Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş keçirilib

2
0

Aprelin  9-da Milli Məclisin sədr müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri  Sodeyf Bədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

   Qonaqları salamlayan Ziyafət Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin İranın yol və şəhərsalma naziri, eləcə də İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri ilə keçirdiyi görüşləri xatırladaraq, belə görüşlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib. Sədr müavini Azərbaycanla İran arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. O, ticari və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin də dövlətlərimizin  maraqlarına uyğun olduğunu qeyd edib.

Ziyafət Əsgərov, həmçinin Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində İran İslam Şurası Məclisi sədrinin Bakıya səfərini xatırladaraq, bu cür qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin güclənməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Öz növbəsində, Sodeyf Bədri Azərbaycanda keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb. O, qarşılıqlı səfərlərin yalnız diplomatik deyil, həm də parlamentlərarası əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Qonaq, İran-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında gələcəkdə daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.

  Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

AMİDTV.AZ


Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş keçirilib
Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş keçirilib

İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Susmuş daşları dilə gətirən Tariyel Azərtürk

Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla bağlı məlumat

Soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

BAKI-XANKƏNDİ AZƏRBAYCAN VELOSİPED YARIŞINDA 3-CÜ MƏRHƏLƏ BAŞA ÇATIB

İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib