Qaradağ Gənclər Evində “Tağıyev” filminin yaradıcı heyəti ilə görüş təşkil olunmuşdur.

14
bbbbbb 0
Spread the love

05.12.2024-cü il tarixində Qaradağ Gənclər Evində “Tağıyev” filminin yaradıcı heyəti ilə görüş təşkil olunmuşdur. Görüşdə Qaradağ Gənclər Evinin direktoru Leyla Məmmədova gəncləri və yaradıcı heyəti salamlayaraq bu filmin mədəniyyətimizə, tariximizə və milli irsimizə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulamışdır. O, belə layihələrin gənclərin tarixi maariflənməsinə və milli dəyərlərin qorunub saxlanılmasına töhfə verdiyini qeyd etmişdir.

Tədbirdə filmin rejissoru Zaur Qasımlı və filmdə rol alan digər aktyorlar da iştirak etmiş, gənclərlə səmimi müzakirələr aparmışdır. Gənclər filmlə bağlı suallarını ünvanlamış, yaradıcı heyət isə filmin ərsəyə gəlmə prosesi, çəkiliş xatirələri və filmdəki mesajlar haqqında maraqlı məlumatlar bölüşmüşdür.

Bu cür tədbirlər Qaradağ Gənclər Evində gənclərin maarifləndirilməsi və mədəni irsimizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

AMİDTV.AZ

Vüsal Baloğlanov


CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Milli ruhlu, ziyalı və yaradıcı gənc Sevindik Nəsiboğlu

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü