“MDB-nin mədəniyyət paytaxtı ili” çərçivəsində Laçında qala konsert olub

1
bbbbbb 0
Spread the love

İyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib.
Həkəri çayının sahilində qurulmuş səhnədə təşkil olunan konserti Azərbaycandan və MDB-yə üzv bir sıra ölkələrdən rəsmilər, doğma yurdda məskunlaşan laçınlılar izləyiblər.
Konsert proqramı Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında
“Azərbaycan süitası” ilə başlanıb. Ansamblın ifasında “Qaytağı” və “Uzundərə” rəqsləri də təqdim olunub.
Müğənni Səbinə Ərəbli Rafael Əsgərovun (balaban) müşayiəti ilə “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.
Qırğızıstanın “Dilgir” rəqs ansamblının ifasında “Qırğız çıroqu” rəqsi təqdim olunub.
Konsert proqramında dövlət başçısının Sərəncamı ilə bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin bənzərsiz sənət irsinə də geniş yer verilib. Əməkdar artist Ramil Qasımov bəstəkarın “Sənsiz” romansını səsləndirib. Sonra o,
Əməkdar artist İnara Babayeva ilə “Arşın mal alan” operettasından duet ifa edib.                               
Qazaxıstanın “Kulansaz” foklor etnoqrafik ansamblının müşayiəti ilə Nakipbek Jaraz, Jeksembil
Adilet və Aşimov Nurlan “Öz elim” mahnısını səsləndiriblər.      
Belarus İncəsənət Universitetinin tələbələri “Lavanixa” Belarus xalq rəqsi ilə konsertə rəng qatıblar.
Xalq artisti Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artist Xəyyam Mustafazadə Müslüm Maqomayevin “Mavi əbədiyyət”,
tacikistanlı müğənni Afzal Safarzoda “Dilbari man” mahnılarını ifa ediblər. 
“Qaya” Dövlət Ansamblının
ifasında “Laçın” xalq mahnısı və Vasif Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnısı təqdim olunub.
Rusiyadan “Voronej qızları” xalq mahnı və rəqs ansamblı “Krujeva jekeskiye” mahnısını səsləndirib.
Özbəkistanın “Şodlik” ansamblı “Özbəkistan güldəstəsi” kompozisiyasını təqdim edib.
Qala konsert Xalq artisti Polad Bülbüloğlunun ifasında “Qarabağım” və “Şən Azərbaycanım” (solist: Əməkdar artist Eteri Cəfərova) mahnıları ilə başa çatıb. Bəstəkar-müğənninin ifası Azərbaycan Dövlət Rəqs Ansamblı rəqsləri ilə müşayiət olunub.
Bütün musiqi və rəqs nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.

AMİDTV.AZ

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Vətən sevgisinin, qəhrəmanlığın və fədakarlığın simvoluna çevrilən Kəşfiyyatçısı Şəhid Xudiyev Samir Səməd oğlu

Professor Tofiq Məliklinin ömür yolu elmə, sözə və mədəniyyətə xidmət nümunəsidi

Azərbaycan maarifçilik hərəkatının, elmin və texnalogiyanın unudulmaz siması Vaqif Mahmudov

Barat Rəhim qızı Osmanova arxasında zəngin elmi irs, nəcib insanlıq nümunəsi və hörmətlə anılan bir ömür qoyub getdi.

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib