BAKI-XANKƏNDİ AZƏRBAYCAN VELOSİPED YARIŞINDA 3-CÜ MƏRHƏLƏ BAŞA ÇATIB
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 3-cü mərhələ başa çatıb. Bu yarış günündə velosipedçilər Qəbələdən Mingəçevir şəhərinədək 162,9 km məsafə qət ediblər.
3-cü yarış gününün qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Qleb Siritsa olub. Xatırladaq ki, 2-ci mərhələnin qalibi “XDS Astana”nın digər velosipedçisi Yevgeni Fyodorov olmuşdu. Belçikanın “Tarleltto-Izorex” kontinental komandasının üzvü Timoti Düpon bu mərhələdə ikinci, Tailandın “Roojai Insurance Winspace” kontinental klubunun təmsilçisi David Kristian Pita isə üçüncü yerə layiq görülüblər.
Fərqlənən velosipedçilərə mükafatları Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim ediblər.
AMİDTV.AZ



5