Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start verilib.

3
bbbbbb 0
Spread the love

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start verilib.

AMİDTV.AZ-ın məlumatına görə, həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb.

Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb. Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir

AMİDTV.AZ

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Sazı sinəsində yaşadan Aşıq Mustafa Şıxlinski

Lənkəranda mərhum şair Vaqif Hüseynovun 90 illik yubileyi qeyd olunub

Müasir Azərbaycan musiqisinin dünya səhnələrində ucalan ən qüdrətli səslərindən biri olan Firəngiz Əlizadə

Deniz Işın zəka ilə sənətin harmoniyasını özündə birləşdirən parlaq obrazdır

28 May – Respublika Günü milli qürurun, azadlıq ruhunun və dövlətçilik ənənələrinin əbədi simvoludur