağlanmır.
Aysel Quliyevanın qarşısında da hələ çoxlu açıq qapılar var. İnsan kapitalının yeni formaları, rəqəmsal transformasiya, süni intellektin əmək bazarına təsiri, yaşıl iqtisadiyyat, enerji keçidi, informasiya bazarlarının inkişafı, təhsilin iqtisadi nəticələri və beynəlxalq iqtisadi inteqrasiya kimi məsələlər gələcək tədqiqatlar üçün geniş imkanlar açır. Bu mövzuların hər biri onun indiyədək formalaşdırdığı elmi xəttin məntiqi davamına çevrilə bilər.Gələcəyin iqtisadiyyatını yalnız iqtisadçılar deyil, müxtəlif elm sahələrinin əməkdaşlığı formalaşdıracaq. İqtisadiyyat texnologiya ilə, texnologiya sosial elmlərlə, sosial elmlər psixologiya ilə, bütün bunlar isə insanın mənəvi dünyası ilə əlaqələnəcək. Elmin gələcəyi sərhədlərin deyil, kəsişmələrin gələcəyidir. Bir elmi istiqamətin digərindən təcrid olunması getdikcə daha az mümkün olacaq. Bu reallıqda geniş dünyagörüşünə malik alimlərin rolu xüsusilə artır.
Aysel Quliyevanın fəaliyyətində də məhz belə kəsişmələr diqqət çəkir: iqtisadiyyatla informasiya texnologiyaları, insan kapitalı ilə təhsil, enerji ilə rəqəmsallaşma, iqtisadi artımla demoqrafiya, bazar mexanizmləri ilə informasiya şəffaflığı, beynəlxalq əməkdaşlıqla milli elmi maraqlar arasında əlaqələr. Bu əlaqələr onun elmi portretinə yalnız genişlik deyil, həm də daxili məntiq verir.
Və nəhayət, insan haqqında yazılan hər bir portret bir yerdə dayanıb oxucuya belə bir sual verir: bütün bunların mahiyyəti nədir? Nə üçün insan bu qədər oxuyur, araşdırır, yazır, öyrədir, çalışır? Nə üçün illərini auditoriyalarda, elmi məqalələrdə, konfranslarda, tələbələrin problemlərində və yeni ideyaların axtarışında keçirir? Cavab bəlkə də çox sadədir: insan öz həyatını özündən böyük bir məqsədə bağlamaq istəyir.
Aysel Quliyevanın həyat yolunda bu məqsədin əsas ifadəsi elm, təhsil və insanın inkişafıdır. Bu yolun başlanğıcında ailədən gələn bilik və təhsil ənənəsi, ortasında şəxsi zəhmət və akademik axtarış, davamında beynəlxalq təcrübə, pedaqoji fəaliyyət və idarəçilik məsuliyyəti dayanır. Yolun sonunda isə hələ görünməyən gələcək var. Çünki həqiqi alim üçün gələcək həmişə açıq kitabdır və o kitabın səhifələri yalnız yeni tədqiqatlarla, yeni ideyalarla və yeni nəsillərin uğurları ilə yazılır.
Sizin elmə, təhsilə və insan kapitalının inkişafına həsr etdiyiniz mənalı və şərəfli fəaliyyət yolunuzda qazandığınız hər bir uğur münasibətilə böyük səmimiyyət və dərin ehtiram hissi ilə təbrik edir, Sizə həyatınızın və elmi yaradıcılığınızın bundan sonrakı mərhələlərində möhtəşəm nailiyyətlər, möhkəm cansağlığı, sonsuz ilham və yeni-yeni elmi zəfərlər arzulayırıq!
Qoy bundan sonra atacağınız hər addım elmimizin ucalığına, hər yeni elmi ideyanız insanlığın tərəqqisinə, hər bir araşdırmanız gələcəyin daha işıqlı sabahına xidmət etsin! Qoy düşüncənizdən doğan elmi işıq yalnız auditoriyaların divarları arasında deyil, dünyanın mötəbər elm məbədlərində də parlasın, Azərbaycanın intellektual potensialının, milli elmi məktəbinin və alimlərimizin yaratdığı dəyərlərin sədası dünya sivilizasiyasının böyük elmi məkanına qədər yayılsın!
