Sonuncu qapımız açıq

13
bbbbbb 0
Spread the love

…Ötüb keçən ömrə ümid qalmadı,
Fələyin hökmüylə açılır sabah.
Deməyək bu dünya bizlik olmadı…
…O biri dunyamız Allaha pənah..!


Çoxdan unutmuşuq ilk görüşləri,
Olan səhvləri də salmırıq yada.
Əğyarda görərək günah işləri,
Urvatsız etmişik əlvidanı da…!


Bir ömür yaşadıq qaralı_ ağlı
Keçib, gəldiyimiz körpülər uçuq.
Geri dönmək üçün qapılar bağlı
Qarşıda sonuncu qapımız açıq..!


İlğımlar…


Tale nəsibini bəxş edə Allah,
Vüsal müjdəsilə açıla sabah,
..Hisslər aşıb-daşa, dönə sevgiyə,
Mən can dediyim də mənə can deyə!

…Fələk bir eyləyə sevincimizi,
Ala ağuşuna xoşbəxtlik bizi!
…Gercəksə, əbədi gəl, qalaq oyaq,
Yuxusa, yuxudan heç ayılmayaq..!


Ünvansız

Həmdərdlə, həmdəmlə yaşamaq asan,
Sənsiz tükənərəm tənhalığımdan,
Təsəlli verməyə bir söz tapmasan
Arabir süküta daş at nə olar?

Bacarsan axtarıb, arayanım ol,
Qarşımda caçını darayanım ol,
Mənim yaşamağa yarayanım ol
Məni ümidinlə yaşat nə olar?

Saldın tilsiminə fani dünyanın,
Mənimtək dəlisi hanı dünyanın?
…Gəl ol xilaskarlıq anı dünyanın
…Həsrət röyasından oyat nə olar?

AMİDTV.AZ

Cavanşir Atəşi

Tısbağa və ördəklər

ŞEYHOĞLU SATILMIŞ

Lütviyyə Əsgərzadənin ömür yolu elmə sədaqətinin parlaq nümunəsidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib