Ölkəmiz Aktauda “Türk dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimi təmsil olunub

5
0
Spread the love
news-detail

Aprelin 5-də Qazaxıstanın Aktau şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə TÜRKSOY, Türk Dövlətləri Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri, türk respublikalarından müvafiq sahə üzrə rəsmilər, Qazaxıstanın Mangistau vilayəti və Aktau şəhəri hakimliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edib. 
Açılış mərasimində rəsmilərin çıxışlarından sonra Türk dünyası incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala-konsert olub.
Konsertdə ölkəmizdən 20-dən çox incəsənət xadimi maraqlı ifası ilə tədbirə rəng qatıb. Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi milli rəqslərimiz,  estrada müğənnisi İlkin Dövlətov, aşıq Qəlbinur İbrahimli və tarzən İsmayıl Zülfüqarovun rəngarəng ifaları böyük maraq və alqışlarla qarşılanıb. Eyni zamanda tətbiqi sənət ustalarımız Gülnar İsmiyeva (təkəlduz), Mətanət Mirzəliyeva (kəlağayı) və Nəzər Əliyev (misgərlik) qədim əl sənəti nümunələrimizi təqdim ediblər.  
Tədbir çərçivəsində nazir müavini Murad Hüseynovla TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan ilə TÜRKSOY arasında əməkdaşlıq məsələləri müzakirə olunub, həyata keçirilən tədbirlər, gələcək birgə layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “mədəniyyət paytaxtı” ili ərzində təşkilat tərəfindən Aktauda planlaşdırılan fəaliyyətlər haqqında məlumat verilib.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən təhvil alıb.

AMİDTV.AZ

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer aldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb