“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunub

18
bbbbbb 0
Spread the love

“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunub“Musiqi Sənayesi Platforması”nın növbəti paneli “Milli musiqi məhsulunun beynəlxalq platformalarda rəqabətliliyinin artırılması” mövzusuna həsr olunmuşdu.Əməkdar mədəniyyət işçisi Leyla Quliyevanın moderatorluğu ilə reallaşan paneldə çıxış edən “Avroviziya” mahnı müsabiqəsində Norveç nümayəndə heyətinin rəhbəri olmuş Stiq Karlsen Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. Söyləyib ki, Azərbaycan musiqisini dinləyəndə onun sehrinə qapılmamaq mümkün deyil.Danimarkalı prodüser Karolina Vallexo “Avroviziya” müsabiqəsi ilə bağlı öz təcrübələrini bölüşüb.Bəstəkar, prodüser İsa Məlikov Azərbaycan musiqisinin xarici ölkələrdə təbliği məsələlərindən danışıb. 2011-ci ildə “Avroviziya”da ölkəmizə birincilik qazandırmış (Eldar Qasımovla birgə) müğənni Nigar Camal uğur hekayəsindən danışıb.“ADAM” media şirkətinin nümayəndəsi Aybek Moldabayev (Qazaxıstan) qurumun fəaliyyətindən, “Avroviziya” müsabiqəsi ilə bağlı həyata keçirilən layihələrdən söz açıb.Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində Avroviziya mahnı müsabiqəsi ilə bağlı müzakirələr (“Global Music Talks”) təşkil olunacaq. Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə, bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.

AMİDTV.AZ

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi