Milli Qəhrəman Təbriz Xəlilbəylinin 60 illik yubleyi keçirildi

13.02.2024 cu il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Xəzər-PirAllahı rayon nümayəndəsinin sədri Elçin Əzimovun təşkilatçılığı ilə şəhid,Milli Qəhrəman Təbriz Xəlilbəylinin 60 illik yubleyi ilə əlaqədar olaraq,İstiqaliyyet muzeyində tədbir keçirtdilər.Tədbir Dövlət Himinin səsləndirilməsi ilə başlanıldı…Daha sonra torpaqlarımızın azadlığı naminə canından kecmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi….Şəhid Milli Qəhrəman Təbriz Xəlilbəylilinin həyatı ilə yaxından tanış olmaq üşün videoçarx izlənildi….Dəvət edilmiş qonaqlar sırasında dövlət rəsmiləri,şəhid Milli Qəhrəman, Vətən Müharibəsi Qəhraman ailələri,həmçinin nümayəndəliyin mətubat katibi Hacı İlham Qurban oğlu,Milli Qəhrəmanın həyat yoldaşı Sevinc xanım və yaxınları iştirak etdilər.Qonaqlar çıxışlarında Təbriz Xəlilbəylinin şücayetli döyüş yolundan danışaraq, maraqlı məqamlara toxundular.Tədbirin sonunda Milli Qəhrəmanın həyat yoldaşı Sevinc xanım nümayəndə sədrinə və qonaqlara təşəkkürünü bildirərək, xatirə şəkli çəkdirdilər.
AMİDTV.AZ