İnanırıq ki, Sizin elmi-pedaqoji fəaliyyətinizin hər yeni səhifəsi zamanın yaddaşında daha bir qiymətli iz buraxacaq, yetişdirdiyiniz gənclərin hər bir uğuru isə Sizin elm yolunda yandırdığınız çırağın başqa bir işıqda davam edən parıltısı olacaq. Çünki ,əsl müəllimin ömrü yalnız öz ömrü ilə ölçülmür yetişdirdiyi nəsillərin uğurları ilə davam edir. Əsl alimin yaratdığı əsər isə yalnız yazıldığı günə deyil, gələcək əsrlərə ünvanlanır.
Qoy elm yolunda çəkdiyiniz zəhmətlər zamanın sərt sınaqlarından keçərək daha da qiymətlənən mənəvi sərvətə çevrilsin. Qoy adınız elmin, ziyalılığın, fədakarlığın və insan yetişdirməyin ali nümunələri sırasında çəkilsin. Qoy Sizin həyat yolunuz gələcək nəsillər üçün yalnız uğur hekayəsi deyil, elmə sədaqətin, biliyə inamın, Vətənə xidmətin və insanın intellektual gücünə sonsuz etimadın parlaq salnaməsi olsun.
Arzu edirik ki, qarşıda hələ fəth ediləcək neçə-neçə elmi zirvə, açılacaq neçə-neçə yeni araşdırma üfüqü, həyata keçiriləcək neçə-neçə beynəlxalq layihə və yetişdiriləcək neçə-neçə elm fədaisi Sizin yolunuzu gözləsin. Qoy hər yeni uğurunuz əvvəlkindən daha böyük bir zirvənin başlanğıcı olsun, hər yeni zirvədən isə Azərbaycan elminin daha geniş üfüqləri görünsün!
Qoy illər ötəcək, zaman dəyişəcək, elmi məktəblər və nəsillər yenilənəcək, lakin elmə həsr olunmuş bu işıqlı ömrün yaratdığı dəyərlər zamanın yaddaşında öz əbədi yerini qoruyacaqdır. Bu gün səpdiyiniz bilik toxumları sabah gənc alimlərin düşüncəsində cücərsin, onların uğurları isə Sizin başladığınız böyük elmi yolun davamı kimi Azərbaycan elminin səmasını daha parlaq işıqlara bürüsün.
Qoy elmimizin sədası sərhədləri aşaraq dünya sivilizasiyasının elmi-intellektual zirvələrinə qədər ucalsın! Azərbaycanın elmi düşüncəsi beynəlxalq akademik məkanda daim öz sözünü desin, milli elmi irsimizin şərəfli adı dünyanın elm xəritəsində daha böyük ehtiramla çəkilsin!
Sizə bundan sonrakı fəaliyyətinizdə tükənməz enerji, möhkəm cansağlığı, sonsuz yaradıcılıq eşqi, yeni elmi kəşflər, möhtəşəm beynəlxalq uğurlar və daha böyük zirvələr arzulayırıq. Qoy ömrünüzün hər yeni səhifəsi bir nailiyyətlə, hər nailiyyətiniz yeni bir ümidlə, hər ümidiniz isə gələcəyin daha işıqlı dünyasına aparan böyük bir elmi ideya ilə yazılsın!
Arzu edirik ki, qarşıdakı illər elmi yaradıcılığınızın ən məhsuldar və parlaq dövrünə çevrilsin, hər yeni gününüz yeni bir ideyanın, hər yeni ideyanız böyük bir elmi nəticənin, hər bir elmi nəticəniz isə gələcək nəsillərin yolunu işıqlandıran qiymətli irsin başlanğıcı olsun. Qoy tələbələrinizin uğurları, həmkarlarınızın ehtiramı, elmi ictimaiyyətin yüksək qiyməti və beynəlxalq akademik aləmin diqqəti Sizin uzun illər davam edən fədakar əməyinizin ən gözəl mükafatı olsun.
Bu gün gördüyünüz işlər sabah gələcək nəsillərin qürurla xatırlayacağı bir həyat salnaməsinə, elmə bəxş etdiyiniz ömür isə zamanın yaddaşında silinməyən işıqlı bir izə çevrilsin. Qoy Sizin elmi yolunuz heç zaman dayanmasın, zirvələriniz tükənməsin, uğurlarınız daim yüksəlsin və adınız Azərbaycan elminin gələcək tarixində hörmət, ehtiram və minnətdarlıqla anılan alimlər sırasında əbədi yaşasın!
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü,AMİDTV.AZ saytının təsisçisi














































71