“Gənclər Paytaxtı” Şuşada təşkil olunan “G-HUB” sammitində islam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub

1
0
Spread the love

Dekabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün “Gənclər Paytaxtı” Şuşada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə islam ölkələrində oyun texnologiyası sahəsində birgə əməkdaşlığı və inkişafı təşviq etmək üçün “Oyun texnologiyaları üzrə sammit” (G-HUB) keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə bu sənayenin imkanları barədə danışıb və “G-HUB” təşəbbüsünün bu istiqamətdə atılan mühüm addım olduğunu diqqətə çatdırıb. Sammitdə oyun sənayesinin yerli və xarici mütəxəssisləri “G-HUB” platforması, “Epic Games” rəqəmsal alətləri, “Local Game Jam” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonra tədbir islam ölkələrində oyun sənayesinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan panel müzakirəsi ilə davam edib. Sammitin iştirakçıları arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri, dünyada oyun sənayesinin aparıcı şirkətləri olan “Epic Games”, “Xsolla”, həmçinin “Gamesummit” və “Turan Masters” kimi yerli şirkətlərin nümayəndələrinin iştirakı “G-HUB” sammitinin ekosistem üçün əhəmiyyətini önə çıxarıb.

Tədbirin sonunda “Turan Masters” şirkətinin fəaliyyəti haqqında iştirakçılara məlumat verilib.

AMİDTV.AZ

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer aldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə məktub

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, böyük ziyallıdır

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti