ABŞ- da Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələri genişləndirən sazişlər imzalanacağı gözlənilir

7
bbbbbb 0
Spread the love

AMİDTV.AZ” xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Nəşrə danışan üç ABŞ rəsmisinin sözlərinə görə, bu gün Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonla ikitərəfli əlaqələri genişləndirən sazişlər imzalayacağı da gözlənilir. 

Rəsmilər bildiriblər ki, bu, ABŞ-ın ortaq tranzit dəhlizinin (Zəngəzur) inkişafı ilə bağlı mübahisənin həllinə kömək etməsi sayəsində mümkün olub.

“Uzun müddətdir davam edən münaqişənin yumşaldılmasının açarı tranzit dəhlizinə dair sazişdir. Bu, Azərbaycanla anklavı Naxçıvan arasında Zəngəzur dəhlizi kimi tanınan – Ermənistan ərazisinin dağlıq hissəsindən keçən yolun açılmasını ehtiva edir. Biz onun blokunu aça bilsək, bəlkə də qalan hissələr yerinə düşməyə başlayaq”, – rəsmi qeyd edib.

Nəşr yazıb ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin 99 il müddətinə ABŞ-a verilməsinə razılaşıb:

“ABŞ torpaq sahəsini (Qərbi Zəngəzur) dəmir yolu, neft, qaz və fiber optik xətləri və 27 millik (32 km) dəhliz boyunca elektrik enerjisinin ötürülməsini inkişaf etdirəcək konsorsiuma icarəyə verəcək”.

Başqa bir rəsmi bildirib ki, İlham Əliyev və Nikol Paşinyan bu gün Vaşinqtonda ilk dəfə ikitərəfli sənəd imzalayacaq:

“Həmçinin tərəflərin xarici işlər nazirlərinin mart ayında razılaşdıqlarını, amma o vaxtdan bəri yavaş irəliləyiş əldə etdiklərini dedikləri müqavilənin mətnini paraflamaları gözlənilir” .

Nəşr əlavə edib ki, ABŞ Azərbaycanla müdafiə sahəsində əməkdaşlığa qoyduğu məhdudiyyətləri də aradan qaldıracaq. Söhbət 1992-ci ildə qəbul edilmiş “907-ci düzəliş”in ləğvindən gedir:

“Razılaşmaya əsasən, Azərbaycan və Ermənistan Fransa, Rusiya və ABŞ-ın daxil olduğu ATƏT-in Minsk Qrupundan da çıxacaq”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Azərbaycan və Ermənistan liderlərinin bu gün Vaşinqtonda sülh sazişi imzalayacaqlarını açıqlamışdı.

AMİDTV.AZ

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Sazı sinəsində yaşadan Aşıq Mustafa Şıxlinski

Lənkəranda mərhum şair Vaqif Hüseynovun 90 illik yubileyi qeyd olunub

Müasir Azərbaycan musiqisinin dünya səhnələrində ucalan ən qüdrətli səslərindən biri olan Firəngiz Əlizadə

Deniz Işın zəka ilə sənətin harmoniyasını özündə birləşdirən parlaq obrazdır

28 May – Respublika Günü milli qürurun, azadlıq ruhunun və dövlətçilik ənənələrinin əbədi simvoludur